SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Münhen konfransının nəticələri: dünya böyük təlatümlərin astanasındadır

© © Andrew CABALLERO-REYNOLDS / POOL / AFPВыступление Майка Помпео на Мюнхенской конференции по вопросам безопасности
Выступление Майка Помпео на Мюнхенской конференции по вопросам безопасности - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya olmasaydı, builki Münhen Təhlükəsizlik Konfransının əsas özəyi də olmazdı. Bir çox nüfuzlu dövlətlər məhz Rusiyanı oyunun müəyyən qaydalarının qorunub saxlanmasının qarantı kimi görür

BAKI, 17 fevral — Sputnik. Sistemli təhlil və proqnozlaşdırılma mərkəzinin prezidenti Rostislav İşenko Sputnik üçün

Münhen Təhlükəsizlik Konfransı zamanı ABŞ qlobal qarşıdurmanın ağırlıq mərkəzinin Çinə köçürülməsi ilə bağlı Prezident Donald Trampın ideyalarına sadiqlik nümayiş etdirirdi. Lakin bu, ABŞ Dövlət katibi Mayk Pompeonun Vaşinqtonun Avropanı ucuz Rusiya enerji daşıyıcılarından "xilas etmək" niyyətini xüsusilə vurğulamasına da mane olmayıb.

Leyla Abdullayeva - Sputnik Azərbaycan
SİYASƏT
XİN: Ermənistan sülh prosesini pozmağa çalışır

Qərbi Avropa isə onu sanki həddən artıq bezdirmiş Ukraynanı sancırdı. Prezident Zelenskinin çıxışını rəsmi formatın kənarına çıxarmışdılar. Hələ bir neçə ay əvvəl Rusiyanı sanksiyalarla boğmağa çalışan avropalı qlobalistlərin "ictimai təşkilatları" isə qəflətən Ukraynada vətəndaş müharibəsindən söz açaraq Rusiyanın "Beynəlxalq Məsələlər üzrə Şura" adlı qeyri-kommersiya təşkilatı ilə birlikdə "Ukraynada sülhə doğru 12 addım" adlı planı işləyib hazırlayıblar. Plan bu cür münaqişələrin həlli üzrə beynəlxalq təcrübəyə tam cavab verir. Məhz buna görə də o, qətiyyən Ukraynanı qane etmir.

Amma ilk növbədə, bu plan ABŞ-ı qane etmir, çünki o, "Rusiyanın mövqeyini əks etdirir". Vaşinqton plandan narazılığını hətta Kiyevin baş verənləri anlamasından əvvəl dilə gətirib.

Rusiya, Suriya və koronavirus

Avropalılar özləri konfrans üçün "Qərbsizlik" adlı məruzəni hazırlamışdılar. Məruzədən belə çıxır ki, (keçən ilin fevralında keçirilmiş) ötən konfransdan bəri beynəlxalq siyasətdə Rusiyanın qələbələrindən başqa heç nə baş verməyib. Doğrudur, hələ koronavirus da var, lakin o, artıq bu il baş verib.

Avropalılar səmimi olaraq ümid edirlər ki, Rusiya nəhayət öz resurslarını tükədib və onun qələbələri sona çatıb, lakin hər ehtimala qarşı Suriyadakı vəziyyətdən narahatlıqlarını da ifadə edirlər: "Bəşər Əsəd Rusiyanın dəstəyi ilə İdlib əyaləti üzərində tam nəzarəti əldə etməyə yaxındır". Amma görünən budur ki, bu dəfə Əsəd yaraqlıların nəzarətində olan ərazinin yalnız üçdə birini ələ keçirməklə və Həma-Hələb yolunun açılması ilə kifayətlənəcək.

Президент РФ Владимир Путин, фото из архива - Sputnik Azərbaycan
SİYASƏT
Putin düz edir, heç kimin Rusiyadan ərazi qoparmaq haqqı yoxdur - azərbaycanlı deputatlar

Öz növbəsində avropalılar İdlibdən Türkiyəyə, oradan isə Avropaya milyonlarla qaçqının axınının baş verəcəyindən narahatdırlar. Lakin əslində, yaraqlıların nəzarətində olan ərazidə bu qədər əhali qalmayıb. Üstəlik, bu ərazilərdən çıxa bilənlərin əksəriyyəti Suriya hökumətinin nəzarətində olan torpaqlara qaçmağa üstünlük verirlər ki, oradan da onlar yaşayış yerləri azad olunduqca öz yurdlarına qayıdırlar.

İdlibdə on minlərlə yaraqlı var. Amma Avropada onları "azadlıq döyüşçüləri" hesab edirlər. Belə qaçqınları qəbul etməmək günahdır. Üstəlik, onların arasında bir çox Avropa ölkələrinin təbəələri də kifayət qədərdir. Azadlıq üçün döyüşüblər, indi də evə gedəcəklər. Əlbəttə ki, çatsalar.

Şəxsi məqsədlər üçün idarə edilən kiçik müharibələr

Qarşıdan gələn il Kremlin xarici siyasi uğurlarının davam edəcəyini vəd edir. Bunu Şərqi Avropada yaxşı hiss edirlər. Yerli hökumətlər Rusiya ilə konstruktiv münasibətlər qurmaq ehtiyacı (konfransda bu, kifayət qədər nəzərə çarpırdı) və mövcud siyasi elitanın (siyasətçilərin və partiyaların) bunu edə bilməməsi ilə bağlı ciddi narahatlıq keçirirlər. Baltik dənizindən Adriatik dənizə qədər uzanan bütün "sanitar sədd" dərk edir ki, Rusiya istiqamətində hazırkı siyasətin davam etdirilməsi ölümə bərabərdir. Axı onlar Rusiyanı öz qüdrətinin zirvəsində olduğu bir vaxtda müharibəyə təhrik edirlər – bəs onların özlərini kimsə müdafiə edəcəkmi?

Kremlin onlara hücum etmək niyyətində olmaması onlar üçün elə də vacib məsələ deyil. Kim müharibəni qızışdırmaq istəyirsə, o da qızışdıracaq – ona hücum etməsələr, o, özü hücum edəcək. Şərqi Avropanın limitrof dövlətlərində isə istefaya getməmək və unudulmamaq üçün kiçik idarə olunan müharibəyə başlamağa hazır olan kifayət qədər siyasətçi var.

Lakin burada iki vacib məqamı qeyd etmək lazımdır. Birincisi, bütün bu limitrof dövlətlər hərbi böhranın başqa ölkənin ərazisində başlamasını, özləri isə ABŞ-la "çiyin-çiyinə" duraraq qorxu saçan bəyanatlar verməyi arzulayırlar. Yəni həm zövq alsınlar, həm də günahsızlıqlarını qoruyub saxlasınlar.

İkincisi və daha vacibi odur ki, Avropa İttifaqının fəqərə sütunu və NATO-nun tərkib hissəsi olan Qərbi Avropa heç də eksperiment aparmaq arzusu ilə yaşamır. Paris və Berlin artıq uzun müddətdir ki, Moskva ilə normal iqtisadi-ticari münasibətləri bərpa etmək niyyətindədirlər. Onlar hətta son zamanlar Rusiya ilə hərbi-siyasi əməkdaşlıq haqqında da düşünürlər.

Вид на телебашню и Flame Towers в Баку - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Bakıda Şanxay Əməkdaşlıq Təşkilatının konfransı keçiriləcək

Lakin avropalılar çox ləngidirlər. Uzun müddətdir ki, onların xarici siyasətində dönüş baş vermir və belə bir dönüş gecikə bilər. Təsadüfi deyil ki, avropalılar konfrans üçün hazırladıqları məruzədə Rusiyanın "strateji səbri"ni Kremlin beynəlxalq siyasətinin uğurlu olmasını təmin edən əsas üstünlüklərdən biri adlandırıblar. Təcrübəli siyasətçi kimi onlar anlayırlar ki, "strateji səbir" sonsuz ola bilməz. Bundan başqa, kiçik ölkələrin məsuliyyətsiz hərəkətləri nəticəsində bu səbir vaxtından əvvəl tükənə bilər. Sadəcə, beynəlxalq siyasətdə ayrı-ayrı siyasətçilərin və/və ya dövlətlərin iradəsindən savayı, qarşıdurmaya aparan başqa faktorlar da var. Əgər "gənc avropalılar" hərbi münaqişəyə bənzər bir şey yarada bilsələr, Qərbi Avropa sadəcə olaraq onların tərəfində durmalı olacaq. Əlbəttə ki, heç kim Rusiya ilə nə Baltikyanı ölkələr, nə Polşa, nə də Ukrayna üzündən müharibə aparmaq niyyətindədir. Lakin Avropanın şərqində hərbi-siyasi qarşıdurmanın kəskinləşməsi Rusiya və Qərbi Avropa arasındakı iqtisadi-ticari əlaqələrin kəsilməsinə səbəb ola bilər.

Dünya böyük təlatümlərin astanasındadır və bir çox nüfuzlu dövlətlər məhz Rusiyanı oyunun müəyyən qaydalarının qorunub saxlanmasının qarantı kimi görürlər.

Lakin "strateji səbir" də bəzən birdən-birə tükənir.

Xəbər lenti
0