Su-57 qırıcı təyyarəsi, arxiv şəkli

"Su-57" qırıcısının ifasında mürəkkəb pilotaj fiquru - VİDEO

78
(Yenilənib 18:30 28.08.2019)
Təyyarə sözün əsl mənasında havada hərlənib

BAKI, 28 avqust — Sputnik. Rusiyanın ən yeni "Su-57" qırıcısı təlim uçuşları zamanı "yastı ştopor" adlı yüksək pilotaj fiqurunu yerinə yetirib.

Sputnik Azərbaycan xəbər verir ki, təlim uçuşlarının videogörüntülərini "RT" agentliyi yayıb.

Kadrlardan döyüş təyyarəsinin qalxmasını, səmada elementləri yerinə yetirməsini və uçuş zolağında oturmasını görmək olar. Uçuş elementləri zamanı təyyarə sözün əsl mənasında havada hərlənib.

"Su-57" (əvvəlki adı ilə "PAK FA") Rusiya istehsalı olan beşinci nəsil döyüş təyyarəsidir. Bu təyyarənin ilk uçuşu 2010-cu ildə baş tutub. Onun layihəçiləri bildirirlər ki, təyyarənin yüksək manevrlər etmək və səsdən sürətli uçmaq qabiliyyəti, eləcə də müasir bort avadanlığı və radardan gizlənmək qabiliyyəti ona rəqibləri qarşısında üstünlük verir.

Qeyd edək ki, "Su-57" təyyarəsi "MAKS-2019" aviakosmik sərgisində müxtəlif pilotaj fiqurlarını nümayiş etdirir.

78
Teqlər:
şou, uçuş, Su-57 qırıcı təyyarəsi
Əlaqədar
Beşinci nəsil qırıcılar: "Su-57" "F-35"ə qarşı
Putin Ərdoğana "F-35"lərin alternativini göstərdi
Ərdoğan və Putinin görüşü: Birgə təyyarə istehsalı, kosmos və Suriya
Moskva, yoxsa Vaşinqton - Türkiyə kimi seçəcək?