Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qonşuda qapılar çinlilərin üzünə bağlandı

© AFP 2023 / Tiziana FabiСотрудница аэропорта в маске и перчатках до проверки пассажиров в Риме
Сотрудница аэропорта в маске и перчатках до проверки пассажиров в Риме  - Sputnik Azərbaycan
Abunə olmaq
Son məlumatlara görə, dünya üzrə "2019-nCoV" virusuna iki mindən çox yoluxma faktı, o cümlədən 106 ölüm hadisəsi qeydə alınıb.

BAKI, 28 yanvar — Sputnik. Rusiyanın turizm operatorları Çindən yeni turist qruplarının qəbulunu dayandırıb. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, səbəb kimi Çində "2019-nCoV" adlı yeni ölümcül koronavirusla bağlı vəziyyətin kəskinləşməsi göstərilir.

"Hələ dünən bəzi qruplar göndərilirdi, vizasız siyahılar yoxlanırdı. İndi isə bütün siyahılar ləğv edilib, çinlilərin Rusiyaya bütün qrup səfərləri dayandırılıb", - Rusiyanın Turizm Sənayesi Birliyinin bəyanatında qeyd edilib.

Beləliklə, yanvarın 27-si, bazar ertəsi günü, Çin turistlərinin qəbulunun son günü olub və ölkəyə girişin dayandırılması yanvarın 28-i, çərşənbə axşamı baş verəcək.

Туристы в защитных масках в аэропорту, фото из архива - Sputnik Azərbaycan
Dəhşətli virus addım-addım yaxınlaşır - Artıq Kiyevdədir

Lakin qeyd edilir ki, bundan əvvəl ölkəyə gəlmiş Çin vətəndaşlarının turizm proqramına müdaxilə edilməyəcək və onlar Rusiya ərazisini vaxtından əvvəl tərk etməyəcəklər.

Çin də turist qruplarının xaricə göndərilməsinə məhdudiyyətlər qoyub. Lakin müvafiq qərarlar mərkəzləşdirilmiş qaydada yox, regional hakimiyyətlərin istəyi ilə qəbul edilir.

Son məlumatlara görə, dünya üzrə "2019-nCoV" virusuna iki mindən çox yoluxma faktı, o cümlədən 106 ölüm hadisəsi qeydə alınıb. Yoluxma hallarının böyük hissəsi Çinin Uhan şəhərində baş verib. Çin ilə yanaşı, Yaponiya, Cənubi Koreya, Tailand, ABŞ, Almaniya, Fransa və Avstraliyada yoluxma halları qeydə alınıb.

Virus insandan insana ötürülür. Simptomlar arasında qızdırma, yorğunluq və bəlğəmli öskürək qeyd olunur.

Xəbər lenti
0