Sputnik

Rusiyada görünməyən peyk kəşf olunub

30
(Yenilənib 17:15 17.08.2019)
"Roskosmos" 10-20 mindən çox kilometr hündürlükdə olan orbitlərdə kosmik aparatları maskalamağı təklif edir

BAKI, 17 avqust — Sputnik. Rusiyanın "Roskosmos" dövlət korporasiyası kosmik aparatların optik vasitələrlə müşahidə edilməsini gizlədən üsulu patentləşdirib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, patent alınması üzrə məlumat İntellektual Mülkiyyət üzrə Federal Xidmətin bazasında yerləşdirilib.

Qeyd olunur ki, kəşf spektrin görünən diapazonunda kosmik aparatın görünməsini azaltmağa icazə verəcək. Texnologiyaya əsasən, peyklər işığı yayan xüsusi yüngül qabarcıqlı nazik pərdə ilə örtüləcək. Bununla da Yer planetindən izlənmə zamanı obyektin görünməsi 10 dəfədən çox azalır.

"Roskosmos" 10-20 mindən çox kilometr hündürlükdə olan orbitlərdə kosmik aparatları maskalamağı təklif edir. Çünki, həmin məsafədə radiolokasiya vasitələri ilə müşahidə qeyri-effektiv olur, bununla da optik müşahidə vasitələrindən istifadə olunur.

Kosmik siyasət institutunun rəhbəri İvan Moiseyev izah edib ki, peyklər üçün maskalanmanın kəşfi hərbi məqsədlərlə də istifadə oluna bilər. Onun sözlərinə görə, radiolokasiya və optik diapazonlar vasitəsilə çəkilən fotolarla peykin manevr edib-etməməsini və haraya getməsini müəyyənləşdirmək olar. Lakin yeni texnologiya bu manevrləri müşahidələrdən qorumağa imkan verəcək.

30
Teqlər:
"Roskosmos", kosmos, peyk, kəşf, Rusiya
Əlaqədar
Kosmosa hazırlaşan "Fyodor"un artıq klipi də var - VİDEO
Aleksey Navalnıy, arxiv şəkli

G7 ölkələrinin Navalnı tələbi

1
G7 ölkələrinin - Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ-ın xarici işlər nazirləri Aleksey Navalnının dərhal azad edilməsini tələb ediblər

BAKI, 26 yanvar - Sputnik. G7 ölkələri Rusiya hökumətini bloger Aleksey Navalnını həbsdən azad etməyə çağırıb.

Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadən məlumat verir. 

"Biz, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ-ın xarici işlər nazirləri, eləcə də AB-nin yüksək statuslu nümayəndəsi, Aleksey Navalnının saxlanılmasını və siyasi motivli həbsini qətiyyətlə pisləyirik", - nazirlərin bəyanatında deyilir.

"Biz həmçinin minlərlə dinc nümayişçinin və jurnalistlərin saxlanılmasından da narahatıq və Rusiyanı özünün beynəlxalq və daxili öhdəliklərini yerinə yetirməyə, yanvarın 23-də özlərinin sərbəst toplaşma hüququnu reallaşdırmağa cəhd etdiklərinə görə saxlanılanları azad etməyə çağırırıq. Vətəndaşların öz rəylərini ifadə etmək hüuququnu polislər vasitəsilə, güc yoluyla dəf etmək qəbuledilməzdir", - bəyanatda yazılıb.

Nazirlər həmçinin bildiriblər ki, Avropa İnsan Haqları Məhkəməsi Navalnının tutulmasına rəvac verən məhkəmə qərarını da dəstəkləməyib. 

"Rusiya hökumətini qeyri-şərtsiz və dərhal cənab Navalnını azad etməyə çağırırıq... Biz cənab Navalnının, etirazçıların və jurnalistlərin həbsdən azad olunmaları barədə beynəlxalq çağırışlara Rusiyanın necə reaksiya verəcəyini, eləcə də cənab Navalnının zəhərlənməsinə görə cinayət işinin necə araşdırılacağını nəzarətdə saxlayacağıq", - nazirlər bildiriblər. 

Qeyd edək ki, yanvarın 23-də Rusiyanın müxtəlif şəhərlərində razılaşdırılmamış etiraz aksiyaları keçirilib. İnsanları mitinqlərə Navalnının tərəfdarları səsləyiblər. Saxlanılanlara hökumət nümayəndələrinə qarşı zorakılıq, yolların bağlanması, xuliqanlıq və sanitariya qaydalarının pozulmasına görə bir neçə cinayət işi açılıb. 

Aleksey Navalnı isə yanvarın 17-də Şeremetyevo aeroportunda həbs olunub. Həmin gün o, uzun müddət Almaniyada zəhərlənmədən müalicə aldıqdan sonra vətəninə qayıtmışdı.

1
Teqlər:
Rusiya, azadlıq, tələb, nazirlər, G7, Aleksey Navalni

Putin prezident Baydenlə ilk dəfə danışdı, ABŞ-ın arzusunu yerinə yetirdi

9
(Yenilənib 23:17 26.01.2021)
Vladimir Putin Cozef Baydenlə ABŞ prezidenti qismində ilk dəfə telefonla danışıb. ABŞ-ın təşəbbüsü ilə baş tutan danışıqda Baydenin arzusunda olduğu məsələ həllini tapıb

BAKI, 26 yanvar - Sputnik. Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın yeni seçilmiş dövlət başçısı Cozef Baydenlə bu gün telefonla danışıb. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Co Baydenin mətbuat katibib Cen Psakinin sözlərinə görə, telefon danışığı ABş tərəfinin təşəbbüsü ilə baş tutub.

Putin həmkarını ABŞ prezidenti postunda işə başlaması münasibətilə təbrik edib. 

Kremlin məlumatına görə, Putin dünyada təhlükəsizlik və sabitliyin qorunmasına görə məsuliyyətləri nəzərə alınmaqla Rusiya ilə ABŞ-ın münasibətlərinin normallaşmasının hər iki ölkənin, eləcə də bütün dünyanın xeyrinə olacağını vurğulayıb. 

Psakinin sözlərinə görə, ABŞ tərəfinin əsas niyyətlərindən biri Strateji Hücum Silahlarına dair Müqavilənin (SHS-3) 5 il müddətinə uzadılması olub. Prezidentlər müqavilənin uzadılması barədə razılığa gəliblər.

Həmçinin dövlət başçıları koronavirus pandemiyasına qarşı mübarizədə, eləcə də ticari-iqtisadi əlqələr daxil olmaqla digər sahələrdə də əməkdaşlıq imkanlarını müzakirə ediblər. Beynəlxalq və ikitərəfli gündəmin aktual məsələləri də müzakirə obyekti olub.

Qeyd edək ki, SHS-3 silahlanmanın məhdudlaşdırılması ilə bağlı Rusiya və ABŞ arasında qüvvədə olan yeganə müqavilədir. 5 fevral 2011-ci ildə qüvvəyə minmiş müqavilənin müddəti 5 fevral 2021-ci il tarixində başa çatacaq. Əgər müqavilə yenilənməsə, artıq dünyada bu iki böyük nüvə gücünün silah arsenallarını məhdudlaşdıran heç bir sənəd mövcud olmayacaq

9