NATO qırıcısı Rusiya Müdafiə nazirinin təyyarəsinə yaxınlaşıb

Rusiya ilə NATO-nun səma "dava"sı - VİDEO

267
(Yenilənib 18:24 13.08.2019)
Baltik dənizi üzərində iki F-18 təyyarəsi Şoyqunun olduğu laynerə yaxınlaşmaq istəyib, ancaq "Su-27"lərin pilotları onları sıxışdıraraq uzaqlaşdırıblar

BAKI, 13 avqust — Sputnik. NATO-nun F-18 qırıcısı Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun təyyarəsi Baltik dənizində neytral suların üzərindən keçən zaman onu müşayiət etmək fikrinə düşüb.

Beynəlxalq Ordu Oyunları - 2019 yarışlarında Azərbaycan ekspozisiyası maraqla izlənilir
© AR Müdafiə Nazirliyinin mətbuat xidməti

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, nazirin olduğu təyyarə Kalininqraddan Moskvaya uçurdu. Onu Baltika donanmasının dəniz aviasiyasının iki "Su-27" qırıcısı müşayiət edirdi.

Kalininqradda Şoyqu işçi səfəri çərçivəsində Naximov məktəbinin bünövrəsinə daş qoyub, həmçinin Beynəlxalq Ordu Oyunlarının "Dəniz desantı" müsabiqəsini yoxlayıb.

Baltik dənizi üzərində iki F-18 təyyarəsi Şoyqunun olduğu laynerə yaxınlaşmaq istəyib, ancaq "Su-27"lərin pilotları onları sıxışdıraraq uzaqlaşdırıblar.

​Son zamanlar əcnəbilərin pilotsuz uçan aparatları və kəşfiyyat təyyarələri Rusiya Müdafiə Nazirliyinin xəbərdarlıqlarına baxmayaraq, Rusiya sərhədində, xüsusilə Qara dənizdə, Kalininqrad vilayətində və Rusiyanın Suriyadakı bazalarının yaxınlığında tez-tez peyda olur.

267
Teqlər:
Su-27, qırıcı təyyarələr, NATO, Rusiya