Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada koronavirusa yoluxanların sayı artdı

© Depositphotos.com / Andriano_czЖенщина в медицинской маске
Женщина в медицинской маске  - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumilikdə Rusiyada cəmi 63 nəfərdə Covid-19-a yoluxma təsdiqlənib. Onlardan 60-ı rusiyalı, biri italyan, ikisi isə Çin vətəndaşıdır

BAKI, 15 mart — Sputnik. Ötən sutka ərzində Rusiyada daha dörd nəfərdə koronavirusa yoluxma faktı təsdiq olunub.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə infeksiyanın yayılması ilə mübarizə üzrə operativ qərargahdan məlumat verilib.

Yeni xəstələnənlərdən üçü Moskva, biri isə Tümen vilayətindədir.

Ümumilikdə Rusiyada cəmi 63 nəfərdə Covid-19-a yoluxma təsdiqlənib. Onlardan 60-ı rusiyalı, biri italyan, ikisi isə Çin vətəndaşıdır.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı martın 11-i COVİD-19 koronavirusunu pandemiya elan edib. 

Son məlumatlara görə, dünyada 155 mindən çox koronavirusa yoluxma faktı qeydə alınıb.

 

Xəbər lenti
0