Fyodor robotu, arxiv şəkli

Fyodor kosmosdan qayıdır: "Hamı gedib ki..."

33
(Yenilənib 22:51 06.09.2019)
"UİM-lə radio əlaqəsi zamanı bəlli oldu ki, Yerdəkilərin hamısı "Vostoçnı" kosmodromuna gedib"

BAKI, 6 sentyabr — Sputnik. İçində "FEDOR" insanabənzər robotun olduğu "Soyuz MS-14" gəmisi Beynəlxalq Kosmik Stansiyadan (BKS) ayrılıb.

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, gəminin sentyabrın 7-nə keçən gecə Qazaxıstanda yerə enəcəyi gözlənilir. "Roskosmos"un saytında geri dönüş canlı olaraq yayımlanır.

Fyodoru yerətrafı orbitə çıxaran "Soyuz MS-14" gəmisi avqustun 22-də Yerdən start götürüb. 5 sutkadan sonra gəmi ikinci cəhddən sonra BKS-lə birləşə bilib. Onun bu gecə Qazaxıstanın Cezqazqan şəhərindən 147 km cənub-şərqdə yerə enəcəyi gözlənilir.

Fyodor Yerə qayıtmadan öncə sosial şəbəkədən bu barədə xəbər verib.

​"Tezliklə eniş başlayacaq. Məni dəstəkləyin. İşin gedişində Uçuşların İdarəetmə Mərkəzinə (UİM) telemetriyanı göndərəcəm".

Sentyabrın 5-də robot qayıdışı ilə bağlı zarafat da edib:

​"UİM-lə radio əlaqəsi zamanı bəlli oldu ki, Yerdəkilərin hamısı "Vostoçnı" kosmodromuna gedib. Bizim heyət isə mənim "Soyuz MS-14" gəmimə avadanlıqları yükləyir, cihazların diaqnostikasını aparır. Yerə qayıtmağımıza lap az qaldı".

Robot Fyodor (FEDOR — Final Experimental Demonstration Object Research) Rusiya FHN-in sifarişilə "Android texnikası" və Perspektiv Araşdırmalar Fondu tərəfindən hazırlanıb. Onun yaradılmasına 300 milyon rubl sərf olunub. Bu yaxınlarda robotun adı dəyişərək Skybot F-850 olub.

33
Teqlər:
Yer, Beynəlxalq Kosmik Stansiya, kosmos, robot
Əlaqədar
Kosmosa hazırlaşan "Fyodor"un artıq klipi də var - VİDEO
Robot rusiyalıları kosmosdan təbrik etdi - VİDEO
"Fyodor"un kosmik macərasında uğursuzluq
Qədəmlərin mübarək... Rusiyanın ilk insanabənzər robotu kosmosa köçür
Fyodor kosmosdan yazır: "Elə də rahat yer deyil"
Moskvada koronavirusa yoluxanan xəstələrin müalicə aldığı hospital

Rusiyada koronavirusa yoluxanların sayı 1,5 milyonu ötüb

9
(Yenilənib 13:26 25.10.2020)
Ən çox gündəlik yoluxma Moskvada qeydə alınıb - 4 455 nəfər. Son sutka ərzində ölkə üzrə 229 nəfərin koronavirusdan öldüyü bildirilib.

BAKI, 5 oktyabr - Sputnik. Rusiyada son sutka ərzində 84 bölgədə daha 16 710 nəfər COVID-19-a yoluxub. Onlardan 4 456 nəfərdə heç bir koronavirus simptomu yoxdur.

Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadla verdiyi məlumata əsasən, bununla Rusiyada koronavirusa yoluxanların sayı 1 513 877 nəfərə çatıb.

Ən çox koronavirusa yoluxma Moskvada qeydə alınıb - 4 455 nəfər.

Son sutka ərzində 229 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə Rusiyada koronavirusdan ölənlərin sayı 26 050 nəfərə çatıb.

9
Neft tankeri

"Palmali"yə məxsus tankerdə partlayışın səbəbi bilinmir

48
(Yenilənib 08:53 25.10.2020)
Tankerin sahibi Türkiyənin Palmali Shipping Agency şirkətidir, gəmi 2005-ci ildə Türkiyədə tikilib, lakin Rusiya bayrağı altında üzürmüş.

BAKI, 25 oktyabr - Sputnik. Azov dənizində Rusiya bayrağı altında üzən və qəzaya uğrayan “General Həzi Aslanov” neft tankeri batırılmayacaq.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumata əsasən, artıq tankerə su dolmur və onun batması gözlənilmir. "Merkuri" gəmisi tankeri Kerç limanına doğru çəkir.

Xatırladaq ki, qəza dünən axşam saatlarında baş verib. Belə ki, gəmidə partlayış olub. Hadisə zamanı gəmidə 13 heyət üzvü var imiş. Onlardan 10 nəfəri xilas edilib. Üç nəfər isə partlayış dalğasından dənizə düşüb. Onların axtarışına ətrafdakı gəmilər və helikopter cəlb olunub.

Hadisə vaxtı tankerdə yük olmayıb.

Qeyd edək ki, tanker Kerçdəki "Qafqaz" limanından Rostov-Don marşrutu üzrə hərəkət edirmiş.

Tankerin sahibi Türkiyənin Palmali Shipping Agency şirkətidir, gəmi 2005-ci ildə Türkiyədə tikilib, lakin Rusiya bayrağı altında üzürmüş. Qeydiyyat limanı Taqanroqdur.

48
Yaşlı adam, arxiv şəkli

Koronavirusa yoluxma insanı 10 yaş qocaldır, həmçinin...

0
Koronavirusun ağır formaları mətnlərin və sözlərin mənasını dərk etmə qabiliyyətinə təsir edir. Buna baxmayaraq, xəstəliyə yoluxmuş insanlarda emosional sahə, məkan yaddaşı və rəqəmləri əzbərləmək qabiliyyəti dəyişməz qalıb.

BAKI, 25 oktyabr — Sputnik. Böyük Britaniya alimləri apardıqları araşdırma zamanı koronavirus xəstəliyinin insanların İQ səviyyəsini endirdiyini müəyyən edib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu intelektual bacarıqlar və yaddaşla əlaqələndirilib. Mütəxəssislərin sözlərinə görə, koronavirusa yoluxan şəxslər xəstəliyə yoluxmayan yaşıdları ilə müqayisədə məntiq testlərini həll etməkdə çətinlik çəkiblər. Bundan əlavə, şəxslərin İQ səviyyəsi xəstəliyi hansı ağırlıqda keçirmələri ilə də birbaşa əlaqəlidir. Tədqiqat zamanı alimlər 84 könüllünün məntiqi bacarıqlarını və yaddaşlarını araşdırıblar.

Müəyyən edilib ki, koronavirusa yoluxan insanlar sağlam insanlarla müqayisədə 65 faiz geri qalıb. Mütəxəssislərin fikrincə, bu xəstələrin 10 yaş yaşlanmasına bərabərdir.

Koronavirusun ağır formaları mətnlərin və sözlərin mənasını dərk etmə qabiliyyətinə təsir edir. Buna baxmayaraq, xəstəliyə yoluxmuş insanlarda emosional sahə, məkan yaddaşı və rəqəmləri əzbərləmək qabiliyyəti dəyişməz qalıb.

0