Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Əsgər öz yoldaşlarını güllələdi – səbəbi əsəb pozğunluğu ola bilər

© Sputnik / Aleksandr Kryazhev / Mediabanka keçidAvtomat və güllələlər, arxiv şəkli
Avtomat və güllələlər, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qarovul növbəsi dəyişdirilən zaman təmir-texniki bazanın hərbi qulluqçusu öz yoldaşlarına tabel silahından atəş açıb

BAKI, 25 oktyabr — Sputnik. Rusiyanın Zabaykalsk diyarında əsgərin atəş açması nəticəsində 8 nəfər ölüb, 2 nəfər yaralanıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, hadisə yerli vaxtla 18:20-də baş verib.

"Qarovul növbəsi dəyişdirilən zaman təmir-texniki bazanın hərbi qulluqçusu öz yoldaşlarına tabel silahından atəş açıb", - Rusiya Müdafiə Nazirliyi deyib.

Atəş açan əsgər saxlanılıb. Müdafiə Nazirliyi hadisənin əsgərin şəxsi problemlər səbəbindən əsəb pozğunluğuna görə baş verdiyini güman edir.

Hadisə yerinə Müdafiə Nazirinin müavini, general-polkovnik Andrey Kartapolovun başçılığı altında komissiya göndərilib.

Xəbər lenti
0