Noutbuk, arxiv şəkli

Rusiyada internetlə bağlı yeni qanun qüvvəyə minir

12
(Yenilənib 15:44 02.11.2019)
Bu gün qüvvəyə minməsi gözlənilən qanuna görə, kiber hücumlaırn qarşısını almaq üçün internet operatorçu şəbəkələrdə trafik filtirləmə sistemlərinin qurulması reallaşacaq.

BAKI, 2 noyabr — Sputnik. Rusiya kiber hücumlarla mübarizə aparmaq üçün internetlə bağlı yeni layihə hazırlayıb.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bu gün qüvvəyə minməsi gözlənilən yeni qanunla kiber hücumların qarşısını almaq üçün internet operatorları tərəfindən şəbəkələrdə trafik filtirləmə sistemlərinin qurulması reallaşacaq. Bu işlərin görülməsi üçün lazım olan bütün vəsaitlər hökumət tərəfindən ayrılacaq.

Onu da qeyd edək ki, bu layihənin üçün 20 milyard rubl (530 mln AZN) dəyərində bir büdcə ayrılıb. Layihənin tam olaraq 2021-ci ildən etibarən öz işinə başlayacağı proqnozlaşdırılır.

12