Rusiyalı jurnalist və teleaparıcı Kseniya Sobçak Konstantin Boqomolovla toyu zamanı

Putinin əsas rəqibi toya korsetdə gəldi, aləm bir-birinə dəydi VİDEO

73
(Yenilənib 12:07 14.09.2019)
Cütlük VVAQ şöbəsinə üzərində "ölüm bizi ayırana qədər" yazılmış katafalk maşınında gəlib. Sonra isə gəlin qəribə rəqsi ilə qonaqları təəccübləndirib

BAKI, 14 sentyabr — Sputnik. Rusiyalı jurnalist və teleaparıcı Kseniya Sobçak Konstantin Boqomolovla toyu zamanı insanların qarşısına korsetdə çıxıb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu videogörüntülərdə "Instagram" səhifəsində Yelena Mozovaya bildirib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Sergey Kalvarskiy (@kalvarskiy812)

Videoda görünür ki, gəlin əvvəlcə qara plaşda səhnənin ortasında katolik rahibələrin baş örtüyünü geyinmiş gənc insanların qarşısında olub. Daha sonra Sobçaka rəqqasələr yaxınlaşır, öncə özləri soyunur, sonra isə gəlinin üzərindəki plaşı atırlar. Məlum olur ki, toyun səbəbkarı korsetdədir və daha sonra rəqs etməyə başlayır.

Kseniya Sobçak və Konstantin Boqomolovun toyu cümə günü keçirilib. Cütlük VVAQ şöbəsinə üzərində "ölüm bizi ayırana qədər" yazılmış katafalk maşınında gəlib.

Xatırladaq ki, 2018-ci il Rusiyada keçirilən prezident seçkilərində Kseniya Sobçak Vladimir Putinin rəqiblərindən biri idi.

73
Teqlər:
rəqs, toy, Kseniya Sobçak
Əlaqədar
Putin rəqibini ələ saldı: “Yenə aldadıb gəlmisən?”
Qonşu ölkədəki seçkilərdə qalmaqal
Kseniya Sobçak seçkilərin əsas nəticəsini açıqladı
Rusiyalı siyasətçi alt paltarda azərbaycanlı fotoqrafın obyektivində