Rusiya Prezidenti Vladimir Putin Moskva və Sankt-Peterburq arasında M-11 avtomobil yolunun açılışında

Putin Moskva - Sankt-Peterburq yolunu açdı

12
(Yenilənib 19:56 27.11.2019)
Gediş haqqının miqdarı həftənin günü, həmçinin gediş haqqını dayanmadan ödəməyə imkan verən transponder olub-olmamasına görə dəyişəcək. Transponder olacağı təqdirdə gediş haqqı ucuz olacaq

BAKI, 27 noyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Moskva və Sankt-Peterburq arasında pullu M-11 avtomobil yolunu açıb. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

Putin "Aurus" limuzinində bu yolla ilk dəfə səyahət edib. Avtomagistralın uzunluğu 669 kilometrdir.

Bu pullu yolda 1-ci kateqoriyadan olan avtomobillər üçün gediş haqqı 500-2000 rubl arasında dəyişəcək.

Qeyd olunur ki, gediş haqqının həcmi həftənin günü, həmçinin gediş haqqını dayanmadan ödəməyə imkan verən transponder olub-olmamasına görə dəyişəcək. Transponder olacağı təqdirdə gediş haqqı ucuz olacaq.

12