Rusiyada təcili yardım maşını, arxiv şəkli

Rusiyada üç maşın toqquşdu, ölən yaralılar var

18
(Yenilənib 22:15 11.08.2019)
Ölən beş nəfərdən ikisi uşaqdır

BAKI, 11 avqust — Sputnik. Moskva ətrafında, Riqa şossesinin 159-cu km-də ağır yol-nəqliyyat hadisəsi olub.

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, yerli vaxtla 19.15-də Tver vilayətinə dönən yolda mikroavtobusla minik və yük maşınları toqquşub. Qəzada beş nəfər ölüb, onlardan ikisi uşaqdır. Daha səkkiz nəfər, o cümlədən bir uşaq xəsarət alıb.

Hadisə yerində yol patrul xidmətinin əməkdaşları və operativ istintaq qrupu işləyir.

18