Müqəddəs Nikolay kilsəsi

Kilsədə ibadət edənlərə hücum oldu, yaralananlar var

19
Hücum edənin bıçaqla silahlandığı bildirilir. Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Yaralananlar xəstəxanaya çatdırılıb.

BAKI, 16 fevral - Sputnik. Bu gün səhər bir kişi Moskvada Müqəddəs Nikolay kilsəsinə ibadət zamanı soxularaq insanlara hücum edib. Sputnik Azərbaycan bildirir ki, bu barədə Rusiya DİN rəsmi nümayəndəsi İrina Volk məlumat verib.

"Polis əməkdaşları isti izlərlə cinayəti törətmiş 26 yaşlı Lipetsk vilayətinin sakinini saxlayıblar", - Volk deyib.

Hücum edənin bıçaqla silahlandığı bildirilir.

Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Yaralananlar xəstəxanaya çatdırılıb.

İnsidentin səbəbləri aydınlaşdırılır. 

19