Rusiyanın beşinci nəsil Su-57 qırıcı təyyarəsi

"Su-57"lər kriptomüdafiə ilə təmin ediləcək

20
(Yenilənib 00:41 19.09.2019)
"Sistemin özü xeyli müddət əvvəl hazırlanıb və bir neçə nəsli geridə qoyub. "Su-57" üçün modifikasiya sırf ona uyğun hazırlanıb"

BAKI, 19 sentyabr — Sputnik. Rusiyanın beşinci nəsil "Su-57" qırıcı təyyarələri yüksək kripto və küy müdafiəsinə malik birləşmiş rabitə, məlumat mübadiləsi, naviqasiya və tanınma sistemi ("OSNOD") ilə təchiz olunacaq.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən bildirir ki, bunu "Roselektronika" holdinqinin "Polyot" müəssisəsinin elmi-texniki mərkəzinin rəhbəri Aleksey Ratner deyib.

"Sistemin özü xeyli müddət əvvəl hazırlanıb və bir neçə nəsli geridə qoyub. "Su-57" üçün modifikasiya sırf ona uyğun hazırlanıb və bu gün təyyarənin tərkibində dövlət sınağından keçirilir", - mütəxəssis bildirib.

Onun sözlərinə görə, sistemdə küydən müdafiə və informasiyanın bərpa olunması funksiyasına malik küyədavamlı kodlaşdırma reallaşdırılıb.  "Bundan başqa, rabitənin daimi kriptomüdafiəsi təmin olunur, yəni bu sistemdə məlumatlarn ələ keçirilməsi rəqibə heç nə verməyəcək", - mərkəz direktoru deyib.

20
Teqlər:
müdafiə, Su-57 qırıcı təyyarəsi
Əlaqədar
Beşinci nəsil qırıcılar: "Su-57" "F-35"ə qarşı
Putin Ərdoğana "F-35"lərin alternativini göstərdi
Vəziyyət yenə qarışacaq: Ərdoğan "Su-35" və "Su-57" təyyarələrinə göz dikib