Moskvada insanlar, arxiv şəkli

Dünyanın üç ən güclü ölkəsindən biri Rusiyanın zəif tərəfləri açıqlandı

2010
(Yenilənib 20:01 18.11.2019)
"Sohu" nəşri yazır ki, Birləşmiş Ştatların əsas rəqibi olan Rusiya şübhəsiz olaraq Vaşinqtonun təzyiqi ilə qarşılaşacaq

BAKI, 18 noyabr — Sputnik. Rusiya dünyanın ən güclü üç ölkəsi sırasındadır, lakin onun da dörd zəif tərəfi var. Sputnik Azərbaycan xəbər verir ki, Rusiyanın zəif tərəfləri barədə material Çinin "Sohu" nəşrində yerləşdirilib.

"Birincisi, onun əhalisidir. Rusiya əhalisinin sayı problemi daima aktual olub", - deyə məlumatda bildirilir.

Nəşr yazır ki, problemin yaranmasına səbəb İkinci Dünya müharibəsi və onun nəticəsində qadın və kişilərin say nisbətində yaranan fərq, həmçinin SSRİ-nin dağılmasıdır.

Məqalənin müəllifi Rusiyanın zəif tərəflərindən biri kimi çoxmillətli əhalini idarə etməyin mürəkkəbliyini, həmçinin iqtisadi çətinlikləri göstərib. İqtisadi çətinliklərə nümunə olaraq məqalədə sabiq Sovet İttifaqının iqtisadiyyatının çoxistiqamətli olması nümunə çəkilir. İddia edilir ki, iqtisadiyyat ağır sənayenin və hərbi sənaye kompleksinin digər sahələri əzməsi üzərində qurulub. 

Bundan əlavə, "Sohu" nəşri gərgin beynəlxalq vəziyyətə də diqqət çəkib.

"Əgər sən sülhə köklənmisənsə, onda kiməsə lazım ola bilərsən", - deyən müəllif, bu gün Rusiyaya münasibətdə beynəlxalq vəziyyətdəki hazırkı durumu şərh edib.

Nəşr yazır ki, Birləşmiş Ştatların əsas rəqibi olan Rusiya şübhəsiz olaraq Vaşinqtonun təzyiqi ilə qarşılaşacaq.

Xatırladaq ki, daha əvvəl "Sohu" nəşri məhz strateji nüvə güclərinin olmasına görə Birləşmiş Ştatların Rusiyaya hücum planlarını nəzərdən keçirmədiyini bildirib.

"Müasir dünyada, əgər hər hansı bir ölkənin strateji nüvə qüvvələri varsa, onda o hegemon ölkə adlanır. Ona görə də bu qüvvələri, həmçinin "sülhün təminatının sirri" olaraq da adlandırırlar” – nəşr qeyd edir.

2010