Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada araqla bağlı qadağa

© Sputnik / Varvara Gerte / Mediabanka keçidЦех розлива готовой продукции на предприятии по производству водки, фото из архива
Цех розлива готовой продукции на предприятии по производству водки, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyada mövcud olan bəzi standartlar spirtli içki istehsalı zamanı ən çox 3 qram ağırlığında qızıl, gümüş plastinka, pul əlavə etməyə icazə verir

BAKI, 16 noyabr — Sputnik. Rusiya Federal Alkoqol Bazarı Tənzimləmə Agentliyi bitki mənşəli dekor elementləri və sintetik dadlandırıcı qatılmış araq istehsalının qadağan edilməsini təklif edib.

Sputnik Türkiyə xəbər verir ki, 2021-ci ildə qüvvəyə minəcək Avrasiya İqtisadi Birliyinin yeni texniki düzəlişi arağa qızıl və gümüş plastinka, medalyon, pul, vanil və arıçılıq məhsullarının əlavə edilməsini qadağan edir. 

Dekor vasitələri istehsalçılara xüsusi günlər üçün orijinal içkilər istehsal etmək fürsətini yaradıb. Rusiyada mövcud olan bəzi standartlar spirtli içki istehsalı zamanı ən çox 3 qram ağırlığında qızıl, gümüş plastinka, pul əlavə etməyə icazə verir. İstehsalçılar yeni qanunun araqda sadəcə bitki mənşəli xam maddələrdən istifadə etməyi məcbur edəcəyi təqdirdə bazarda məhsul çeşidinin azalacağını bildirirlər.

Xəbər lenti
0