NATO bayrağı Brüsseldə Alyansın binası qarşısında

Kəllə-mayallaq: Ekspert Rusiyanı niyə NATO üçün təhdid saydıqlarını izah edib

35
Britaniyanın Müdafiə Naziri Ben Uolles Rusiyanın NATO üçün "real təhlükə" olduğunu deyib. Hərbi ekspert Viktor Litovkin Sputnik radiosunun efirində bu bəyanatın səbəblərini açıqlayıb.

BAKI, 29 noyabr — Sputnik. Rusiya NATO üçün "real təhlükə" yaradır. Bu sözləri Britaniyanın Müdafiə Naziri Ben Uolles RUSİ Birləşmiş Krallıq Müdafiə Tədqiqatları İnstitutunda keçirilən seçkiqabağı debat zamanı deyib.

"Rusiya tərəfdən, məsələn, NATO üçün real təhlükə var. Rusiya addım-addım, millimetrin millimetrə bizim qətiyyətimizi sınayır", - deyə nazir bildirib.

Ballistik raketin buraxılması, arxiv şəkli
© Ministry of Defence of the Russian Federation

Uollesin fikrincə, Rusiya bu məqsədlə hibrid müharibə metodundan yararlanaraq Ukraynadan qismən istifadə edir.

Nazir Şimali Atlantika Alyansını, Avropa İttifaqını və Five Eyes xüsusi xidmətlər ictimaiyyətinin üzvlərini (ABŞ, İngiltərə, Kanada, Avstraliya, Yeni Zelandiya) vəziyyəti nəzarət altına almağa və "Rusiyaya qətiyyətli reaksiya verməyə" çağırıb.

Hərbi ekspert, istefada olan polkovnik Viktor Litovkin hesab edir ki, belə sözləri ciddi qəbul etmək olmaz.

"Bu, Krallığın müdafiə nazirinin ruhi xəstəliyindən xəbər verir. Rusiya heç kimi təhdid etmir, NATO-nun sərhədlərinə yaxınlaşmır. Əksinə, NATO Rusiyanın sərhədlərinə yaxınlaşır və orada əhəmiyyətli sayda hərbi kontingent yerləşdirir. Rusiyanın kimisə təhdid etməsi barədə söhbətlərə gəlincə, bu, hər şeyi baş-ayaq qoymaq, səbəb və nəticəni dəyişmək cəhdidir. NATO Yuqoslaviyanı bombaladı, İraq, Əfqanıstan, Liviyanı işğal etdi. Bəzi NATO üzvləri hələ də qeyri-qanuni olaraq Suriyadadırlar və Suriya neftini oğurlayırlar. Rusiya heç vaxt belə etməyib və etmir. Ona görə onlar Avropa əhalisindən Amerikadan silah almaq məqsədilə pul qoparmaq üçün qorxu mühiti yaradırlar. Çünki əhalini belə idarə etmək daha asandır", - deyə Viktor Litovkin Sputnik radiosuna bildirib.

35