Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskva metrosunda atışma - polis həlak oldu

CC BY 2.0 / Peter Anderson / adiósПистолет в руке, фото из архива
Пистолет в руке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hüquq mühafizəçiləri həmçinin şübhəli bilinən şəxsə qarşı operativ əməliyyat tədbirini hazırlayıb həyata keçirən vəzifəli şəxslərin əməllərinə də qiymət verəcəklər

BAKI, 18 sentyabr — Sputnik. Moskva metropolitenində Daxili İşlər İdarəsinin əməkdaşının tutulması zamanı bir polis həlak olub, digəri ağır yaralanıb.

Kiyevdə Metro körpüsündə vəziyyət  - Sputnik Azərbaycan
Körpüyə çıxıb partladacağı ilə hədələyən kişinin üstünə BTR sürdülər

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, rüşvət almaqda şübhəli bilinən kişi onun ardınca düşən polislərə "Ryazan prospekti" metro stansiyasında atəş açıb. Daxili İşlər Nazirliyinin Moskva üzrə baş idarəsindən verilən məlumata görə, xəstəxanaya aparılan polisin vəziyyəti ağırdır.

İstintaq komitəsi cinayət işi açıb. Hüquq mühafizəçiləri həmçinin şübhəli bilinən şəxsə qarşı operativ əməliyyat tədbirini hazırlayıb həyata keçirən vəzifəli şəxslərin əməllərinə də qiymət verəcəklər.

Xəbər lenti
0