Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyalılar koronovirusdan orada gizlənəcəklər – Təəccüblənəcəksiniz

© Sputnik / Vladimir Pesnya / Mediabanka keçidСадовая скульптура на дачном участке, фото из архива
Садовая скульптура на дачном участке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Tərəvəzin yetişdirildiyi bağ evləri pandemiyanın yayılması halında insanların izolyasiya olmasına və onların özlərini tərəvəz məhsulları ilə təmin etməyə imkan verəcək

BAKI, 19 mart – Sputnik. Rusiyalılara koronavirusdan xilas olmaq üçün ən yaxşı yer açıqlanıb. Bu yer tərəvəz yetişdirilən bağ evlərdir. Sputnik AzərbaycanRİA Novosti”-yə istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının təhsil və elm üzrə komitəsinin sədri Vyaçeslav Nikonav bildirib.

Deputatın fikrincə, tərəvəzin yetişdirildiyi bağ evləri pandemiyanın yayılması halında insanların izolyasiya olmasına və onların özlərini tərəvəz məhsulları ilə təmin etməyə imkan verəcək.

Nikonov vurğulayıb ki, bağ evlərinin olması rusiyalıların üstünlüyüdür.

Qeyd edək ki, martın 11 Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ COVID-19 virusunu pandemiya elan edib. Dünyanın 150-dən çox ölkəsində 210 mindən çox şəxs bu virusa tutulub. Onların əksəriyyəti sağalıb, 8 mindən çox insan ölüb.

Xəbər lenti
0