Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada dəhşətli qəza – ölən və yaralılar var

© ГУ МЧС по Ярославской области / Mediabanka keçidRusiyada avtobus qəzası
Rusiyada avtobus qəzası - Sputnik Azərbaycan
Abunə olmaq
Səkkiz nəfərin həlak olduğu qəza bu gün səhər saatlarında A-322 federal trassının 74-cü kilometrində baş verib

BAKI, 26 oktyabr — Sputnik. Rusiyanın Altay diyarında "Fiat Ducato" markalı mikroavtobus "Nissan" markalı avtomobillə toqquşub. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, qəza nəticəsində 8 nəfər ölüb.

Məlumata əsasən, qəza bu gün səhər saatlarında A-322 federal trassının 74-cü kilometrində baş verib. Qəza nəticəsində biri uşaq olmaqla 8 nəfər həlak olub. Daha 5 nəfər isə yaralanıb. Onların vəziyyətinin isə ağır olduğu bildirilib.

Hazırda faktla bağlı araşdırmalar gedir.

Xəbər lenti
0