Xaker, arxiv şəkli

ABŞ kibermüharibə hazırlayır, bəhanəsi var

9
(Yenilənib 18:40 26.12.2019)
"Washington Post" xəbər verib ki, ABŞ kiberkomandanlığı Moskvanın 2020-ci il seçkilərinə müdaxilə etməyə çalışdığı təqdirdə Rusiyanın yüksək vəzifəli şəxslərinə və iş adamlarına qarşı tətbiq ediləcək informasiya müharibəsi taktikasının üzərində işləyir

BAKI, 26 dekabr — Sputnik. ABŞ Rusiyanın 2020-ci il seçkilərinə mümkün müdaxiləsinə qarşı taktikanın yaradılması haqqında verdiyi bəyanatı ilə əsl kibermüharibəyə hazırlığına bəraət qazandırmaq istəyir.

  Sputnik Azərbaycan xəbər verir ki, bunu "Ali İqtisad Məktəbi" Milli Tədqiqat Universitetinin dünya iqtisadiyyatı və dünya siyasəti fakültəsinin dekan müavini Andrey Suzdaltsev RİA Novosti-yə deyib.

Bir müddət əvvəl "Washington Post" qəzeti mənbələrə istinadən xəbər verib ki, ABŞ kiberkomandanlığı Moskvanın 2020-ci il seçkilərinə müdaxilə etməyə çalışdığı təqdirdə Rusiyanın yüksək vəzifəli şəxslərinə və iş adamlarına qarşı tətbiq ediləcək informasiya müharibəsi taktikasının üzərində işləyir.

"Bu, əsl kibermüharibə hazırlamaq üçün bir bəhanədir... Bəhanə lazımdır, göstərsinlər ki, Rusiyanın müdaxilə etdiyi iddia olunan ABŞ siyasi arenasında mübarizə çərçivəsində guya proqram təminatının yaradılmasına, hakerlərlə mübarizə aparan mütəxəssislərin hazırlanmasına ehtiyac var", - Suzdaltsev deyib.

O qeyd edib ki, ABŞ Rusiyanın siyasi arenasında fəaldır, "kiberməkan da daxil olmaqla tamamilə həyasız və açıq şəkildə hərəkət edir".

Suzdaltsevin fikrincə, digər tərəfdən, bu, Amerika siyasi arenasında Rusiya amilindən siyasi mübarizə aləti kimi istifadə etmək üçün ideal bir fürsətdir. 

"Konqresdə impiçment (prosesinin – red.) və sairin şahidi oluruq. Rusiya sanki bir çəkicə, respublikaçılar və demokratlar arasında mübarizə üçün təzyiq alətinə çevrilir. Bu isə çox kədərlidir, çünki ölkə (ABŞ – red.) bizi sadəcə dava üçün dəyənəyə çevirir, bu, çox təhlükəlidir", - ekspert qeyd edib.

Sentyabrda ABŞ quru qoşunlarının kiberkomandanlığının rəisi general Stiven Foqarti amerikalı hərbçilərin fəal şəkildə 2020-ci il seçkiləri öncəsi kiberməkanda informasiya müharibəsi konsepsiyasını hazırladığını bəyan edib. Onun sözlərinə görə, Birləşmiş Ştatlar əleyhdarlarına bu cür əməliyyatların aparılmasını açıq şəkildə bəyan etməlidir, çünki bu, Vaşinqtonun onların hərəkətlərinə dözməyəcəyini və cavab verməyə hazır olduğunu göstərəcək.

ABŞ Rusiyanı 2016-cı ildəki seçkilərə müdaxilə etməkdə günahlandırıb, Moskva isə bu iddiaları qəti şəkildə rədd edib.

9
Əlaqədar
NATO genişmiqyaslı hərbi münaqişəyə hazırlaşır – XƏBƏRDARLIQ
Rusiyada internetlə bağlı yeni qanun qüvvəyə minir
Ruhani: “Əlimizdən gələni etməliyik ki, ABŞ-ın qarşısını alaq”
Həbib Nurməhəmmədov, arxiv şəkli

Həbib Nurməhəmmədov öz liqasını yaratdı

385
(Yenilənib 22:28 14.08.2020)
Həbibin yeni açdığı liqa - MMA Global-ın ilk turniri oktyabr və ya noyabr aylarında Floridada keçiriləcək.

BAKI, 14 avqust — Sputnik. Qarışıq döyüş çempionatının (UFC) çempionu Həbib Nurməhəmmədov qarışıq döyüş sənəti liqasının açılışını elan edib.

"Biz öz liqamızı açdıq — MMA Global. Döyüşlər pandemiya dövrünə uyğun bir yerdə keçiriləcək. Oktyabr və ya noyabr aylarında ilk turnir olacaq. Turnir Floridada keçiriləcək", - deyə Nurməhəmmədov Moskvada keçirilən mətbuat konfransında bildirib.

Peşəkar karyerasında heç bir məğlubiyyətə uğramayan rusiyalı idmançı 28 yarışda iştirak edib. UFC-də son döyüşünü isə Nurməhəmmədov sentyabr ayında UFC 242 turnirində keçirib. O zaman çempion amerikalı Dastin Porye üzərində vaxtından əvvəl qələbə qazanıb.

Daha əvvəl isə Həbib siyasi karyera qurmasının mümkün olduğunu deyib.

385
Əlaqədar
Həbib Nurməhəmmədova ağır itki üz verdi
Eksklüziv video: Həbibin atası Azərbaycan MMA Federasiyasının rəhbəri ilə döyüşür
Nurməhəmmədova meydan oxuyurdu, ağzını dağıtdılar – Sözün birbaşa mənasında - VİDEO
Həbibdən Konora: “Sən möhtəşəm döyüşçüsən”
Həbibin qələbə fotosunun müəllifi koronavirusdan öldü - FOTO
ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli

Rusiyanın koronavirus vaksininə ən vacib reaksiya

167
(Yenilənib 22:28 14.08.2020)
Avqustun 11-də Prezident Vladimir Putin Rusiya Federasiyasında koronavirusdan ilk peyvəndin qeydiyyatını elan edib. Prezident deyib ki, onun qızlarından biri peyvəndi öz üzərində sınaqdan keçirib

BAKI, 14 avqust — Sputnik. ABŞ Prezidenti Donald Tramp ümid edir ki, Rusiyada qeydiyyata alınan koronavirus əleyhinə vaksin işə yarayacaq.

“Biz onun haqda elə də çox bilmirik. Ümid edirik ki, işə yarayacaq. Onlar bəzi tədqiqatları yığışdırıblar. Hesab edirik ki, prosesdən keçmək çox vacibdir”, - Tramp mətbuat konfransında bildirib.

O əlavə edib ki, öz növbəsində ABŞ da vaksin hazırlanmasında “xeyli irəliləyib”.

Avqustun 11-də Prezident Vladimir Putin Rusiya Federasiyasında koronavirusdan ilk peyvəndin qeydiyyatını elan edib. Prezident deyib ki, onun qızlarından biri peyvəndi öz üzərində sınaqdan keçirib. Rusiyanın koronavirusa qarşı hazırladığı yeni peyvənd "Sputnik V" adını alıb.

Bu, 1957-ci ildə Yerin ilk süni peykinin buraxılması ilə bağlıdır.

""Sputnik-1" bütün dünyada kosmik tədqiqatları fəallaşdırıb. COVID-19-dan yeni Rusiya peyvəndi dünya ictimaiyyəti üçün necə deyərlər, "Sputnik anı" yaradıb", – deyə adın izahında bildirilir.

RF Səhiyyə naziri Mixail Muraşko bildirib ki, peyvəndi ilk olaraq tibb işçiləri və müəllimlər alacaqlar. Onun sözlərinə görə, Qamaleya adına Mərkəzin hazırladığı klinik tədqiqatların nəticələrinə əsasən, yüksək effektivlik və təhlükəsizlik, immunlaşmanın ciddi fəsadları heç kimdə qeydə alınmayıb. Nazir əlavə edib ki, vaksin daha altı peyvəndin əsaslandığı məlum platformada yaradılıb.

O, vaksinin bundan sonra da minlərlə insanın iştirakı ilə klinik sınaqdan keçəcəyini vurğulayıb. Muraşko bildirib ki, vaksinin iki meydançada - Rusiya Səhiyyə Nazirliyinin Qamaleya adına Mərkəzində və "Binnofarm" şirkətində - buraxılmasına başlanacaq.

Rusiya Federasiyası Baş nazirinin müavini Tatyana Qolikova deyib ki, həkimlərin koronavirusa qarşı peyvəndlənməsinin avqust və ya sentyabr ayının sonlarında başlaya biləcəyini gözləyir.

167
Teqlər:
Donald Tramp, vaksin, Rusiya, ABŞ, Koronavirus, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
"Misli görünməmiş əməkdaşlığa" "meymun" cavabı - dünya gözləyir, rəsmilərsə düşünürlər
ABŞ koronavirus istehsalına başlayıb – peyvənd olanlara vurulacaq
Yenə yüksəlir: Azərbaycanda daha 103 nəfər koronavirusa yoluxub
Koronavirusa yoluxanların sayı 21 milyona yaxınlaşır
Həkim koronavirusun insanın beynini necə sıradan çıxarmasından danışıb
Yağış, arxiv şəkli

Ölkə ərazisindəki faktiki hava açıqlandı

0
Yağan leysan xarakterli yağış nəticəsində Balakən-Balakənçay, Talaçay-Zaqatala, Əyriçay-Başdaşağıl və Kürmükçay-İlisu məntəqələrindən sel keçib.

BAKI, 15 avqust — Sputnik. Avqustun 15-i səhərədək bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv olub.

Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən xəbər verir ki, düşən yağışın miqdarı Kişçayda (Şəki) 56 mm (aylıq normanın 56 faizi), Sarıbaşda (Qax) 38 mm (aylıq normanın 32 faizi), Zaqatalada 36 mm (aylıq normanın 49 faizi), Şəki, Balakəndə 27 mm (aylıq normanın 36 faizi), Qrızda 22 mm (aylıq normanın 41 faizi), Oğuzda 17 mm (aylıq normanın 30 faizi), Qubada 14 mm (aylıq normanın 42 faizi), İsmayıllıda 10 mm, Xaltanda 9 mm, Qusarda 8 mm, Qəbələdə 7 mm, Şamaxıda 6 mm, Gədəbəydə 5 mm, Göyçay, Altıağacda 4 mm, Mərəzədə 3 mm, Astara, Daşkəsən, Şahbuz, Ordubadda 2 mm, Naxçıvan, Ağdərə (Ordubad), Göygöl, Gəncə, Şəmkir, Tərtər, İmişli, Şabran, Bakı, Sumqayıtda 1 mm olub.

Yağan leysan xarakterli yağış nəticəsində Balakən-Balakənçay, Talaçay-Zaqatala, Əyriçay-Başdaşağıl və Kürmükçay-İlisu məntəqələrindən sel keçib.

Şimal-qərb küləyi arabir Neftçala, Naftalanda 20 m/s, Bakıda və Abşeron yarımadasında: Sumqayıtda 25 m/s, Ələtdə 24 m/s, Çilov adasında 21 m/s, Pirallahıda 20 m/s, Neft Daşlarında 19 m/s, Binə, Qum adasında 18 m/s, Bakı, Maştağada 15 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.8 metrə çatıb.

Havanın temperaturu Bakıda iqlim norması daxilində olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29 dərəcəyədək, aran rayonlarında 28-32, dağlıq rayonlarda 19 dərəcəyədək, Naxçıvan MR-da 30-33 dərəcəyədək dəyişəcək.

0