Robot və insan, arxiv şəkli

İnsanlar robotlara qarşı: Milyonlarla adam yerini itirə bilər

1377
(Yenilənib 22:18 10.09.2019)
Ekspertlərin fikrincə, mehmanxana və restoran biznesində işin böyük bir hissəsini artıq robotlara tapşırmaq olar

BAKI, 10 sentyabr — Sputnik. Avtomatlaşdırmanın dünya üzrə geniş vüsət aldığı bir vaxtda, alimlər həyəcan təbili çalırlar. Belə ki, bu proses nəticəsində müxtəlif peşə və vəzifələrdə insanların robotlarla əvəz olunacağı gözlənilir.

Sputnik Azərbaycan xəbər verir ki, Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının apardığı son tədqiqatlar da belə bir nəticəyə gəlməyə əsas verir.

Tədqiqatlara əsasən, avtomatlaşdırma və rəqəmsallaşdırma nəticəsində Rusiya Federasiyası üzrə işçilərin 45,5 faizinin bilik və bacarıqlarına 2030-cu ilədək ehtiyac qalmayacaq.

Qeyd edilir ki, belə işçilər ya əmək bazarından çıxmalı, ya da yenidən təlim keçməli olacaqlar.

Tədqiqatın müəllifləri belə bir qənaətə gəliblər ki, 20,1 milyon insan "avtomatlaşdırma və rəqəmsallaşdırma riskləri" ilə üz-üzə qalacaqlar.

Ekspertlərin fikrincə, mehmanxana və restoran biznesində işin böyük bir hissəsini artıq robotlara tapşırmaq olar – bu sahədə əməkdaşların 73 faizi avtomatlaşdırmanın risklərinə məruz qalacaqlar. Bu siyahıya həmçinin emaletmə sənayesi (60 faiz), kənd və meşə təsərrüfatı (58 faiz), pərakəndə satış (53 faiz) və mədənçilik sənayesi (51 faiz) daxildir.

"Burada insanın avtomatlaşdırmaya məruz qalmasından (yəni robotla əvəz olunma mümkünlüyündən) danışmaq düzgün olardı. Lakin sənin avtomatlaşdırmaya məruz qalmağın o demək deyil ki, səni sabah əvəz edəcəklər", - tədqiqatın müəllifi, Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının Sahibkarlıq Problemləri Laboratoriyasının rəhbəri Stepan Zemtsov "İzvestiya" qəzeti ilə müsahibəsində deyib.

Zemtsovun sözlərinə görə, avtomatlaşdırma və rəqəmsallaşdırma prosesi müəyyən vaxt çəkəcək və buna görə də işçilərin yenidən təlim keçməyə və öz funksiyalarını dəyişməyə imkanları olacaq.

Vəziyyətdən çıxış yolu kimi robotlara görə vergi təyin edilməsi (yığılmış vəsaitin isə sosial yardıma yönəldilməsi) və ya dörd günlük iş həftəsinin tətbiqi misal göstərilir.

Rusiyanın İqtisadi İnkişaf Nazirliyi öz növbəsində bildirib ki, əlavə vergi yükünün tətbiq edilməsi proqressiv texnologiyaların və fəaliyyət növlərinin inkişafını ləngidə bilər. Lakin bu, Rusiyanın dünya bazarında rəqabətə dözümlüyünü azaldacaq.

1377
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov və Elmar Məmmədyarov, arxiv şəkli

Azərbaycan Rusiya XİN başçıları arasında telefon danışığı olub

25
(Yenilənib 15:41 13.07.2020)
Məmmədyarov Ermənistanın gücdən istifadə etmək cəhdinin yolverilməz olduğunu və bu kimi təxribatların bundan sonra da layiqincə cavabının veriləcəyini vurğulayıb.

BAKI, 13 iyul — Sputnik. Bu gün Xarici İşlər naziri Elmar Məmmədyarovun Rusiya Federasiyasının Xarici işlər naziri Sergey Lavrov ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, nazir Elmar Məmmədyarov Ermənistan silahlı qüvvələrinin 12 iyul tarixində Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində hücum cəhdinin qarşısının alınması, bölgədə davam edən gərginlik barədə Rusiyalı həmkarına məlumat verib.

O, Ermənistanın bu təxribatının bölgədə vəziyyətin daha da gərginləşməsinə, üçüncü ölkələrin Ermənistan-Azərbaycan münaqişəsinə cəlb edilməsinə xidmət etdiyini qeyd edib, Ermənistanın gücdən istifadə etmək cəhdinin yolverilməz olduğunu və bu kimi təxribatların bundan sonra da layiqincə cavabının veriləcəyini vurğulayıb.

Telefon söhbəti zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bilavasitə ATƏT-in məşğul olduğu və münaqişənin hər iki tərəfinin bu təşkilatın tam hüquqlu üzvü olduğu qeyd olunub.

Nazir S. Lavrov bölgədə gərginliyin artmasının yolverilməz olduğunu və vəziyyətin nəzarət altına alınmasının vacibliyini qeyd edib.

25
Moskvada koronavirusa yoluxanan xəstələrin müalicə aldığı hospital

Bu ölkədə koronavirusa yoluxanların sayı 730 mini keçdi

4
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

BAKI, 13 iyul — Sputnik. Bir sutka ərzində Rusiyada 6537 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 104 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 733699-a çatıb. Rusiyada pandemiya yayılandan 11439 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 2960 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 504021-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 13 milyonu keçib, 569 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

4
Atışma, arxiv şəkli

Müdafiə Nazirliyi: Ermənistan KİV-i dezinformasiya yayır

0
(Yenilənib 18:38 13.07.2020)
Erməni tərəfinin yaydığı fotonun üzərində onun 2018-ci ilin 12 dekabr tarixində çəkildiyi qeyd olunub

BAKI, 13 iyul – Sputnik. Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı Ermənistan kütləvi informasiya vasitələrində (KİV) düşmən ölkənin hərbi bölmələrinin guya Tovuz rayonunun Ağdam kəndi istiqamətində yerləşən Qaraqaya yüksəkliyini ələ keçirtməsi barədə yayılan məlumata münasibət bildirib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, V.Dərgahlı deyib ki, yayılan məlumatlar yanlışdır və ictimai fikri çaşdırmaq məqsədi daşıyır: "Dezinformasiya ilə birlikdə yayılan fotonun üzərində onun 2018-ci ilin 12 dekabr tarixində çəkildiyi qeyd olunub. Təkcə bu fakt məlumatın yanlış olduğunu sübut edir. Bir daha xalqımızdan, o cümlədən kütləvi informasiya vasitələrindən və sosial şəbəkə istifadəçilərindən ancaq Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etmələrini xahiş edirik".

0