Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Postsovet Birliyi 2020-də: yeni başlanğıc, yoxsa gözləməyə davam

© Photo : Executive Committee of the Commonwealth of Independent StatesЭмблема и флаги участников Содружества Независимых Государств
Эмблема и флаги участников Содружества Независимых Государств - Sputnik Azərbaycan
Abunə olmaq
MDB keçmiş problemlərdən uzaqlaşmaq, onları sanki "atmaq" vasitəsi, lakin Sovet İttifaqının danılmaz üstünlüklərini qorumaq üçün bir yol kimi ortaya çıxdı

Rusiya Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun elmi işçisi Aleksandr Karavayev Sputnik üçün

BAKI, 19 dekabr — Sputnik. Sovet İttifaqının 28 il əvvəl baş vermiş sürətli tənəzzülü İkinci Dünya Müharibəsi hadisələri kimi uzun müddət xatirələrdə qalacaq. Respublikaların faktiki olaraq bir-birindən ayrılması, məlum olduğu kimi, bütöv bir kompleks genişmiqyaslı böhranların səbəbindən baş verdi. Ancaq Sovet İttifaqından sonrakı ilk illərdə "Böyük Birliyi" kollektiv suverenliyin yeni prinsipləri əsasında yenidən formalaşdırmaq ümidləri qalırdı – buna görə də Müstəqil Dövlətlər Birliyi (MDB) yeni inteqrasiya cəhdi kimi izah edilir.

Hər şey necə başladı

1990-1991-ci illərin əsas iqtisadi problemi pul vəsaitlərinin çatışmazlığı idi: 1989-cu ildə SSRİ büdcəsinin kəsiri ümumi daxili məhsulun (ÜDM) 10%-nə çatırdı, üstəgəl Dünya Bankı və G7 ölkələrindən alınmış qısamüddətli kredit borclarının üzərinə yeni borclar gəlirdi.

Azərbaycanla Rusiya Xəzər regionunu daha təhlükəsiz edirlər>>

Sovet iqtisadiyyatı müəssisələrində inzibati və iqtisadi münasibətlərində iflic yaranmışdı: son məhsulu istehsal edən onlarla zavod digər respublikalardakı tədarük zəncirindən asılı idi. Üstəlik, 1970-ci illərdə həllini tapmamış problemlər – istehlak mallarının, ilk növbədə məişət texnikasının çatışmazlığı, kənd təsərrüfatının inkişafındakı çətinliklər (ərzaq və taxılın geniş miqyaslı idxalından asılılıq) və sair bu kimi problemlər bütün bu deyilənlərin üzərinə yığılırdı.

MDB keçmiş problemlərdən uzaqlaşmaq, onları sanki "atmaq" vasitəsi, lakin Sovet İttifaqının danılmaz üstünlüklərini qorumaq üçün bir yol kimi ortaya çıxdı. Birliyin idealizmi və paradoksu elə bundadır. Respublikalar siyasi suverenliyə, öz xarici valyuta-ixrac siyasətlərinə, habelə Moskvadan müstəqil olaraq dövlət büdcələrini doldurma kanallarına sahib olmaq imkanını qazandılar.

Десятый российско-азербайджанский межрегиональный форум в Москве - Sputnik Azərbaycan
Rusiya-Azərbaycan əlaqələri "Kosmos"da müzakirə olundu: "Qüvvələri birləşdirmək lazımdır"

Lakin tez bir zamanda keçmiş Birliyin çətinliklərinin yoxa çıxmadığı məlum oldu. Bir sıra bölgələrdə, məsələn, Orta Asiyada və Cənubi Qafqazda bu problemlər daha da dərinləşirdi. Eyni zamanda, keçmiş Moskva "idarəetmə mərkəzi"ndən qalan boşluğu xarici güc mərkəzləri doldurdu. Bir tərəfdən, Qərb və digər inkişaf etmiş donorları cəlb etmək istəyi yeni milli elitalara inkişaf impulslarını almaq imkanını verirdi, digər tərəfdən isə bir çox təhlükəsizlik riskləri ortaya çıxırdı. Dayanıqlılıq haqqında düşünəndə, bu gün olduğu kimi, ilk növbədə siyasi sabitlik yada düşürdü. Buna görə də MDB-nin regional sabitləşmə ssenarilərini inkişaf etdirə biləcək bir klub kimi əhəmiyyəti göz qabağında idi.

Gələcək inteqrasiya üçün zəmin

MDB-nin ilk 10 ilini miras qalmış problemlərin nəzərdən keçirilməsi və yeni imkanların hesablanması dövrü kimi qiymətləndirmək olar. Moskva yerinə yetirilməsi məcburi olan kollektiv qərarların qəbul edilməsində monopoliyanı itirdi və bunun əksini də sübut etməyə çalışmadı. 2001-ci ildə MDB inteqrasiya baxımından boş formata bənzəyirdi – o, daha çox zəif, çətin idarə edilən, borc və defisit içində olan dövlətlərin formatı kimi görünürdü.

Lakin zaman göstərdi ki, MDB-ni qarşıdakı inteqrasiya layihəsi üçün hələ də mövcud əlaqələri möhkəmləndirə biləcək bir platforma qurmaq cəhdi kimi görən müşahidəçilər və siyasətçilər haqlı idilər. İndi isə, 2020-ci illərin əvvəlində, xatırlamağa dəyər ki, Avrasiya İqtisadi Birliyində (AİB) elan olunmuş dörd əsas azadlıqlar hələ MDB sazişlərinin təməlində öz əksini tapıb:

- vətəndaşların vizasız gediş-gəliş azadlığı (sahibkarlıq və əmək fəaliyyəti);

- ikiqat vergitutmanın aradan qaldırılmasına dair ikitərəfli müqavilələr və investisiyaların qorunması haqqında müqavilələr çərçivəsində kapitalın sərbəst hərəkəti;

“Valday” səmtini dəyişir: dünyanın inkişaf mərkəzi Qərbdən Şərqə doğru dəyişir  - Sputnik Azərbaycan
VİDEO
“Valday” səmtini dəyişir: dünyanın inkişaf mərkəzi Qərbdən Şərqə keçir

- ixrac-idxal əməliyyatları üçün azad ticarət zonası (ATZ);

- nəqliyyat və logistika şirkətlərinin (dəmir yolu, hava və avtomobil nəqliyyatı) qarşılıqlı əlaqəsi ilə dəstəklənən vahid nəqliyyat infrastrukturu kompleksi.

Rusiya MDB üçün hələ də kənd təsərrüfatı məhsullarının əsas satış bazarı və əsas əmək bazarı olaraq qalır. Öz növbəsində, MDB Rusiya üçün xammal deyil, məhz hazır məhsulların - avtomobillərin, texnikanın, inşaat materiallarının, kimya məhsullarının və bir çox digər malların ixracı üçün əsas region olaraq qalır.

Xarici fon və qırmızı xətlər

2001-ci ildən 2011-ci ilədək MDB ölkələrinin qarşılıqlı fəaliyyətinin xarici fonu dəyişir. Qlobal oyunçuların iştirakı artır: Çin Orta Asiyada yeni güclü bir subyekt kimi meydana çıxır, Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" vasitəsilə MDB ölkələrinin qərb qrupuna və Cənubi Qafqaza təsir gücü artır və nəhayət NATO-nun MDB məkanında genişlənməsi cəhdləri müşahidə olunur.

Öldürülməyən ayının dərisi bölüşdürülür: Almanlar gəlsin, yoxsa yox?>>

Eyni zamanda, Rusiya və MDB qrupunun digər aparıcı dövlətləri, ilk növbədə Qazaxıstan, Belarus, Azərbaycan və Özbəkistan köklü şəkildə fərqli imkanlara, üzərlərinə eyni zamanda götürdükləri çoxsaylı vəzifə və öhdəlikləri idarə etmək bacarıqlarına sahib oldular. MDB bundan sonra artıq "böyük və boş" deyildi. Rusiya isə öz növbəsində inteqrasiya əməkdaşlığının təşkili üçün daha böyük imkanlara sahib oldu.

Yeni bir nüvənin formalaşması prosesi başladı. Rusiya hələ də tərəfdaşların önündə şərt olaraq Abxaziya və Cənubi Osetiyanın tanınması kimi geosiyasi birliyin qəti identifikatorlarını qoymur, amma həm də qırmızı xətləri müəyyənləşdirirdi – yəni NATO-nun genişlənməsinə yox deməyi.

Müstəqil Dövlətlər Birliyindən Avrasiya İqtisadi Birliyinə doğru

Beş il əvvəl MDB məkanında Avrasiya İqtisadi Birliyi (AİB) yarandı. Eyni zamanda, Moskva AİB üçün koordinasiya rolunu Qərb sivilizasiyasının rəhbər qurumu olan Avropa İttifaqına təklif etdi. Lakin təklif cavabsız qaldı. AİB özünün kollektiv maraqlar sahəsi olan bərabərhüquqlu tərəfdaş kimi qəbul edilmədi, ona inteqrasiya yox, Aİ ilə tərəfdaşlığın "gözləmə otağında durmaq" təklif edildi.

Hazırda Rusiya ətrafındakı keçmiş iqtisadi sərhədlər, demək olar ki, tamamilə silinib. Yeni bir mərhələ başlayır - çətin geosiyasi şəraitdə tam hüquqlu müasir inteqrasiya.

Bununla bərabər, bu prosesin modul alqoritmləri (MDB sazişləri, AİB qrupu, AİB ilə sərbəst ticarət zonaları haqqında sazişlər) müxtəlif məsafələrdən və əhəmiyyətli dərəcədə fərqli parametrləri olan dövlətlərdən - Serbiyadan Misirə və Vyetnamadək tərəfdaşlar cəlb etməyə imkan verir. Bu, 1990-cı illərin əvvəllərində olan vəziyyətdən fərqlənir. Üstəlik, rəqəmsal iqtisadiyyat şəraitində fərqli bazarların istiqamətlənməsini və üstünlüklərini qoruyub saxlamaq mümkün olub.

Dövlət İqtisadiyyat Universitetinin professoru Elşad Məmmədov - Sputnik Azərbaycan
Professor Azərbaycanın dəniz limanlarının MDB-də ən yaxşı olmasının səbəblərini açıqladı

Bəllidir ki, MDB avtomatik olaraq AİB-ə qoşulmayacaq. MDB-nin azad ticarət zonası formatı Rusiyanın tərəfdaşları – ilk növbədə gələn il Birliyə sədrlik edəcək Özbəkistan və AİB-ə qoşulmamaq siyasətinə sadiq qalan, lakin AİB nüvəsi ilə əlaqələri artıran Azərbaycan - üçün lazım olduğu müddətcə qorunub-saxlanacaq.

Yaxın gələcəkdə AİB-də elə bir sistem yaranacaq ki, Birlikdən və ya AİB-lə azad ticarət zonasından olan sahibkar vahid ixrac mərkəzlərinin məlumat bazaları vasitəsilə mümkün qədər tez bir şəkildə özünə tərəfdaş tapa və infrastruktur banklarından lazımi kredit dəstəyini ala biləcək, eləcə də rahat logistika (çatdırılma və saxlama xidmətləri) və milli valyutada ödənişlər etmək imkanlarına sahib olacaq.

Söhbət 2024-cü ilədək belə bir sistemin yaradılmasından gedir. Bu müddətədək ümumi elektrik enerjisi və mobil rabitə bazarı fəaliyyət göstərəcək və ya yüksək hazırlıq səviyyəsində olacaq, Avrasiya İnkişaf Bankı və Rusiyanın infrastruktur bankları tərəfindən maliyyələşdirmə artacaq, rubl ilə ticarət artacaq, daxili əməkdaşlıq layihələri çoxalacaq, ümumi pensiya sistemi qüvvəyə minəcək.

Bütün bunlar, əlbəttə ki, postsovet inersiyasını aradan qaldırmış, MDB-nin varisi olan AİB-in effektiv inteqrasiya layihəsi kimi cəlbediciliyinin artmasına öz töhfəsini verəcək.

Xəbər lenti
0