Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Prezident Baş Prokurorluğu ərzağın süni qiymət artmını izləməyə çağırıb

© Sputnik / Vladimir Fedorenko / Mediabanka keçidПрезидент РФ Владимир Путин на пленарном заседании Государственной Думы РФ
Президент РФ Владимир Путин на пленарном заседании Государственной Думы РФ - Sputnik Azərbaycan
Abunə olmaq
Daha əvvəl Rusiyanın Baş naziri Mixail Mişustin gömrükdə ilkin zəruri malları üçün "Yaşıl dəhliz" i işə salmağı tapşırıb.

BAKI, 18 mart — Sputnik. Vladimir Putin Baş Prokurorluğu ərzağın qiymətlərinin əsassız artımını izləməyə, bununla yanaşı, investisiya mühitini dəstəkləməyə çağırıb.

Sputnik Azərbaycan xəbər verir ki, Putin dünən dünyada iqtisadiyyata təsir edən bir çox problemlərin mövcud olduğunu bildirib.

"Bütün bunlar bizim iqtisadiyyatımızda, onun fəaliyyətlərində əksini tapır. Buna görə də Federal Antiinhisar Xidməti ilə informasiya mübadiləsi zamanı, ərzaq məhsullarının qiymətlərinin formalaşdırılması sahəsində hüquq pozuntularına qarşı mübarizə apararkən, onunla işi davam etdirmək çox vacibdir", - deyə Rusiya prezidenti bildirib.

Dövlət başçısı qeyd edib ki, bu, üzərində işləmək lazım gələn konkret vəzifədir. Həmçinin, investisiya mühitinin formalaşması və iqtisadi fəaliyyət iştirakçılarının maraqlarının qorunması üzrə işləri davam etdirmək lazımdır.

Martın 16-da Federasiya Şurasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Vladimir Cabbarov RF vətəndaşlarını qarabaşaq və digər dənli bitkilərin kütləvi alışını dayandırmağa çağırıb. O vurğulayıb ki, ölkədə kifayət qədər ərzaq ehtiyatı var.

Daha əvvəl Rusiyanın Baş naziri Mixail Mişustin gömrükdə ilkin zəruri malları üçün "Yaşıl dəhliz" i işə salmağı tapşırıb. Bundan başqa, hökumət başçısı şəhərlərdə ticarət şəbəkələrinə məxsus nəqliyyat vasitələrinin fəaliyyətinə yaradılan məhdudiyyətlərin aradan qaldırılmasını tapşırıb.

Xəbər lenti
0