Topol M raketi

Yeni silah Türkiyənin "C-400" barəsində bütün əziyyətini yerə vuracaq

3650
(Yenilənib 17:04 12.10.2019)
"Artıq aydındır ki, HHM sistemləri ballistik trayektoriya ilə uçan ballistik raketlərə qarşı işləyir. Biz isə onları dəfələrlə təkmilləşdirdik"

BAKI, 12 oktyabr — Sputnik. Rusiya istənilən hava hücumundan müdafiə (HHM) sistemlərindən yayına bilən zərbə kompleksləri yaradacaq. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Al Arabiya", "Sky Nеws Arabia" və "RT Arabic" telekanallarına müsahibəsində bildirib.

"Biz istənilən HHM sistemindən yayına bilən zərbə komplekslərinin üzərində işləməyə davam edəcəyik. Biz bunu edəcəyik. Çünki artıq aydındır ki, HHM sistemləri ballistik trayektoriya ilə uçan ballistik raketlərə qarşı işləyir. Biz isə onları dəfələrlə təkmilləşdirdik. Bunda əlavə, biz dünyada hələki heç kimdə olmayan digər silahı yaratdıq", - deyə Putin qeyd edib.

Xatırladaq ki, hazırda dünyada ən sanballı HHM sistemləri "Patriot" və "C-400"dür. İkincini Rusiyadan əldə etmək üçün Türkiyə ənənəvi müttəfiqi ABŞ-la münasibətlərini belə pozmalı oldu.

3650
Aleksandr Qudkov, arxiv şəkli

Rusiyanın ulduz aktyoru azərbaycanlı həkimin hekayəsini anladıb

9
(Yenilənib 21:09 27.05.2020)
Aleksandr Qudkov Rusiyanın "Qoqol" Teatr Mərkəzinin təşkil etdiyi "Həkimlərin hekayələri" layihəsi çərçivəsində azərbaycanlı həkim Ülvi Əhmədovun məktubunu oxuyub.

BAKI, 27 may — Sputnik, Kəmalə Əliyeva. Məşhur rusiyalı şoumen və aparıcı Aleksandr Qudkov hazırda koronavirusa qarşı mübarizənin önündə olan, Moskvada fəaliyyət göstərən azərbaycanlı cərrah Ülvi Əhmədovun real monoloqunu oxuyub.

Sputnik Azərbaycan-ın məlumatına görə, Qudkov bu monoloqla Rusiyanın "Qoqol" Teatr Mərkəzinin təşkil etdiyi "Həkimlərin hekayələri" layihəsinin iştirakçısı olub. Bu layihə çərçivəsində Rusiyanın tanınmış artistləri və musiqiçiləri COVİD-19-la mübarizə aparan həkimlərin real monoloqlarını oxuyurlar. Layihənin məqsədi həkimləri dəstəkləmək və onlar üçün fərdi qorunma vasitələri əldə etməkdir.

"Hər şey bitdikdə, həyatı əvvəlki və sonrakı dövrlərə bölüşəcəyik. Mən bunu istisnasız olaraq hamıya deyirəm, xüsusilə də doğmalarını və yaxınlarını itirmiş, özü ağır xəstə olanlar barədə. Düşünürəm ki, yalnız sadəcə təcrid vəziyyətində oturanlar da yaddaşa hopacaqlar. Bu, təbii fəlakətlər və ya terror aktlarından sonrakı xatirələr kimi olacaq. Həkimlərdə də belədir, amma bir az fərqlidir. Biz də həyatımızı virusdan əvvəlki və sonrakı dövrlərə böləcəyik. Bu, bizim üçün işdir. Biz onu çağırış və ya sınaq kimi qəbul edirik", - Ülvi Əhmədovun Qudkov tərəfindən səsləndirilən monoloqunda belə deyilir.

Həkim həmçinin qeyd edib ki, təxminən bir aya yaxın öz ailəsini görməyib, çünki onları yoluxdurmaq istəmir. Həmin yazıda Əhmədov istəyib ki, insanlar koronavirusla mübarizə aparan həkimlərin nə keçirdiyini bilsinlər.

9
Məşhur rusiyalı aparıcı Mixail Şirvindt, arxiv şəkli

Rusiyalı aparıcı Azərbaycanda yediyi qutablar kabablar üçün darıxıb

31
(Yenilənib 20:25 27.05.2020)
Rusiyanın məşhur teleaparıcısı, aktyor və prodüser Mixail Şirvindt öz sosial şəbəkə hesabında ötən qışda Azərbaycanın şimalında çəkilmiş növbəti videonu yerləşdirib.

BAKI, 27 may — Sputnik, Kəmalə Əliyeva. Məşhur rusiyalı aparıcı Mixail Şirvindt Azərbaycanda ona təklif edilən yeməklərin dadını indiyə qədər unuda bilmir.

Sputnik Azərbaycan-ın məlumatına görə, Şirvindt bu səbəbdən də "YouTube"-dakı səhifəsinə 2020-ci ilin qışında Azərbaycanda çəkilmiş növbəti videoçarxı yerləşdirib. Onda aparıcı özünün "Syedobnoye-nesyedobnoye" ("Yeyilən-yeyilməyən") layihəsi çərçivəsində ikinci dəfə Azərbaycana gəlmişdi. Onun məqsədi rusiyalı tamaşaçıları və özünün sosial şəbəkədəki izləyicilərini Azərbaycanın müxtəlif yeməkləri ilə tanış etmək olub.

O, bu çarxda Qəbələ rayonunda gəzdiyi yerlər, yediyi yeməklərdən bəhs edib. Yol kənarında bişirilən qutabın, Qəbələnin məşhur daş-arası kababının dadına baxıb, Nic kəndinin bazarını gəzib, buradakı restoran-muzeylə tanış olub.

"Azərbaycanın şimalı mənim çox xoşuma gəldi. Yol kənarında bişirilən qutabları və qeyri-adi dadı olan kababları unutmaq mümkün deyil", - deyə Şirvindt bildirib.

Aparıcı Azərbaycana yenidən qayıtmağa, respublika ilə bağlı digər faktları öyrənməyə və onları izləyiciləri ilə bölüşməyə söz verib.

Qeyd edək ki, Şirvindt "Syedobnoye-nesyedobnoye" layihəsi çərçivəsində müxtəlif ölkələrə səyahət edir və tamaşaçılara onlar haqqında maraqlı faktlardan danışır.

Mixail Şirvindt məşhur aktyor və prodüserdir. Müxtəlif illərdə "Doq-şou", "Ya i moya sobaka", "Xoçu znat" verilişlərinin müəllifi olub.

31

Paytaxtda karantin rejimini pozan kafelər aşkarlandı

0
Reydlərlə "Dəli Kür"də 5 nəfər, "Sakit Məkan"da 4 nəfər və "Çırağan" kafesində isə 2 nəfər müştəri qəbulu həyata keçirildiyi aşkarlanıb.

BAKI, 28 may - Sputnik. Bakıda xüsusi karantin qaydalarını pozan bir neçə kafe aşkarlanıb.

"Report"un xəbərinə görə, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri reyd zamanı Babək prospektində yerləşən "Dəli Kür" kafesinin, Qaçaq Nəbi küçəsindəki "Sakit Məkan" və Ramiz Quliyev küçəsindəki "Çırağan" kafelərinin müəyyən edilən vaxt rejimindən kənar saatlarda fəaliyyət göstərmələri məlum olub.

Reydlərlə "Dəli Kür"də 5 nəfər, "Sakit Məkan"da 4 nəfər və "Çırağan" kafesində isə 2 nəfər müştəri qəbulu həyata keçirildiyi aşkarlanıb.

Onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsi ilə protokollar tərtib olunub.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən qaydalara əsasən, bütün ictimai iaşə obyektlərində müştərilərə saat 08:00-dan 18:00-dək yerində xidmət göstərmək olar.

0