Ayrat Xayrullin, arxiv şəkli

Deputat faciəli şəkildə həlak oldu

23
(Yenilənib 00:31 08.02.2020)
Rusiya Federasiyasının Dövlət Dumasının deputatı vertolyot qəzasında həlak olub. Xayrullin hakim "Vahid Rusiya" partiyasından Dumaya seçilmişdi.

BAKI, 7 fevral - Sputnik. Rusiyanın Tatarıstan Respublikasında “Bell 407” tipli vertolyot qəzaya uğrayıb.

RİA Novosti-nin verdiyi xəbərə görə, qəzada Dövlət Dumasının Aqrar məsələləri komitəsinin sədr müavini Ayrat Xayrullin ölüb, daha 2 nəfər yaralanıb.

Rusiya İstintaq Komitəsi hadisə ilə bağlı bir neçə versiyanı araşdırır.

Xayrullin hakim "Vahid Rusiya" partiyasından Dumaya seçilmişdi.

23
Rusiya XİN-nin binası, arxiv şəkli

Rusiya Paşinyanın cavabını verdi

394
(Yenilənib 13:26 31.10.2020)
Müqavilənin bir sıra maddələri yalnız silahlı hücum təhlükəsi və ya bir-birinin ərazilərinə təcavüz aktı olması halında konkret hərəkətləri nəzərdə tutur.

BAKI, 31 oktyabr - Sputnik. Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinə ölkəsinin təhlükəsizliyi ilə bağlı müzakirələrə başlamaq üçün müraciətinə cavab verib. Sputnik Azərbaycan-ın RİA Novostiyə istinadən yaydığı xəbər görə, Rusiyanın Xarici İşlər Nazirliyi "Əgər döyüşlər birbaşa Ermənistan ərazisində keçirilərsə, Rusiya Ermənistana hər cür yardım göstərəcək" , - deyə bildirib.

Qeyd edək ki, Paşinyan 29 avqust 1997-ci ildə iki ölkə arasında imzalanan Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Sazişinin 2-ci maddəsini əsas götürərək, təhlükəsizliyi təmin etmək məqsədilə Rusiya Federasiyasının Ermənistana verə biləcəyi dəstəyin forma və dərəcəsini təyin etmək üçün dərhal məsləhətləşmələrə başlamaq istəyi ilə Rusiya Federasiyasının Prezidentinə müraciət etmişdi.

Rusiya XİN-dən isə bildiriblər ki, bu Müqavilənin bir sıra maddələri yalnız silahlı hücum təhlükəsi və ya bir-birinin ərazilərinə təcavüz aktı olması halında konkret hərəkətləri nəzərdə tutur. Başqa, sözlə, hazırda bu cür hərəkətlərin yerinə yetirilməsinə ehtiyac yoxdur.

394
Əlaqədar
Paşinyan: "Hazırkı mərhələdə Qarabağ məsələsinin diplomatik yolla həlli yoxdur"
Paşinyan Ermənistana kömək üçün Putinə müraciət etdi
Paşinyan Qarabağ məsələsini güzəştlə həll etmək istəyir
Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

Putin Ərdoğana başsağlığı verdi

29
Hörmətli cənab Prezident, İzmir vilayətində baş verən güclü zəlzələnin səbəb olduğu insan tələfatı və böyük dağıntılarla əlaqədar başsağlığımızı qəbul edin.

BAKI, 31 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin İzmir vilayətində güclü zəlzələ nəticəsində həlak olan və baş verən ciddi dağıntılarla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı teleqramı göndərib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Kremlin saytı məlumat yayıb. 

"Hörmətli cənab Prezident, İzmir vilayətində baş verən güclü zəlzələnin səbəb olduğu insan tələfatı və böyük dağıntılarla əlaqədar başsağlığımızı qəbul edin", - deyə Putin qeyd edib.

Rusiya prezidenti eyni zamanda, təbii fəlakət nəticəsində bütün xəsarət alanların tezliklə şəfa tapmasını diləyib.

Qeyd edək ki, oktyabrın 30-da İzmirdə 6,6 bal gücündə zəlzələ olub. Təbii fəlakət nəticəsində 25 nəfər vəfat edib, 804-ü xəsarət alıb.

29
Böyük Britaniyada epidemioloji vəziyyət

Britaniyada bir aylıq karantin tətbiq ediləcək

0
(Yenilənib 23:52 31.10.2020)
Yeni qaydalara görə, məktəblər və universitetlər, zəruri mağazalar fəaliyyətlərinə davam edə biləcək.

BAKI, 31 oktyabr - Sputnik. İngiltərədə gələn həftədən bir aylıq karantin tətbiq ediləcək.

APA-nın verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın Baş Naziri Boris Conson keçirilən mətbuat konfransında məlumat verib.

Conson bildirib ki, 5 noyabrdan etibarən İngiltərədə restoranlar, kafelər, qeyri-zəruri mağazalar, əyləncə məkanları yenidən bağlanacaq. O qeyd edib ki, başqa bir alternativ olmadığı üçün hərəkətə keçməyin zamanı gəlib. Baş Nazir xalqa gələn həftədən etibarən evdə qalmalı olduqlarını deyib. Buna görə insanlar evdən işləməli, zəruri olmadıqca evdən çıxmamalıdırlar.

Conson qeyd edib ki, yeni karantin qaydaları 2 dekabr tarixinə qədər qüvvədə qalacaq. Ancaq yeni qaydalara görə, məktəblər və universitetlər, zəruri mağazalar fəaliyyətlərinə davam edə biləcək.

0
Teqlər:
Koronavirus, Böyük Britaniya, Boris Conson, İngiltərə