Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya viza verilişini dayandırdı

© Sputnik / Ramil Sitdikov / Mediabanka keçidПассажиры у стойки регистрации в аэропорту, фото из архива
Пассажиры у стойки регистрации в аэропорту, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən həftə yeni növ koronavirusu (COVİD-19) pandemiya elan edib.

BAKI, 17 mart – Sputnik. Rusiya diplomatik nümayəndəlikləri müvəqqəti olaraq xarici ölkə vətəndaşlarına viza verilişini dayandırır. Sputnik Azərbaycan “RİA Novosti”-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən elektron formada viza verilişi də dayandırılır.

Qeyd edək ki, ötən gün Rusiyanın Baş Naziri Mixail Mişustin bildirib ki, martın 18-i Rusiya xarici ölkə vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin ölkəyə girişini qadağan edəcək. Qadağalar mayın 1-ə qədər qüvvədə olacaq.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən həftə yeni növ koronavirusu (COVİD-19) pandemiya elan edib. Ən son məlumatlara görə, ümumilikdə 140 ölkədə 182 min insan bu virusa yoluxub: 7415 pasiyent vəfat edib, 79,6 min insan virusdan sağalıb.

Xəbər lenti
0