Ryazan və Ryazan Kremlinə mənzərə

Ryazanın keşiyində - gözlü göbələklər

20
(Yenilənib 16:04 29.02.2020)
Ryazanın, demək olar ki, bütün qonaqları "gözləri olan göbələklər" abidəsinə baxmaq üçün şəhər parkına gedirlər. Bu göbələklər məşhur nağıl müqəddiməsini xatırladır: "Bizdə, Ryazanda gözləri olan göbələk var, onları yeyirlər - onlar isə baxırlar"

BAKI, 29 fevral — Sputnik, Vitali Kovalçuk. Sergey Yeseninin, akademik Pavlovun və desantçıların doğma yerləri. Biz Ryazan barədə başqa nə bilirik? Bura məsələn, istirahət günü gəlmək olar.

Köhnə taxta evləri olan sakit küçələrdə gəzin, ağ daşlı Kremlin ətrafında dolaşın, şəhər parkına baxın və ötən əsrin əvvəllərinin İçki İçməyənlər Cəmiyyətinin səylərini təqdir edin. Qədim şəhəri gəzərkən gözdən qaçırmayacağınız şeylər RİA Novosti-nin materialında.

Uzun müddətə tikilmiş Kreml və "qəzəbə tuş gəlmiş" kilsə

Şəhərin ürəyi güclü divarlarla deyil, XIII əsrin müdafiə sədaları ilə qorunur. Kreml üç tərəfdən çayla əhatə olunub və gur sularla haşiyələnmiş adada tamamlanır.

© Sputnik / Evgeny Odinokov
Ryazan şəhərində Uspensk kilsəsi və Spas-Preobrajensk kişi monastırının Uspenski kilsəsinin zəng qülləsi

Girişdə sizi XVII əsrin sonlarında şəhər əhalisinin topladığı pullarla tikməyə başladığı zəng qülləsi qarşılayır. Kostromadan dəvət olunan bir memar qüllənin birinci yarusunu tikib, sonrakı üçü isə yalnız növbəti əsrin ortalarına qədər tamamlanıb, hər bir yarusa yeni memar cavabdehlik daşıyıb.

© Sputnik / Evgeny Odinokov
Ryazanda Spas-Preobrajensk kişi monastırının Uspenski kilsəsinin zəngləri

Yerli Uspenski kilsəsi Moskvadakına çox bənzəyir. Ağ daş oymalarındakı füsunkar çiçək naxışlarını sonsuzadək seyr etmək olar.

© Sputnik / Evgeny Odinokov
Ryazan şəhərində Uspensk kilsəsi (ön planda) və Spas-Preobrajensk kişi monastırının Boqoyavlensk məbədi

Bu memarlıq şedevrinin mürəkkəb tarixi var. İnşaat 1684-cü ildə başlamış, ancaq sənətkarlar üç ilə yalnız zirzəmini (kürsülük) inşa etmişdilər. Onları başqaları əvəz etdi, amma etməsəydi daha yaxşı olardı. 1692-ci ildə demək olar ki, hazır bina çökdü. Bunun hesablamalardakı səhvlərə görə olduğu ehtimal edilir.

Ryazan şəhərində Uspensk kilsəsi

O dövrün məşhur memarı Yakov Buxvostovun (Narışkin üslubunun banilərindən biri) komandası məbədin inşasını və dekorasiyasını yalnız 1702-ci ildə başa çatdırdı. Kremlin ağ daşdan inşa edilmiş digər bir tikilisi "Oleq Sarayı" adlanır, amma bu, əslində yepiskop evidir. Əsas hissə ikinci mərtəbədir, bu qırmızı haşiyəsindən də dərhal gözə çarpır. İndi orada ölkəşünaslıq muzeyi yerləşir.

Ryazanda Oleq Sarayı (Yepiskop evi)

Yaxınlıqda XVII əsrin ikimərtəbəli binası, taxıl anbarı var. XIX əsrdə onu otelə çeviriblər. Yaxınlıqdakı XVII əsrə aid ikiqülləli daş məbəd - Müqəddəs Ruh Kilsəsi, təkcə Ryazan üçün deyil, bütün Rusiya üçün heyrətamizdir.

Trubejnaya sahilində Müqəddəs Ruh kilsəsi

Məbəd Patriarx Nikonun ikiqülləli kilsələrin inşasını qadağan etməsindən sonra tikilib.

"Üç pəncərəli mezoninli kiçik ev"

Ryazanın ən məşhur yerli sakinlərindən biri, fizioloq və ilk rus Nobel mükafatçısı İvan Pavlovun ata evinin üzərinə bu sözlər yazılıb. Bu gün bura akademikin xatirə muzey-malikanəsinin bir hissəsidir.

Ryazanda akademik Pavlovun muzey-malikanəsi

Pavlov ailəsinin beş övladı var idi. Onların otaqları yuxarı mərtəbədə yerləşirdi, aşağıda isə atanın, din xadiminin kabinetləri, valideynlərin yataq otağı, qonaq otağı, mətbəx və yemək otağı yerləşirdi. Burada həyat şəraiti maksimal dərəcədə dəqiq qurulmuşdu.

© Sputnik / Vladimir Perventsev
Pavlovların evinin qonaq otağı

İvanla yanaşı, üç qardaşı da təbiət elmlərinə həvəs göstərirdi. Bunu onların otaqlarına baxanda da görmək olur: mikroskop, dərisinə saman doldurulmuş heyvanlar, içində kimyəvi maddələr olan kolbalar, kitablar. Həyətdə akademikin sevimli oyunu - şəhərcik üçün meydança var. Mülkdə kroket sahəsi, kölgəlik, alimin abidəsi də mövcuddur.

© Sputnik / Vladimir Perventsev
Rusiyalı fizioloq, ilk rus Nobel mükafatı laureatı İvan Petroviç Pavlovun Ryazanda heykəli

"Elm Evi"ndə - Leninqrad Eksperimental Tibb İnstitutundan gətirilmiş Pavlovun köpəyinin müqəvvası və alimin elmi nailiyyətlərindən xəbər verən digər eksponatlar var.

Oyma köşk və İçki içməyənlər üçün ev

Ryazanın mərkəzində XIX əsrə və XX əsrin əvvəllərinə aid bir çox ağac tikililər qorunub saxlanılır, amma hamısı yaxşı vəziyyətdə deyil. Onlar şəhərə həqiqi rahatlıq bəxş edir.

Ryazanda Kazan qadın monastrı

Pervomayski prospektində oymalı pəncərə panjurları, haşiyələri, müxtəlif qüllələri və sütunların təqlidləri olan köşkü görməmək mümkün deyil. İndi orada uşaq bağçası var və XIX əsrin sonlarında isə beton-mozaika zavodunun sahibi, tacir Mixail Selivanov yaşayırdı.

Seminarskaya küçəsi iki taxta binası ilə fərqlənir: Ovsyannikovun yerli şair Sergey Yeseninin tez-tez ziyarət etdiyi kirayəlik binası və XIX əsrin sonlarında şəhərdə ilk fotoatelye açan Yeropkinlər ailəsinin yuvası.

© Photo : Provided by administration of Ryazan
Ryazan - Yeni il paytaxtı 2020. Poçtovaya küçəsi

Yeropkinlər ikinci mərtəbəni kirayə verirdilər, kirayənişinlərdən biri məmur İvan Zabela idi - rəssam Mixail Vrubelin həyat yoldaşı olmuş opera müğənnisi Nadejda Zabelanın atası. Cütlük burada iki dəfə qonaq qalıb. Son vaxtlara qədər hər iki binada yaşayış olub. Ancaq indi Ovsyannikovun evi xarabalığa çevrildiyi üçün köçürülür.

Şəhər parkındakı Zadəgan Məclisi yay klubu daha yaxşı qorunub. 1905-ci ildə Ryazan İçki İçməyənlər Cəmiyyətinin təşəbbüsü ilə şıq geyimli vətəndaşların asudə vaxtlarını mədəni və ayıq keçirmələri üçün inşa edilib.

© Sputnik / Anna Stefanenko
Ryazan Zadəgan Məclisi yay klubunda rəqs

Terrasda kiçik bir restoran və bufet işləyirdi, salonda xüsusi masalarda kart oynayırdılar. Sovet dövründə burada Pionerlər Evi yerləşirdi, indi isə vilayət xalq sənətkarlığının regional elmi-metodiki mərkəzi.

Casus-göbələk və Hava-desant Qoşunları Muzeyi

Ryazanın demək olar ki, bütün qonaqları "gözləri olan göbələklər" abidəsinə baxmaq üçün şəhər parkına gedirlər. Bu göbələklər məşhur nağıl müqəddiməsini xatırladır: "Bizdə, Ryazanda gözləri olan göbələk var, onları yeyirlər - onlar isə baxırlar".

© CC BY 3.0 / Maksim Shanin
“Gözləri olan göbələklər” abidəsi

XIV əsrdə göbələklər "casuslar" kimi çıxış edirdilər. Yerlilərə onları tapdalamaq və qopartmaq qadağan edilirdi. Ona görə də əgər onları korlanmış vəziyyətdə görsəydilər, başa düşürdülər ki, buradan Qızıl Orda döyüşçüləri keçib.

Ryazan Hava-desant qüvvələrinin doğulduğu yer hesab olunur.

Şəhərdə zabit-desantlar yetişdirən Qvardiya Ali Hərbi Komandanlıq Məktəbi fəaliyyət göstərir. Yaxınlıqda isə Hava-desant Qoşunları Tarix Muzeyi var.

© Photo : Provided by administration of Ryazan
Ryazan - Yeni il paytaxtı 2020. Poçtovaya küçəsi
20
Moskvada koronavirusa yoluxanan xəstələrin müalicə aldığı hospital

Rusiyada koronavirusa yoluxanların sayı 1,5 milyonu ötüb

11
(Yenilənib 13:26 25.10.2020)
Ən çox gündəlik yoluxma Moskvada qeydə alınıb - 4 455 nəfər. Son sutka ərzində ölkə üzrə 229 nəfərin koronavirusdan öldüyü bildirilib.

BAKI, 5 oktyabr - Sputnik. Rusiyada son sutka ərzində 84 bölgədə daha 16 710 nəfər COVID-19-a yoluxub. Onlardan 4 456 nəfərdə heç bir koronavirus simptomu yoxdur.

Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadla verdiyi məlumata əsasən, bununla Rusiyada koronavirusa yoluxanların sayı 1 513 877 nəfərə çatıb.

Ən çox koronavirusa yoluxma Moskvada qeydə alınıb - 4 455 nəfər.

Son sutka ərzində 229 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə Rusiyada koronavirusdan ölənlərin sayı 26 050 nəfərə çatıb.

11
Neft tankeri

"Palmali"yə məxsus tankerdə partlayışın səbəbi bilinmir

51
(Yenilənib 08:53 25.10.2020)
Tankerin sahibi Türkiyənin Palmali Shipping Agency şirkətidir, gəmi 2005-ci ildə Türkiyədə tikilib, lakin Rusiya bayrağı altında üzürmüş.

BAKI, 25 oktyabr - Sputnik. Azov dənizində Rusiya bayrağı altında üzən və qəzaya uğrayan “General Həzi Aslanov” neft tankeri batırılmayacaq.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumata əsasən, artıq tankerə su dolmur və onun batması gözlənilmir. "Merkuri" gəmisi tankeri Kerç limanına doğru çəkir.

Xatırladaq ki, qəza dünən axşam saatlarında baş verib. Belə ki, gəmidə partlayış olub. Hadisə zamanı gəmidə 13 heyət üzvü var imiş. Onlardan 10 nəfəri xilas edilib. Üç nəfər isə partlayış dalğasından dənizə düşüb. Onların axtarışına ətrafdakı gəmilər və helikopter cəlb olunub.

Hadisə vaxtı tankerdə yük olmayıb.

Qeyd edək ki, tanker Kerçdəki "Qafqaz" limanından Rostov-Don marşrutu üzrə hərəkət edirmiş.

Tankerin sahibi Türkiyənin Palmali Shipping Agency şirkətidir, gəmi 2005-ci ildə Türkiyədə tikilib, lakin Rusiya bayrağı altında üzürmüş. Qeydiyyat limanı Taqanroqdur.

51

İlham Əliyev: "Ermənistan ərazisinə keçmək fikrimiz olsaydı, bunu çoxdan edərdik"

0
(Yenilənib 21:31 25.10.2020)
Ali Baş Komandan: "Mən demişəm, biz onları qovuruq və qovacağıq. Azərbaycanın qarşısında heç kim dura bilməz. Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik, Ermənistan ərazisinə keçməmişik, belə fikrimiz yoxdur".

BAKI, 25 oktyabr - Sputnik. Biz təkbaşına vuruşuruq, təkbaşına!

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində keçirdiyi operativ müşavirədə deyib.

"Mən bunları deyirəm ki, ilk növbədə, Azərbaycan xalqı real vəziyyəti bilsin. Bilsin ki, biz torpaqlarımızı nəyin bahasına işğalçılardan azad edirik. Bilsin ki, əgər Ermənistana bu 27-28 il ərzində maliyyə, hərbi, siyasi yardım göstərilməsəydi, çoxdan torpaqlarımız işğalçılardan azad olunardı, özü də sülh yolu ilə. İndi baxın, erməni əsgərləri döyüş meydanından necə qaçır. Bütün bu görüntülər var. İndi bu görüntülərin bir hissəsi, sadəcə olaraq, mətbuatda öz əksini tapır. Amma bu, çox geniş bir videoməlumatdır. Əgər bu silahlar olmasaydı, bu siyasi dəstək olmasaydı, Ermənistan bizim torpaqlarımızı işğal altında saxlaya bilərdimi! Əlbəttə ki, yox", - deyə Prezident bildirib.

İlham Əliyev bəyan edib ki, Azərbaycan öz torpaqlarında vuruşur və Ermənistan ərazisinə keçməyib:

"Mən demişəm, biz onları qovuruq və qovacağıq. Azərbaycanın qarşısında heç kim dura bilməz. Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik, Ermənistan ərazisinə keçməmişik, belə fikrimiz yoxdur. Belə fikir olsaydı çoxdan bunu edərdik. Bunu etmək üçün o qədər böyük səy göstərmək də lazım deyil".

Xatırladaq ki, oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirə keçirilib.

0
Əlaqədar
Ali Baş Komandanın rəhbərliyi ilə operativ müşavirə keçirilib
Prezident Azərbaycan xalqını əmin etdi: "Haqq yolumuzdan dönməyəcəyik!"