Moskvanın mərkəzi, arxiv şəkli

Rusiyanın yaşamaq üçün ən gözəl şəhəri...

16
(Yenilənib 13:42 02.11.2019)
Xatırladaq ki, Rusiyada şəhər mühitinin keyfiyyətinin artırılması "Mənzil və şəhər mühiti" milli layihəsinin vəzifələrindən biridir.

BAKI, 2 noyabr — Sputnik. Rusiyanın hər 4 şəhərindən biri yaşamaq üçün əlverişli hesab edilə bilər.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu qərara Rusiya Tikinti Nazirliyi tərəfindən aparılan şəhər mühitinin keyfiyyətinin öyrənilməsi araşdırmasının əsasında gəlinib.

Moskva reytinqdə ilk yerdə qərarlaşıb. Rusiyanın paytaxtı "nisbətən rahat bir iqlimi olan ən böyük şəhərlər" indeksinə görə nəzərə tutulmuş maksimum 360 baldan 276 bal toplayıb. İkinci yerdə 238 balla Sankt-Peterburq, 3-cü yerdə 191 balla Yekaterinburq, 4-cü və 5-ci yerdə isə 190 balla Kazan və Nijni Novqorod qərar tutub.

Eyni zamanda müəyyən edilib ki, Rusiya Federasiyası üçün orta bal 163 olaraq müəyyən edilib. İndeksin düzgün hesablanması üçün ölkənin 1114 şəhərinin hamısının 10 ölçülü-iqlim qrupuna bölündüyü qeyd edilib.

Xatırladaq ki, Rusiyada şəhər mühitinin keyfiyyətinin artırılması "Mənzil və şəhər mühiti" milli layihəsinin vəzifələrindən biridir.

16