Aeroflot aviaşirkətinin təyyarələri, arxiv şəkli

Ruslar daha heç yerə uçmayacaqlar

33
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVİD-19 xəstəliyinə səbəb olan yeni növ koronavirusu pandemiya elan edib.

BAKI, 26 mart — Sputnik. Rusiya Nazirlər Kabinetinin qərarı ilə Rusiya Hava Yolları martın 27-dən etibarən daimi və çarter reyslərini tamamilə dayanadıracaq.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Rusiya vətəndaşlarını ölkəyə gətirəcək reyslər istisna ediləcək.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVİD-19 xəstəliyinə səbəb olan yeni növ koronavirusu pandemiya elan edib. Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, dünyada 471 794 nəfər bu xəstəliyə yoluxub, 21297 nəfər dünyasını dəyişib. 114703 nəfər isə sağalıb.

Xəstəliyin daha ağır keçdiyi Çin, İtaliya, İspaniya, İran, Fransa və ABŞ-dır.

Azərbaycanda isə 93 nəfər xəstəliyə yoluxub, onlardan 10 nəfər sağalıb.

Hazırda bütün ölkələr xəstəliklə mübarizə aparmaq üçün tədbirlər görür.

33
İskəndər M raket kompleksi

Putinin təklifinə Avropanın reaksiyası məsuliyyətsizlikdir - XİN

36
(Yenilənib 17:17 28.10.2020)
Rusiya Xarici İşlər Nazirliyində belə hesab edirlər ki, Qərb tərəfdaşları Rusiyanın Avropadakı vəziyyəti sabitləşdirmək cəhdlərini qulaqardına vurur.

BAKI, 28 oktyabr — Sputnik. Oktyabrın 26-da Vladimir Putin Orta və Qısa Mənzilli Nüvə Qüvvələri Müqaviləsinin (INF) başa çatması fonunda gərginliyi azaltmaq üçün müəyyən addımlar atmağı təklif edib. Rusiya lideri qarşılıqlı razılaşma prinsipinə əsaslanan nəzarət mexanizmlərinin işlənib-hazırlanmasının vacibliyini vurğulayıb.

Bununla belə, avropalı tərəfdaşlar bu təşəbbüsə şübhə ilə yanaşdılar. Xüsusilə də Berlindən bu cür fikirlərə "etibar etmədikləri"ni bildirdilər.

Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov RİA Novosti-yə müsahibəsində "İlk mənfi siqnalları, özü də kifayət qədər düşüncəsiz söylənmiş sözləri Avropadan eşitdik", – deyə bildirib.

O qeyd edib ki, "Prezident Putinin təkliflərini görməməzlikdən gəlmək istəyənlər, onları qulaqardına vuranlar Avropada təhlükəsizliyin təmin olunmasına "çox məsuliyyətsiz yanaşma" nümayiş etdirir.

"Səsləndirilən təkliflərin ciddiliyi onların hərtərəfli öyrənilməsini tələb edir. Bu təkliflərin dərinliyi əsaslı yanaşma istəyir. Bu, Rusiya Federasiyası rəhbərliyinin Avropada yeni "raket böhranları"nın yaranmasının qarşısını almaq baxımından hərbi-siyasi vəziyyəti sabitləşdirmək üçün bir yol tapmaq cəhdlərini göstərir", – deyə diplomat əlavə edib.

Qeyd edək ki, INF Müqaviləsi qlobal strateji sabitliyi təmin etmək məqsədi daşıyırdı. 2019-cu ilin avqust ayında ABŞ Rusiyanı qadağan edilmiş 9M729 raketini hazırlamaqda və sınaqdan keçirməkdə günahlandıraraq müqavilədən çıxıb.

Moskva isə bəyan edib ki, o, yol verilən radiusda – 500 kilometrdən qısa məsafədə hərəkət icazəsinə sahibdir.

36
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan Putinlə Qarabağa dair danışığı barədə: Atamızın oğlu olsa belə, gözümüz görməz...

307
(Yenilənib 15:23 28.10.2020)
"Ermənistan hazırda 2000 civarında PKK-lı, YPG-liləri 600 dollar maaş qarşılığında ora gətirdilər. Orada müharibə aparırlar, xarici muzdlular oradadırlar. "Mənim onlardan xəbərim yox" deyir. Mən indi xəbər verdim".

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 28 oktyabr — Sputnik. "Ermənilər hücum etdilər, Azərbaycan türkü qardaşlarım da özlərini müdafiə etmə nöqtəsinə gəldilər. Proses davam edir. Liderlərlə görüşlərimiz davam edir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə Parlamentində çıxışı zamanı Rəcəb Tayyib Ərdoğan ötən gün rusiyalı həmkarı Vladimir Putinlə baş tutan söhbət barədə danışarkən belə deyib.

"Rusiya Prezidenti Vladimir Putinlə bu prosesi ətraflı müzakirə etdik. Artıq bu işə Qafqazda son verək dedim. İstəsən bu işi birlikdə həll edərik. Siz Paşinyanla danışıqları aparın, mən İlham qardaşımla danışıqlar aparım və bu işi həll edək. Heyətinizi göndərin, heyətimizlə danışıqlar aparaq. Bu işi həll edəcəyik, yoxsa etməyəcəyik?! Daha öncə 5+1 formatında onunla görüşdük. Səmimi bir addım atacağıqsa, ataq. Bu işi bitirməliyik. Biz səmimiyik, mən sizin də səmimi olduğunuza inanıram. İnşallah bunu nəticələndirərik", - deyə Ərdoğan bildirib.

Türkiyə Prezidenti Putinə qırmızı xətti barədə də deyib: 

"Ancaq qırmızı xəttimizi də dedim. Qırmızı xətlərimiz keçildiyində, heç kim inciməsin, atamızın oğlu olsa belə, gözümüz görməz. Siz Yaxın Şərqdən, Suriyadan Azərbaycana əsgər göndərirsiniz, xarici güclər göndərirsiniz. Falan, filan... Mən də cənab Prezidentə bir şey söylədim... Ermənistan hazırda 2000 civarında PKK-lı, YPG-liləri 600 dollar maaş qarşılığında ora gətirib. Orada müharibə aparırlar, xarici muzdlular oradadırlar. "Mənim onlardan xəbərim yoxdur" deyir. Mən indi xəbər verdim", - deyə Ərdoğan qeyd edib.

Türkiyə Prezidenti "hörmətli Putinin PKK-ya üz verəcəyini düşünmür", ancaq ondan Paşinyana bu barədə deməsini gözləyir. Əks təqdirdə lazım olanı edəcəklərini qeyd edib. 

Ərdoğan həmçinin münaqişə bölgəsindəki hazırkı vəziyyətə də toxunub: "Azərbaycanlı qardaşlarım hazırda itirdikləri torpaqlarının ciddi qismini geri alıblar. İnşallah, ən qısa zamanda itirdikləri torpaqların tamamını geri alacaqlar və Azərbaycan türkləri yenidən torpaqlarına qayıdacaqlar. İnanıram ki, zəfər azərbaycanlı qardaşlarımındır. Rəbb yar və yardımçıları olsun! Buradakı mübarizədə hər an yanlarında olduq, yanlarında olmağa davam edəcəyik".

307

Bölmələrimiz şəhər rayonlarımıza atəş açanları məhv edib - VİDEO

31
Oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilib.

BAKI, 28 oktyabr - Sputnik. Humanitar atəşkəs rejimini kobudcasına pozaraq şəhər və rayonlarımıza atəş açan düşmənin qüvvə və vasitələrini Azərbaycan Ordusunun bölmələri darmadağın edib.

Sputnik Azərbaycan bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.

2020-ci il oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilib.

Nəticədə 21 nəfər həlak olub, 70-dən çox şəxs isə yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

 

31
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə