Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya şokda: Ölkə 4 il müddətinə böyük yarışlardan kənarlaşdırıldı

© AP Photo / Pavel GolovkinЗдание Олимпийского комитета России в Москве
Здание Олимпийского комитета России в Москве - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyadan olan "təmiz" idmançılar 4 il müddətində neytral statusda (himn və bayraq olmadan) beynəlxalq yarışlara qatıla bilər

BAKI, 9 dekabr — Sputnik. Ümumdünya Antidopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsi Rusiyanı dörd il müddətinə irimiqyaslı yarışlardan, o cümlədən olimpiada və dünya çempionatlarında çıxış etmək hüququndan məhrum edib.

Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, qərar İcraiyyə Komitəsi tərəfindən yekdilliklə qəbul edilib.

"Dopinq Qərbdə icad olunub, amma nədənsə, onların idmançılarında dopinq tapılmır"

Bundan əlavə, Rusiyaya dörd il müddətində beynəlxalq yarışları keçirmək qadağan olunub. Qərar əsasən Rusiyadan olan rəsmi şəxslərin də 4 il müddətinə Olimpiya Oyunlarını ziyarət etmək qadağan olunur.

Rusiyadan olan "təmiz" idmançılar 4 il müddətində neytral statusda (himn və bayraq olmadan) beynəlxalq yarışlara qatıla bilər.

Xəbər lenti
0