Rusiyada təcili tibbi yardım

Döyüş qumbarası iki nəfərin həyatına son qoydu

26
(Yenilənib 16:51 26.08.2019)
Ölənlərin arasında uşaqlar yoxdur

BAKI, 26 avqust — Sputnik. Rusiyanın Naxodka şəhərində yerləşən dördmərtəbəli binada döyüş qumbarası partlayıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, nəticədə iki nəfər həlak olub.

"Avqustun 26-da saat 17:30-da (Bakı vaxtı ilə saat 13:30-da – red.) Naxodka şəhəri Zavodskaya 16 ünvanında yerləşən çoxmənzilli dördmərtəbəli binanın birinci mərtəbəsində partlayış baş verib. Döyüş qumbarasının partladığı güman edilir. Fövqəladə Hallar Xidməti hadisə yerinə gəlib. İlkin məlumata görə, iki nəfər həlak olub, iki nəfər yaralanıb (onların arasında uşaqlar yoxdur), binada dağıntı baş verməyib", - yerli icra hakimiyyətinin rəsmisi RİA Novosti-yə bildirib.

26
Teqlər:
Rusiya, ölüm, partlayış, qumbara

Tu-160 raket daşıyıcısının havada yanacaqdoldurma prosesi - maraqlı video

12
(Yenilənib 11:09 15.01.2021)
Uzaq mənzilli aviasiya pilotları təyyarələrini 6000 metrdən artıq yüksəklikdə və saatda təxminən 600 kilometr sürətlə İl-78 hava tankerinə yaxınlaşdırıb.

Ümumiyyətlə, uçuş hazırlığının bu ən mürəkkəb elementini yerinə yetirmək üçün yalnız təcrübəli pilotlara icazə verilir, lakin bu dəfə manevrlərdə gənc zabitlər də iştirak edib. Təlimlərə ümumilikdə beş Tu-160 və Il-78 təyyarəsi cəlb olunub.

12
Ermitaj muzeyinə mənzərə, arxiv şəkli

Dünyaca məşhur muzey saxtakarlıqda ittiham olunur

19
(Yenilənib 00:26 17.01.2021)
Kolleksiyaçı Rujnikov Ermitaj muzeyindəki bir çox eksponatın orijinal olmadığını bildirib. Üstəlik, onun fikrincə, ötən ilin noyabrından davam edən sərgidə də məşhur əsərlərin kobud, saxta versiyaları nümayiş olunur.

BAKI, 17 yanvar — Sputnik. Dünyanın ən məşhur və böyük muzeyi olan Ermitaj muzeyi "Faberge - İmperator Məhkəməsinin zərgərləri" sərgisində saxtakarlığa yol verməkdə günahlandırılır.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, muzeyin direktoru Mixail Piotrovskiyə ünvanlanan saxtakarlıqla bağlı iddialar kolleksiyaçı Andrey Rujnikovun açıq məktubunda bildirilib. O qeyd edib ki, Ermitaj, Pavlovsk və Peterhof kolleksiyalarına aid olan həqiqi eksponatlarla yanaşı nümayiş etdirilən əsgərin siqaret yandırdığı heykəlcik Savitskinin Fersman Muzeyindəki heykəlinin kobud bənzəridir.

Bundan başqa, kolleksiyaçı muzeydəki bir çox eksponatın orijinal olmadığını bildirib. Onun sözlərinə görə, sadalanan əsərlər XX əsrə yox, XXI əsrə aiddir. O, eyni zamanda, ekspozisiyada iştirak edən saxtakarların siyahısını xeyli uzada biləcəyini qeyd edib.

İddialar əsasında hazırda Ermitajda araşdırmalara başlanılıb. Sərgi ötən il noyabrın 25-də başlayıb və bu il martın 14-dək davam edəcək.

19
Teqlər:
saxtakarlıq, Ermitaj, muzey
İsraildə epdimioloji vəziyyət

İsraildə “Pfizer” vaksini vurulan 13 nəfər üz iflici olub

0
Ötən ilin 20 dekabr tarixində İsraildə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb.

BAKI, 17 yanvar - Sputnik. İsraildə yeni növ koronavirus infeksiyasına qarşı “Pfizer” vaksini ilə peyvənd olunan 13 nəfər üz iflici olub.

“Report”un məlumatına görə, bu barədə “The Jerusalem Post” İsrail Səhiyyə Nazirliyinin hesabatına istinadən xəbər verib.

Nazirlik bildirib ki, üz iflici olanların sayı daha çox ola bilər.

Qeyd edək ki, ötən ilin 20 dekabr tarixində İsraildə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb. İlk olaraq İsrailin Baş naziri Binyamin Netanyahu peyvənd olunub.

0