Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Avropanın vecinə olmayan sinyorlar və Rusiyadan gələn təyyarələr

© Photo : Ministry of Defence of the Russian Federation / Mediabanka keçidРоссия окажет помощь Италии в борьбе с COVID-19
Россия окажет помощь Италии в борьбе с COVID-19 - Sputnik Azərbaycan
Abunə olmaq
Avropa Birliyindəki qonşularının uzun müddət heç pulla da yardım etməyə qərar verə bilmədiyi İtaliyada Rusiyanın "tibbi xüsusi təyinatlıları" böyük və təhlükəli işin öhdəsindən gəlməlidirlər 

BAKI, 24 mart — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. COVID-19 koronavirus pandemiyasının Avropadakı episentrində Rusiya Federasiya Müdafiə Nazirliyinin "tibbi xüsusi təyinatlıları"nın peşəkar və fədakar davranışı dünya ictimaiyyətinə planet miqyasında mürəkkəb problemlərin necə həll olunması üçün bir nümunədir.

İtaliyaya koronavirusla mübarizədə kömək üçün göyərtəsində rusiyalı hərbi mütəxəssislər və avadanlıq olan "İl-76" təyyarələri martın 23-ü gecədən "Praktik di Mare" (Romadan 30 km aralıda) aviabazasına gəlməyə başladı. Rusiya buraya hərbi mütəxəssis-virusoloq və tibb işçilərinin səkkiz mobil briqadası, ərazi və nəqliyyat vasitələrinin aerozol dezinfeksiyası üçün avtomobil kompleksləri və digər tibbi avadanlıq göndərib. "Tibbi xüsusi təyinatlılar"a RF Müdafiə Nazirliyinin epidemiyalarla mübarizədə sanballı beynəlxalq təcrübəsi olan yüzədək virusologiya və epidemiologiya üzrə mütəxəssisi daxildir. Rusiya desantı bütün lazımi tibbi preparatlar, müasir avadanlıq və xüsusi texnika ilə təmin olunub. İtalyan tərəfi ilə tətbiq rayonlarıyla bağlı razılaşmalara əsasən, rusiyalı hərbi həkim və virusoloqlar qoyulmuş məsələlərin həllinə başlayacaqlar.

Ситуация в связи с эпидемиологической обстановкой в Италии  - Sputnik Azərbaycan
İtaliyada koronavirusdan ölənlərin sayı niyə artdı?

Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Putinin tapşırığı ilə RF MN koronavirusla mübarizədə İtaliya Respublikasına operativ yardım çatdırılması üçün doqquz "İl-76" təyyarəsindən ibarət aviasiya qrupu yaradıb.

Güman ki, bu hava körpüsü İtaliyada koronavirus epidemiyası ilə mübarizə dövründə daimi fəaliyyət göstərəcək. Rusiyalı mütəxəssislər böyük və təhlükəli işin öhdəsindən gəlməli olacaqlar: martın 23-dək İtaliyada 63928 nəfər koronavirusa yoluxub, onlardan 6078-i ölüb. 7432 nəfər sağalıb.

Qüvvə və vasitələr

Martın 21-də Rusiya Prezidenti Vladimir Putin və İtaliyanın Baş naziri Cüzeppe Konti koronavirus pandemiyası ilə bağlı situasiya və ona qarşı tədbirləri müzakirə ediblər. İtaliya tərəfinin çağırışına cavab olaraq Vladimir Putin lazımi kömək göstərmək üçün hazır olduğunu bildirib. Rusiyanın bu işdə mövqeyi AB ölkələrinin əksəriyyətinin pandemiya ilə mübarizədə parlaq büruzə verdiyi özünütəcrid və ayrılmasından əhəmiyyətli dərəcədə fərqlənir.

Göyərtəsində virusoloqlar və epidemiya ilə mübarizə üçün avadanlıqlar olan ilk "İl-76"nı "Praktika di Mare"də İtaliyanın Xarici işlər naziri Luici Di Mayo və Respublikanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Entso Viçerelli qarşıladılar. Onlar "çətin məqamda Rusiyanın belə köməyinə görə bütün italyan xalqı adından böyük minnətdarlıq və razılıqlarını" bildirdilər. Və bu, çox səmimi idi, çünki ən yaxın avropalı qonşuları İtaliyaya heç olmasa pulla da kömək etmək üçün uzun müddət götür-qoy etmişdilər.

İtaliyaya xaricdən dəstək vacibdir, axı respublikada 4824 səhiyyə işçisi koronavirusa yoluxub, bu, Çindəkindən iki dəfə çoxdur. Ancaq nədənsə tərs gedən hadisələr baş verir: "La Repubblica" qəzeti yazıb ki, Çindən İtaliyaya göndərilən maska və respiratorları Çexiya hökuməti müsadirə edib. Düzdür, sonra Çexiya tərəfi söz verdi ki, həmin miqdarda qorunma vasitəsini İtaliyaya göndərəcək.

Şimali Atlantika Alyansı əlini əlinin üstünə qoyub oturub. Rusiya virusoloq və tibbi avadanlıqla dolu təyyarələr göndərəndən sonra İtaliya hökuməti Pentaqondan da yardım istədi.  İtaliyanın Müdafiə naziri Lorentso Querini ABŞ-lı həmkarı Mark Esperdən ağciyərlərin süni ventilyasiya aparatı və tibbi maskalar rica etdi. Roma həmçinin İtaliyadakı ABŞ ordusunun təkibində olan amerikalı həkimlərin köməyinə də ümid edir. Vaşinqtondan operativ reaksiya hələ də yoxdur.

Ситуация в связи с эпидемиологической обстановкой в Испании - Sputnik Azərbaycan
Koronavirus dəhşəti: Buz meydançasını morqa çevirirlər - VİDEO

Doqquzuncu "İl-76" təyyarəsi İtaliyaya martın 23-ü səhər gəldi. Bütün ləvazimatlarla təchiz olunmuş hərbi həkim qruplarının hamısı İtaliyaya çatdırıldı. Ərazi və nəqliyyat vasitələrinin aerozolla dezinfeksiyası üçün "KamAZ" avtomobilləri bazasında qurulmuş mobil komplekslər İtaliyanın daha çox ziyan çəkən rayonlarına göndərilir. Rusiyadan başqa, epidemiya ilə mübarizədə İtaliyaya dövlət səviyəsində Venesuela, Çin və Kubadan olan tibbi qruplar kömək edir.

İtaliyaya unikal mütəxəssislər, tibbi preparat və xüsusi texnika göndərməklə Rusiya bu ölkəyə ilk növbədə ən təhlükəli xəstəliklər - Ebola epidemiyası, Sibir xorası və s. kimi epidemiyalarda özünün uğurlu hərbi-tibbi təcrübəsini təqdim edir. Əlbəttə ki, rusiyalı mütəxəssislər İtaliyada tam öyrənilməmiş virusla mübarizədə yeni, çox dəyərli təcrübə qazanacaqlar.

Tibbi xüsusi təyinatlılar

İtaliyadakı rusiyalı mütəxəssislər qrupunun, demək olar ki, hamısı dünya səviyyəli hərbi virusoloq və həkimdir. "Tibbi xüsusi təyinatlılar"ın başçısı general-mayor Sergey Kikot xüsusi emal və onun tətbiq sahələri üzrə yeni nümunələrin yaradılması üzrə aparıcı mütəxəssis sayılır. Sibir xorası xəstəliyinin alovlanmasının mürəkkəb epidemioloji şəraitində, eləcə də daşqınlardan sonra epidemioloji situasiyalarda böyük təcrübəyə malikdir.

Aparıcı epidemioloq alim, tibb elmləri namizədi polkovnik Aleksey Smirnov epidemiologiya və aktual infeksion xəstəliklərin profilaktikası barədə 70 elmi işin müəllifidir. Ebola qızdırmasına qarşı peyvəndin hazırlanmasında aktiv iştirak edib.

Tibb elmləri namizədi podpolkovnik Gennadi Yeryomin elmi-tədqiqat mərkəzinin aparıcı alimi, epidemiyaya qarşı tədbirlərin təşkili və keçirilməsində nüfuzlu mütəxəssisdir.

Ситуация в связи с эпидемиологической обстановкой в Италии  - Sputnik Azərbaycan
İtaliyada ölənlərin sayı azalıb – Amma yenə dəhşətli rəqəmdir

Tibb elmləri namizədi podpolkovnik Aleksandr Yumanov rusiyalı hərbi mütəxəssislərlə birlikdə Qvineya Respublikasında Ebola qızdırması ilə mübarizə üzrə beynəlxalq proqram çərçivəsində mobil hospital yaratmışdı. Ötən il ASEAN ölkələrinin və "ÖMNİ plyus" dialoq formatı tərəfdaşlarının hərbi-tibbi xidmətləri ilə birlikdə Hindistanda fövqəladə vəziyyətlər və təbii fəlakətlər zamanı epidemiyaəleyhinə təminat üzrə MEDEX-2019 təlimlərində iştirak edib.

Virusologiya sahəsində ekspert, podpolkovnik Vyaçeslav Kuliş virus təbiətli bioloji məhvedici agentlərdən qorunma vasitələrinin hazırlanması üzrə mütəxəssisdir. Ebola qızdırması və vəba əleyhinə vaksinlərin hazırlanmasında iştirak edib. Qeyd edək ki, əsasən belə yüksək səviyyəli alimlərin səyləri nəticəsində indiyədək Rusiya ordusunda koronavirusa yoluxma halı qeydə alınmayıb.

 Buna rəğmən, Rusiya Müdafiə Nazirliyinin martın 20-dəki kollegiya iclası COVID-19 probleminin müzakirəsi ilə başladı. Bir həftə öncə Silahlı Qüvvələrdə koronavirusun yayılmasının qarşısının alınması üçün operativ qərargah yaradılmışdı. Hərbçilər arasında xəstəlik aşkarlanacağı təqdirdə isə 32 hospitalda xüsusi şöbələr təşkil edildi. Epidemioloji vəziyyətin sabitləşdirilməsi və koronavirus infeksiyasına qarşı mübarizə çərçivəsində martın 18-19-da Çkalovsk aerodromunda həkimlərin və hərbi polis bölmələrinin iştirakı ilə xüsusi radiasiya, kimyəvi və bioloji müdafiə təlimləri keçirildi. Vətəndaşların qəbulu və təxliyəsi, karantin təşkili və nəqliyyat axınının tənzimlənməsi məşq edildi.

Rusiyanın Müdafiə Nazirliyi vəziyyətin yaxşılığa doğru dəyişəcəyinə ümid edir, ancaq həm ölkədə, həm yaxın və uzaq xaricdə hadisələrin istənilən gedişatına həmişə hazırdır.

Xəbər lenti
0