Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin MDB dövlət başçılarını dekabrda qonaq çağırdı

© Sputnik / Aleksey Druzhinin / Mediabanka keçidПрезидент РФ Владимир Путин на заседании Совета глав государств Содружества Независимых Государств (СНГ)
Президент РФ Владимир Путин на заседании Совета глав государств Содружества Независимых Государств (СНГ) - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya prezidenti Avropa İqtisadi Birliyinə daxil olmayan MDB dövlət başçılarını qurumun dekabrın 20-də Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitində iştiraka dəvət edib.

BAKI, 11 oktyabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin Avrasiya İqtisadi Birliyinə üzv olmayan MDB dövlət başçılarını İqtisadi Birliyin Sankt-Peterburqda dekabrın 20-nə təyin edilmiş qeyri-rəsmi sammitində iştiraka dəvət edib.

Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə görüşüb – VİDEO  - Sputnik Azərbaycan
VİDEO
Vladimir Putin İlham Əliyevlə görüşdü: "Perspektivlərimiz yaxşıdır" – VİDEO

"Avrasiya İqtisadi Birliyindəki həmkarlarımla dekabrın 20-də Sankt-Peterburqda ənənəvi qeyri-rəsmi görüşün keçirilməsinə razılaşmışıq və Yeni il ərəfəsində dostluq mühitində, tamamilə qeyri-rəsmi şəraitdə cari məsələlər barədə danışmaq və önümüzdəki ildə nə edə biləcəyimizlə bağlı fikir mübadiləsi aparmaq üçün bütün MDB liderlərini bizə qoşulmağa, saatlarını aktual beynəlxalq mövzulara kökləməyə dəvət edirik", - deyə MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı bildirib.

Putin qeyd edib ki, AİB-dən olan həmkarlarla məsləhətləşməlidir. "Ola bilsin, iclaslarla vəziyyəti gərginləşdirməmək üçün qalan hamını qonaq kimi dəvət edə, oturub cari məsələləri müzakirəyə çıxara, sonra qeyri-formal şəraitdə şam yeməyinə gedə bilərik. Protokol yığıncaqlarla yüklənməmək üçün nə etmək lazım gəldiyini də müzakirə edəcəyik", - deyə Putin əlavə edib.

Xəbər lenti
0