Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya səhəri dəhşətli xəbərlə açdı - VİDEO

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidRusiyada polis və təcili yardım avtomobilləri, arxiv şəkli
Rusiyada polis və təcili yardım avtomobilləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya FHN-nin yaydığı video görüntülərdə ətrafa sıx buxarın yayıldığı görünür. Oteldən isti su çəkildikdən sonra beş nəfərin cəsədi aşkarlanıb

BAKI, 20 yanvar — Sputnik. Rusiyanın Perm şəhərində mini oteldə isti su borusunun partlaması nəticəsində beş nəfər ölüb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, hadisə "Karamel" adlı mini oteldə baş verib.

Rusiya FHN-nin yaydığı video görüntülərdə ətrafa sıx buxarın yayıldığı görünür. Oteldən isti su çəkildikdən sonra beş nəfərin cəsədi aşkarlanıb.

Səhiyyə Nazirliyinin regional bölməsinin xəbərinə görə, hadisə nəticəsində xəsarət alan daha üç nəfər xəstəxanaya yerləşdirilib. İnsidentin qarşısını alan zaman iki xilasedici də xəsarət alıb. Onların xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb.

Xəbər lenti
0