Запуск новейшей ракеты «Авангард»

Hipersəs sürətinə malik silahlarda kim qabaqdadır: Rusiya, yoxsa ABŞ

366
(Yenilənib 17:42 16.08.2019)
Hərbi-Sənaye Komissiyasının Kollegiyası yanında ekspert şurasının üzvü Viktor Muraxovski hesab edir ki, hipersəs sürətində hərəkət üçün lazım olan texnologiyanın əsas elementləri hələ SSRİ zamanında hazırlanıb

BAKI, 16 avqust — Sputnik. Rusiya Birləşmiş Ştatlardan hipersəs sürətinə malik silahların texnologiyalarını oğurlamır, əksinə, o, bu sahədə liderdir. Bunu isə Rusiyada ABŞ-da analoqu olmayan belə silahların olması sübut edir. Sputnik Azərbaycan xəbər verir ki, bunu "RİA Novosti"-yə açıqlamalarında ekspertlər bildiriblər.

Qeyd edək ki, daha əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Rusiyanı hipersəs sürətinə malik silahların yaradılması ilə bağlı texnologiyaları oğurlamaqda ittiham edib.

S-400
© AP Photo / Turkish Defence Ministry

Rusiyalı hərbi ekspert İqor Korotçenko hesab edir ki, artıq yalnız mövcud texnologiyaları tətbiq etməklə hipersəs sürətinə malik silahı yaratmaq mümkün deyil. Bunun üçün iqtisadiyyat və elmin materialşünaslıq və dəqiq mexanika kimi digər sahələrinin paralel şəkildə inkişafı da tələb olunur.

"Onda niyə bizdə olan silahların analoqu ABŞ-da yoxdur? Bu ondan xəbər verir ki, biz hipersəs sahəsində doğrudan da ABŞ-dan öndəyik. Boltonun bəyanatı isə ABŞ-ın yüksək vəzifəli məmurlarının Rusiya əleyhinə ritorikasına dair növbəti nümunədir", - deyə Korotçenko vurğulayıb.

O, həmçinin Boltonun son bəyanatla ABŞ vergi ödəyəciləri qarşısında Birləşmiş Ştatlarda belə silahların olmamasına görə bəraət qazanmaq istəməsini də istisna etməyib.

Rusiyalı hərbi ekspert, Hərbi-Sənaye Komissiyasının Kollegiyası yanında ekspert şurasının üzvü Viktor Muraxovski isə hesab edir ki, hipersəs sürətində hərəkət üçün lazım olan texnologiyanın əsas elementləri hələ SSRİ zamanında hazırlanıb: "Həmin vaxt istilik qoruyucu materiallar "Buran" kosmik gəmisi hipersəs sürətində atmosferə daxil olması üçün istifadə olunub".

Ekspert vurğulayıb ki, Rusiyada silahlanmada olan müasir qitələrarası ballistik raketlər də atmosferdə hipersəs sürətinə çıxmağa malik hərbi bloklarla təchiz olunub: "Aydındır ki, minlərlə dərəcə temperatura tab gətirən əsas elementlər, məsələn hərarət təcrid edən və hərarət qoruyan materiallar hələ o vaxt hazırlanmağa başlanmışdı".

F-35
© Photo : South Korea Defense Ministry via AP

Ekspert hesab edir ki, hipersəs sürətində Yer kürəsinin istənilən nöqtəsində atmosferin və hərəkətin fiziki xüsusiyyətləri eynidir. Ona görə də Birləşmiş Ştatların hipersəs sürətinə malik silahı çətin ki, Rusiya istehsalı olan silahdan fərqlənsin.

O, eyni zamanda qeyd edib ki, Rusiya artıq "Avanqard" hipersəs sürətinə malik blokların kütləvi istehsalına başlayıb, "Kinjal" aeroballistik hipersəs sürətinə malik raketi təcrübədən keçirir və tezliklə hipersəs sürəti ilə hərəkət edən "Çirkon" qanadlı raketlərin istehsalına başlayacaq: "Biz praktikada onları qabaqlamışıq. Mən düşünürəm ki, onlarda hələ ki hər şey eskiz və ilk təcrübə nümunəsi səviyyəsindədir və real silahları almaq üçün ən azı 5-7 il lazımdır".

366
COVİD-19 qarşı eksperemental peyvənd, arxiv şəkli

Rusiyada koronavirus peyvəndlərini ilk kimlərin alacağı açıqlandı

275
(Yenilənib 08:15 08.08.2020)
Rusiyanın Qamaleya adına Milli Tədqiqat Mərkəzi COVID-19 peyvəndinin uşaqlar üzərində tədqiqinə gələn ilin yanvar-fevral aylarında başlamağı planlaşdırır.

BAKI, 8 avqust — Sputnik. Rusiyada koronavirus əleyhinə peyvəndləri ilk olaraq həssas qruplar – tibb işçiləri və yaşlı şəxslər alacaq. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın Səhiyyə nazirinin müavini Oleq Qridnev bildirib.

Qridnev əlavə edib ki, hazırda preparatın kütləvi şəkildə hazırlanması üzrə "maksimum iş" görülür. Onun sözlərinə görə, peyvəndlənmənin effekti populyasiya immuniteti formalaşdıqdan sonra, virusun ötürülməsi praktiki olaraq mümkün olmadığı vaxt nəzərə çarpacaq: "Lakin bu peyvəndlənənlərin sayından asılı olacaq".

Qeyd edək ki, Rusiyanın Qamaleya adına Milli Tədqiqat Mərkəzi COVID-19 peyvəndinin uşaqlar üzərində tədqiqinə gələn ilin yanvar-fevral aylarında başlamağı planlaşdırır.

"Biz bu sənəd paketini işləyib hazırlamağa başlamışıq, çünki institut heç vaxt uşaqlar üzərində sınaq aparmayıb. Pediatrlar bu xüsusiyyətləri bilirlər və biz onlarla birlikdə Səhiyyə Nazirliyinə təqdim edəcəyimiz sənədlər paketini yazırıq ki, uşaqlar üzərində bunu həyata keçirə bilək – amma yalnız böyüklər üzərində bütün tədqiqatları bitirdikdən sonra", - deyə mərkəzin direktoru Aleksandr Gintsburq bildirib.

Onun sözlərinə görə, sınaqlar qışda başlayacaq, çünki böyüklər üzərində koronavirus peyvəndi testlərinin üçüncü mərhələsi təxminən beş ay davam edəcək. Sınaqlarda təxminən iki min insan iştirak edəcək.

Koronavirusa qarşı Rusiya peyvəndinin sınaqları

Bundan əvvəl Rusiya Səhiyyə naziri Mixail Muraşko Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzi tərəfindən hazırlanmış peyvəndin klinik sınaqlarının başa çatdığını elan edib.

O, hökumətin oktyabrda kütləvi peyvəndləmə aparmaq niyyətində olduğunu vurğulayıb. Peyvəndlər ilk növbədə "xüsusi qruplar"nın nümayəndələrinə – tibb işçilərinə və müəllimlərə veriləcək.

Mütəxəssislər preparatı Müdafiə Nazirliyi ilə birgə işləyib hazırlayıblar. İyulun sonunda hərbi hospitaldan sınaqlarda iştirak etmiş 20 könüllünün ikinci qrupu buraxılıb. Onların hər birində immun reaksiya yaranıb, heç bir yan təsir və ya ağırlaşma aşkar edilməyib.

"Vektor" mərkəzi də öz vaksininin klinik sınaqlarını həyata keçirməyə başlayıb. Bu vaksinin istehsalı noyabrda başlaya bilər.

275
 Rusiyanın hərbi polisi Suriyada, arxiv şəkli

"Onları qiymətləndirmədik": Qərb ilk dəfə rusların Suriyada hərbi uğurunu tanıyıb

11
Amerikalılar etiraf edirlər ki, İsrailin Suriyadakı İran obyektlərinə hava zərbələri və antirusiya sanksiyaları Moskva və Tehranı Bəşər Əsədi dəstəkləməkdən imtina etməyə və ya ona yardımı məhdudlaşdırmağa məcbur edə bilməyib.

BAKI, 7 avqust — Sputnik, Andrey Kots. Rusların yardımı olmasaydı Bəşər Əsəd müharibəni uduzardı – amerikalılar etiraf edirlər ki, məhz Moskvanın, həmçinin İranın və "Hizbullah"ın müdaxiləsi Suriya ordusuna ölkənin böyük bir hissəsini qanunsuz silahlı qruplardan geri almağa imkan verib. Konqresin tədqiqat xidməti "Suriyada Silahlı Münaqişəyə və ABŞ-ın Reaksiyasına Dair İcmal" adlı 49 səhifəlik məruzəsində belə bir qənaətə gəlib. Hərbi analitiklər başqa nəyə diqqət yetirir və hansı proqnozları veriblər? Cavabı RİA Novosti-nin materialında.

Qüvvələr nisbəti

Sənəd Suriyanın xəritəsini göstərir. Ölkənin mərkəzi, qərb və cənub hissələrinə Bəşər Əsəd hökuməti nəzarət edir – ABŞ-ın Ət-Tənf hərbi bazasının yerləşdiyi İordaniya ilə sərhəddəki kiçik anklav istisna olmaqla. Şimal-qərbdə İdlib əyaləti silahlı qrupların əlindədir. Fəratın şimal və şərqindəki ərazilər – yəni Suriyanın təxminən üçdə biri – kürdlərin nəzarətindədir.

Amma burada analitiklər səhv edirlər, çünki faktiki olaraq həmin ərazilərə məhz Vaşinqton nəzarət edir. Burada amerikalıların sayı azdır – məruzəyə görə, təxminən 600 nəfər. Lakin onlar karbohidrogenlərlə zəngin olan bu regionda əsas neft yataqları ətrafında mövqe tutublar. Bundan başqa, Suriyanın şərqində özəl hərbi şirkətlərin yüzlərlə döyüşçüsü fəaliyyət göstərirlər. Sənəddə bildirilir ki, Suriyanın rəsmi hökuməti ABŞ-ın bu regionda hərbi iştirakını qanunsuz hesab edir. Ancaq Vaşinqtonda deyirlər ki, neft yataqlarını terrorçulardan qorumaq lazımdır.

Məruzə müəllifləri bəzən Əsəd ordusu ilə toqquşmaların baş verdiyini gizlətmirlər. Belə ki, onlar bu ilin fevralında Qamışlı yaşayış məntəqəsindəki blokpostda Suriya hərbçilərinin ABŞ Silahlı Qüvvələrinin patrulunu atəşə tutduğunu iddia edirlər. Heç kəs xəsarət almayıb.

Bundan başqa, ölkənin şimal-şərqində Rusiya və Amerika hərbçilərinin birbaşa qarşıdurmasının artması da qeyd olunur. İnternetdə ABŞ ordusunun zirehli avtomobillərinin Rusiya hərbi polis avtomobillərinin hərəkətinə maneə törətməyə çalışdığını göstərən onlarla videoçarx yayılıb. İş, xoşbəxtlikdən, atışmaya çıxmayıb.

Rusiya getməyəcək

Ümumilikdə amerikalılar etiraf edirlər ki, İsrailin Suriyadakı İran obyektlərinə hava zərbələri və antirusiya sanksiyaları Moskva və Tehranı Bəşər Əsədi dəstəkləməkdən imtina etməyə və ya ona yardımı məhdudlaşdırmağa məcbur edə bilməyib.

Analitiklər yazır: "ABŞ Moskvanın Suriyadan Yaxın Şərqdə öz nüfuzunu artırmaq üçün plasdarm kimi istifadə etmək imkanlarını və istəyini lazımı səviyyədə qiymətləndirməyib. Rusiya, İran və ya onların "proksi"ləri ilə birbaşa hərbi toqquşmaları istisna etmək olmaz".

Məruzənin müəllifləri təəssüflə qeyd edirlər ki, Dəməşqə təzyiq göstərmək getdikcə daha da çətinləşir. Cəbhə xəttini, ilk növbədə, Rusiya aviasiyası və xüsusi təyinatlılarının yardımı ilə Suriya paytaxtından uzağa atmaq mümkün olub, ölkənin böyük bir hissəsi isə "rejim"in nəzarəti altındadır. Bəşər Əsədin siyasi əleyhdarlarının əlində praktiki olaraq kart qalmayıb. Eyni zamanda, kürdlər getdikcə Dəməşqlə yaxınlıq qururlar. Deməli, mərkəzi hökumət şərq və şimal üzərində nəzarəti özünə qaytara bilər.

İŞİD hələ də təhlükəlidir

2018-ci ilin dekabrında Donald Tramp İŞİD üzərində qələbəni elan edib. Lakin analitiklər hesab edirlər ki, qruplaşma hələ də darmadağın edilməyib. ABŞ-ın müttəfiqləri 2019-cu ilin martında İŞİD-in Suriyadakı son istinad məntəqələrini ələ keçiriblər. Lakin terrorçular həm Suriyada, həm də İraqda komandanlıq və idarəçilik strukturunu qoruyub saxlayıblar. Deməli, hələ də zərbə vura bilərlər.

Daha bir təhlükə hazırda İŞİD-in təxminən on min döyüşçüsünün saxlanıldığı hərbi əsirlər düşərgəsidir. Onlar əsasən ölkənin şimalında yerləşir və kürd bölmələri tərəfindən qorunur. Bundan başqa, ekstremistlərin ailə üzvləri üçün düşərgələr var. Onların ən böyüyü – Əl-Holda 66 minədək terrorçu arvadları və uşaqları saxlanılır. Analitiklərin fikrincə, yaraqlılar orada təbliğatı davam etdirirlər, məhbusların döyüş ruhunu dəstəkləyirlər. İŞİD isə tərəfdarlarını azad etmək üçün basqınlar planlaşdırır.

Kürd rəhbərliyi əsirlərin mühafizəsi üçün güc çatışmazlığı olduğunu dəfələrlə bəyan edib. Amerikalılar kömək etməyə tələsmirlər – Vaşinqton yaraqlıların doğma ölkələrinin onları cəza çəkmək üçün evlərinə repatriasiya etməsinə təkid edir. Amma heç kim "öz" terrorçularını qaytarmaq istəmir və bundan yayınmaq üçün müxtəlif bəhanələr ortaya qoyur.

Problemli əyalət

Ən isti nöqtə İdlib əyalətidir. Orada indi Suriya, Rusiya, İran və Türkiyə fəaldır. Orada ABŞ ordusu yoxdur, amma amerikalılar dəfələrlə "Əl-Qaidə" ilə bağlı dəstələrə zərbələr endiriblər. Qeyri-dövlət birləşmələri "Həyat Təhrir Əş-Şam", "Xurəs Əd-Din", "Suriya Milli Ordusu", "Hizbullah" və digər qruplaşmalarla təmsil olunurlar. İŞİD döyüşçüləri də oradadır.

"İdlibin şimal rayonları müxalifət qüvvələrinin nəzarətində olan yeganə regiondur. Yerli qruplar 2011-ci ildə Dəməşqə meydan oxuyanların qalığıdır. Martın 5-dən etibarən İdlibdə Türkiyə və Rusiya prezidentlərinin razılığı əsasında sülh elan edilib. Onların qoşunları M4 strateji marşrutunu birgə patrul edirlər", - analitiklər vurğulayırlar.

Məruzənin müəllifləri bildirirlər ki, silahlıların atəş açmasına baxmayaraq, atəşkəs rejimini saxlamaq hələ ki, mümkündür.

11
Mingəçevirdə sürüşmənin baş verdiyi ərazi

Bu yayın bəlaları tükənmir - Mingəçevir su anbarı yaxınlığında böyük təhlükə yaranıb

3
(Yenilənib 12:57 08.08.2020)
Mingəçevirin Turbaza adlanan hissəsində torpaq sürüşüb. Bu zaman xəsarət alan olmasa da, iki irigövdəli şam ağacı kökündən qopub. Bir neçə evin divarlarında çatlar yaranıb

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 8 avqust — Sputnik. Mingəçevirdə sürüşmə baş verib. İyul ayında dözülməz isti, avqustun ilk günlərində isə gözlənilməz leysan yağışı ərazidə sürüşməyə səbəb olub.

Sputnik Azərbaycan xəbər verir ki, təbiət hadisəsi Mingəçevirin keçmiş turist bazası (Turbaza) adlanan hissəsində, məcburi köçkünlərin məskunlaşdığı ərazidə baş verib. Bu zaman xəsarət alan olmasa da, 2 irigövdəli şam ağacı kökündən qopub. Bir neçə evin divarlarında çatlar yaranıb.

Ağdam rayonunun Salahlı kəndindən məcburi köçkün Fərail Məmmədov baş verən hadisə haqda Sputnik Azərbaycan-a danışıb.

  • Mingəçevirdə sürüşmənin baş verdiyi ərazi
    © Sputnik / Rahim Mammedov
  • Mingəçevirdə sürüşmənin baş verdiyi ərazi
    © Sputnik / Rahim Mammedov
  • Mingəçevirdə sürüşmənin baş verdiyi ərazi
    © Sputnik / Rahim Mammedov
1 / 3
© Sputnik / Rahim Mammedov
Mingəçevirdə sürüşmənin baş verdiyi ərazi

“Yağış yağıb, sel olan kimi evlərin altı ovula-ovula gedir. Güclü yağış olan günü titrəyiş də oldu, bəlkə də zəlzələ idi. Ondan sonra evlərdə çatlar yarandı, təhlükəli hala düşdü. İri gövdəli ağaclar sürüşmə nəticəsində kökündən qopdu. Bir neçə evdə yaşamaq mümkün deyil, çox təhlükəlidir. Yenə sürüşmə olsa, axıb gedəcək dənizə (su anbarına - red.)", - F.Məmmədov bildirib.

Ağdam, Kəlbəcər rayonlarından məcburi köçkün olan sakinlər yaşadıqları məkanın ən çox uşaqlar üçün təhlükəli olduğunu deyirlər. Uçqun olan hissələrin günbəgün artması, irigövdəli ağacların aşması burada həyəcanı daha da artırır.

Ağdam rayonundan məcburi köçkün Vəli Zeynalov güclü yağışdan sonra evinin damından axan yağış sularının ziyanından danışıb: “Gecə səhərə qədər yatmadıq, paltar-palazımız suya qərq oldu. Qonşularımızda da eyni vəziyyət oldu. Hətta mənim qaynımın toyuq-cücəsi də yağışdan sonra yaranan uçqun zamanı tələf oldu".

Sakinlər bildirirlər ki, illərdir buradakı vəziyyətlə bağlı aidiyyəti qurumları məlumatlandırsalar da, onlar burada yaşayanların köçürülməsi haqqında hələ də fikirləşirlər.

Qeyd edək ki, Azərbaycanın bir sıra bölgələri bu il quraqlıqdan əziyyət çəkir. Kür və Araz çaylarında suyun səviyyəsi həddən artıq enib, hətta Neftçalada dəniz suyu çay suyuna qarışıb. Bununla yanaşı, bir sıra bölgələrdə də leysan səbəbindən sel suları kənd təsərrüfatına xeyli ziyan vurub.

3
Əlaqədar
Adamları piyada qoyan təpə və iki ildir cavabı tapılmayan sual: yeni fəlakətimi gözləyək?
Su altındakı nadir tapıntı: Mingəçevirdə quraqlıq nəticəsində daşlaşmış ağac aşkar edildi
Gözümüzü göyə zilləyək? Plan olmasa, su içmək üçün yağışdan ötrü dua edəcəyik
Məhsuldarlıq olmayacaq! Suvarma problemi hər sahədə özünü göstərir
Quyuya su tökməsən, quyu sulu olmaz... – Bakı kəndləri ənənəvi mənbədən məhrum olublar