Rusiya DİN-in İnquşetiya Respublikası üzrə ekstremizmə qarşı mübarizə mərkəzinin rəhbəri İbrahim Elcarkiyev

Sifarişli qətl: İnquşetiyanın ekstremizmlə mübarizə mərkəzinin rəhbəri öldürüldü VİDEO

95
(Yenilənib 12:19 03.11.2019)
Naməlum şəxs avtomobildən düşən iki şəxsə yaxın məsafədən bir neçə dəfə atəş açıb. Nəticədə İbrahim Elcarkiyev aldığı güllə yaralarından hadisə yerindəcə ölüb. Qətlə yetirilən ikinci şəxs isə onun qardaşı olub

BAKI, 3 noyabr – Sputnik. Moskvada İnquşetiyanın ekstremizmə qarşı mübarizə mərkəzinin rəhbəri, polis mayoru İbrahim Elcarkiyev öldürülüb.

Sputnik AzərbaycanRİA Novosti”yə istinadla xəbər verir ki, İstintaq Komitəsinin məlumatına görə, hadisə Rusiya paytaxtının Akademik Anoxin küçəsində baş verib. Naməlum şəxs avtomobildən düşən iki şəxsə yaxın məsafədən bir neçə dəfə atəş açıb. Nəticədə İbrahim Elcarkiyev aldığı güllə yaralarından hadisə yerindəcə ölüb. Qətlə yetirilən ikinci şəxs isə onun qardaşı olub.

İlkin məlumata görə, cinayətkarlar bir neçə nəfər olublar. Silahlı hücum “Lada Granta” markalı avtomobillə hərəkət edən naməlum şəxslər tərəfindən həyata keçirilib. Onlar avtomobili bir qədər aralıda ataraq qaçıblar. Cinayətkarların Moskva şəhərini tərk etdikləri də ehtimal olunur.

Qeyd edilir ki, bu ilin yanvarında Elcarkiyevə qarşı daha bir sui-qəsd olub. O zaman mayorun avtomobili atəşə tutulub. Nəticədə maşında olan iki polis və bir mülki şəxs yaralanıb. Elcarkiyev özü yaralanmayıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

95
Rusiya XİN-nin binası, arxiv şəkli

Rusiya Paşinyanın cavabını verdi

168
(Yenilənib 13:26 31.10.2020)
Müqavilənin bir sıra maddələri yalnız silahlı hücum təhlükəsi və ya bir-birinin ərazilərinə təcavüz aktı olması halında konkret hərəkətləri nəzərdə tutur.

BAKI, 31 oktyabr - Sputnik. Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinə ölkəsinin təhlükəsizliyi ilə bağlı müzakirələrə başlamaq üçün müraciətinə cavab verib. Sputnik Azərbaycan-ın RİA Novostiyə istinadən yaydığı xəbər görə, Rusiyanın Xarici İşlər Nazirliyi "Əgər döyüşlər birbaşa Ermənistan ərazisində keçirilərsə, Rusiya Ermənistana hər cür yardım göstərəcək" , - deyə bildirib.

Qeyd edək ki, Paşinyan 29 avqust 1997-ci ildə iki ölkə arasında imzalanan Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Sazişinin 2-ci maddəsini əsas götürərək, təhlükəsizliyi təmin etmək məqsədilə Rusiya Federasiyasının Ermənistana verə biləcəyi dəstəyin forma və dərəcəsini təyin etmək üçün dərhal məsləhətləşmələrə başlamaq istəyi ilə Rusiya Federasiyasının Prezidentinə müraciət etmişdi.

Rusiya XİN-dən isə bildiriblər ki, bu Müqavilənin bir sıra maddələri yalnız silahlı hücum təhlükəsi və ya bir-birinin ərazilərinə təcavüz aktı olması halında konkret hərəkətləri nəzərdə tutur. Başqa, sözlə, hazırda bu cür hərəkətlərin yerinə yetirilməsinə ehtiyac yoxdur.

168
Əlaqədar
Paşinyan: "Hazırkı mərhələdə Qarabağ məsələsinin diplomatik yolla həlli yoxdur"
Paşinyan Ermənistana kömək üçün Putinə müraciət etdi
Paşinyan Qarabağ məsələsini güzəştlə həll etmək istəyir
Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

Putin Ərdoğana başsağlığı verdi

18
Hörmətli cənab Prezident, İzmir vilayətində baş verən güclü zəlzələnin səbəb olduğu insan tələfatı və böyük dağıntılarla əlaqədar başsağlığımızı qəbul edin.

BAKI, 31 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin İzmir vilayətində güclü zəlzələ nəticəsində həlak olan və baş verən ciddi dağıntılarla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı teleqramı göndərib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Kremlin saytı məlumat yayıb. 

"Hörmətli cənab Prezident, İzmir vilayətində baş verən güclü zəlzələnin səbəb olduğu insan tələfatı və böyük dağıntılarla əlaqədar başsağlığımızı qəbul edin", - deyə Putin qeyd edib.

Rusiya prezidenti eyni zamanda, təbii fəlakət nəticəsində bütün xəsarət alanların tezliklə şəfa tapmasını diləyib.

Qeyd edək ki, oktyabrın 30-da İzmirdə 6,6 bal gücündə zəlzələ olub. Təbii fəlakət nəticəsində 25 nəfər vəfat edib, 804-ü xəsarət alıb.

18
(0:49 / 5.85Mb / просмотров видео: 3)

Dağıdılmış qəbir daşları Ağcabədi məzarlığının atəşə tutulandan sonrakı videosu

0
Bu gün səhər saatlarından Ermənistan Silahlı Qüvvələri humanitar atəşkəs rejimini pozmaqda davam edib. Atılan mərmilərdən biri İmamqulubəyli kənd qəbiristanlığına düşüb.

Ağcabədinin Hacılar, Qiyaməddinli, Boyat, Arazbar və İmamqulubəyli kəndləri ağır artilleriyadan intensiv atəşə tutulub. Səhər saat 07:00 radələrində atılan mərmilərdən biri İmamqulubəyli kənd qəbiristanlığına düşüb. 7 qəbir daşı dağılıb, xeyli qəbirdə qəlpə izləri əmələ gəlib.

Ağcəbədi atəş altında: Evlər dağınıq, şüşələr paramparça, təsərrüfatlar viran – video >>

Sakinlər Ermənistan Silahlı Qüvvələrinin kəndləri mütəmadi atəşə tutduğunu, lakin heç nədən qorxmadıqlarını bildiriblər.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə