Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

İtləri qovmaq istəyən şəxs uşağı başından güllələdi

CC0 / sluehr3g / gunОхотничье ружье, фото из архива
Охотничье ружье, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Uşaq dərhal xəstəxanaya aparılıb, onun üzərində təcili əməliyyat keçirilib. Əməliyyat zamanı onun baş nahiyəsindən 7,62 millimetr güllə çıxarılıb

BAKI, 15 fevral — Sputnik. Rusiyanın Kabarda-Balkar Respublikasında ağır faciə baş verib. 

Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, Zalukokoaje kəndində 48 yaşlı kişi küçə itlərini qovmaq üçün havaya bir neçə dəfə atəş açıb. Amma güllələrdən biri anasının müşayiəti ilə hərəkət edən 7 yaşlı uşağın baş nahiyəsinə dəyib.

Uşaq dərhal xəstəxanaya aparılıb, onun üzərində təcili əməliyyat keçirilib. Əməliyyat zamanı onun baş nahiyəsindən 7,62 millimetr güllə çıxarılıb.

Hazırda müstəntiqlər hadisənin təfərrüatlarını araşdırırlar.

Xəbər lenti
0