Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya "toppuz"unu nümayiş etdirib - VİDEO

© Photo : Northern Fleet Press Service / Mediabanka keçidRusiyada "Bulava" (Toppuz) adlı ballistik raketin "Knyaz Vladimir" sualtı strateji kreyserdən buraxılması
Rusiyada Bulava (Toppuz) adlı ballistik raketin Knyaz Vladimir sualtı strateji kreyserdən buraxılması - Sputnik Azərbaycan
Abunə olmaq
Müdafiə Nazirliyi vurğulayıb ki, raketin uçuşu normal rejimdə keçib, nəzarət sistemləri təlim-döyüş bloklarının poliqona düşməsini qeydə alıblar

BAKI, 30 oktyabr — Sputnik. Rusiya Müdafiə Nazirliyi "Bulava" (Toppuz) adlı ballistik raketin "Knyaz Vladimir" sualtı strateji kreyserdən buraxılmasının videogörüntülərini yayımlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, kadrlarda raketin start götürməsi anını və onun uçuşunu izləmək olar.

Raketin buraxılması Ağ dəniz akvatoriyasında sualtı mövqedən həyata keçirilib.

Müdafiə Nazirliyi vurğulayıb ki, raketin uçuşu normal rejimdə keçib, nəzarət sistemləri təlim-döyüş bloklarının poliqona düşməsini qeydə alıblar.

"Bulava" Rusiya istehsalı olan bərk yanacaqlı raketdir. Bu raket "955" layihəsinə aid olan sualtı qayıqlarda istifadə olunmaq üçün nəzərdə tutulub. Raketin maksimal uçuş məsafəsi 8000-11000 kilometrdir.

Xəbər lenti
0