Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada 40-dan artıq uşaq məktəbdə qazdan zəhərləndi

© Sputnik / Maksim Bogodvid / Mediabanka keçidАвтомобили скорой помощи, фото из архива
Автомобили скорой помощи, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İlkin məlumatlara görə, məktəbdən yarım kilometr aralıda yerləşən qazayırma stansiyasından ətrafa maddə yayılıb. Məktəbdə dərslər təxirə salınıb

BAKI, 25 noyabr — Sputnik. Rusiyanın Nijni Novqorod vilayətində 43-ü uşaq olmaqla 44 nəfər orta məktəbdə qazdan zəhərlənib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, zəhərlənən şəxslərdən 10-nun vəziyyəti orta ağırdır.

"Vadsk mərkəzi rayon xəstəxanasına qazdan zəhərlənmə əlamətləri ilə 43-ü uşaq olmaqla 44 nəfər gətirilib", - deyə mənbə agentliyə bildirib.

İlkin məlumatlara görə, məktəbdən yarım kilometr aralıda yerləşən qazayırma stansiyasından ətrafa maddə yayılıb. Məktəbdə dərslər təxirə salınıb.

Xəbər lenti
0