Rusiya xarici işlər naziri Sergey Lavrov

Rusiya qonşu ölkə ilə sülh üçün öz şərtini açıqladı

27
(Yenilənib 11:41 23.11.2019)
Rəsmi Tokio Kuril adalarının mənsubiyyəti ilə bağlı 2-ci dünya müharibəsindən bu yana mübahisə aparır. Yaponiya SSRİ tərəfindən ələ keçirilən bu adaların Rusiyaya aidliyini qəbul etmir

BAKI, 23 noyabr — Sputnik. Yaponiyanın Kuril adalarının cənub hissəsində Rusiyanın suverenliyini tanıması iki ölkə arasında sülh razılaşmasının imzalanması üçün şərtdir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov bildirib.

Rusiya XİN rəhbəri xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putin və Yaponiyanın Baş Naziri Sindzo Abe ölkələr arasında problemin 1956-cı il bəyannamələri əsasında həllinə dair razılaşıblar.

Qeyd edək ki, Kuril adaları Kamçatka yarımadası ilə Hokkaydo adası arasında adalar qrupu olub, Oxot dənizini Sakit okeandan ayırır.

30-dan çox böyük (İturup, Urup, Kunaşir, Paramuşir və s.) və çoxlu kiçik ada və qayalardan ibarət olan Sakit okeanın bu bölgəsi iki ölkə üçün strateji əhəmiyyət daşıyır.

Rəsmi Tokio Kuril adalarının mənsubiyyəti ilə bağlı 2-ci dünya müharibəsindən bu yana mübahisə aparır. Yaponiya SSRİ tərəfindən ələ keçirilən bu adaların Rusiyaya aidliyini qəbul etmir.

27