Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskva BUM-undakı Sputnik yolkası 33 dildə danışacaq

© SputnikЦифровая елка международного информационного агентства и радио Sputnik в ГУМе
Цифровая елка международного информационного агентства и радио Sputnik в ГУМе - Sputnik Azərbaycan
Abunə olmaq
Sputnik unikal innovativ art obyekti "Qırmızı Meydandakı BUM-da Yeni il yolkaları" layihəsinin bir hissəsidir və artıq 12 ildir keçirilir.

BAKI, 27 noyabr — Sputnik. Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun dünyanın hər yerindən yeni il xəbərləri verən rəqəmsal ağacı Rusiyanın əsas meydanında böyüyüb. Bu il Sputnik beşinci ildönümünü qeyd edir və BUM-un (Baş Universal Mağaza) 1-ci xəttində innovativ art obyektin quraşdırılması, moskvalılar və Rusiya paytaxtının qonaqları üçün səbəbkarın doğum günü hədiyyəsi olub.

© SputnikMoskva BUM-da Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun rəqəmsal yolkası
Moskva BUM-undakı Sputnik yolkası 33 dildə danışacaq - Sputnik Azərbaycan
Moskva BUM-da Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun rəqəmsal yolkası

Fransa və İtaliyada Yeni il süfrəsinə nə qoymaq adətdir? Şaxta babanın MDB ölkələrində ən çox ziyarət edilən qərargahı hansıdır? Kambocada Yeni ilin əsas personajı kimdir? SSRİ-də nə vaxt Şaxta babanı evlərə dəvət etməyə başladılar? Yolka şarlarını harada fikirləşiblər? BUM-un ziyarətçiləri bu və digər bir çox aktual suallara, eləcə də dünyanın ən son xəbərlərinə, Yolka ağacının ətrafındakı qaçan sətirlərdə cavab tapacaqlar.

"Rossiya seqodnya" media qrupuna daxil olan Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosu 33 dildə danışır və dünyanın bütün ölkələrinin bayram ənənələri barədə hər şeyi ətraflı bilir. Ona görə də xəbərlər və təbriklər çoxdilli olacaq.

Bundan başqa, BUM-un ziyarətçiləri, Sputnik və RİA Novosti-nin oxucuları yolkaya öz yeni il arzularını göndərə biləcəklər. Bunun üçün onlara bizim informasiyalarımızı izləmək lazımdır.

© SputnikMoskva BUM-da Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun rəqəmsal yolkası
Moskva BUM-undakı Sputnik yolkası 33 dildə danışacaq - Sputnik Azərbaycan
Moskva BUM-da Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun rəqəmsal yolkası

"Sputnik 33 dildə danışır, bizim müxbirlərimiz bütün dünyada işləyir. Bura, Moskvanın mərkəzinə də müxtəlif ölkələrdən turistlər gəlir. Ümid edirəm ki, onlara bizim Sputnik yolkasına yaxın gəlmək, öz doğma dillərində Yeni il təbriklərini oxumaq və dünyanın müxtəlif guşələrində bu bayramın necə qeyd olunduğunu bilmək xoş olacaq", - deyə "Rossiya seqodnya" BİA baş redaktorunun birinci müavini Sergey Koçetkov bildirib.

Sputnik unikal innovativ art obyekti "Qırmızı Meydandakı BUM-da Yeni il yolkaları" layihəsinin bir hissəsidir və artıq 12 ildir keçirilir. Ənənəyə görə, ölkənin baş mağazasının tərəfdaş şirkətləri, iki ay ərzində onu demək olar ki, nağıllar aləmindəki meşəyə çevirirlər. Noyabrın 27-dən yanvarın 19-dək arzu edən hər kəs burada gəzə bilər.

"Rossiya seqodnya" BİA və Sputnik BUM-"Katka"nın, "Qırmızı Meydandakı BUM-da Yeni İl yolkaları" layihəsinin və BUM-Yarmarkaları-nın informasiya tərəfdaşları kimi çıxış edirlər.

© SputnikMoskva BUM-da Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun rəqəmsal yolkası
Moskva BUM-undakı Sputnik yolkası 33 dildə danışacaq - Sputnik Azərbaycan
Moskva BUM-da Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun rəqəmsal yolkası

Sputnik 33 dildə ölkə və regional multimedia resursu və internet saytları, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirən, rus, ingilis, fransız və digər dillərdə dünyanın 90 şəhərində analoq və rəqəmsal radioyayım edən nəhəng KİV-lərdən biridir. Sputnik xəbər lenti bütün dünya üzrə aparıcı nəşrlərə sutka boyu ingilis, ərəb, ispan, çin və fars dillərində informasiya göndərir. Sputnik-in informasiya resurslarının auditoriyası ayda 60 milyon ziyarətçidən ibarətdir, Veyboda Sputnik China hesabının abunəçilərinin sayı 10,5 milyonu aşır. Pekindən Montevideoya qədər bütün dünyadakı 22 redaksiya mərkəzində onlarla millətin minlərlə nümayəndəsi çalışır. Sputnik "Rossiya seqodnya" mediaqrupuna daxildir. Sputnik-in baş ofisi Moskvada yerləşir.

Xəbər lenti
0