Fyodor adlı insanabənzər robot

"Fyodor" kosmosa uçacaq

3038
(Yenilənib 08:02 31.07.2019)
Orada robot kosmonavt Aleksandr Skvortsovun idarəsi altında bir neçə tapşırıq həyata keçirəcək

BAKI, 31 iyul — Sputnik. "Soyuz MS-14" kosmik gəmisi göyərtəsində "Fyodor" adlı insanabənzər robotla birlikdə avqustun 22-də kosmosa buraxılacaq.

Sputnik Azərbaycan xəbər verir ki, kosmik gəmini Baykonur kosmodromundan "Soyuz-2.1a" daşıyıcı raket kosmosa çatdıracaq.

Məlumata görə, gəminin Beynəlxalq Kosmik Stansiya ilə birləşməsi avqustun 24-də baş tutacaq.

"Soyuz MS-14" gəmisinin Beynəlxalq Kosmik Stansiya ilə birləşməsindən sonra robot gəmidən stansiyanın Rusiyaya məxsus seqmentinə köçürüləcək. Orada robot kosmonavt Aleksandr Skvortsovun idarəsi altında bir neçə tapşırıq həyata keçirəcək.

"Soyuz MS-14" sentyabrın 7-də "Fyodor"u Yerə qaytaracaq.

"Fyodor" Rusiyanın birinci insanabənzər robotudur. Onu Perspektiv Tədqiqatlar Fondu və "Android Texnikası" Qeyri-Hökumət Təşkilatı hazırlayıblar.

Robot "Avatar" layihəsinin çərçivəsində hazırlanıb və əvvəl bu adı daşıyırdı. "Fyodor" adını ona həmin vaxt baş nazirin müavini olmuş Dmitri Roqozin verib.

"Fyodor" "şpaqat" aça bilən ilk robotdur. O, həmçinin hər iki əlindən istifadə etməklə tapançadan atəş aça bilir.

3038
ABŞ bayrağı, arxiv şəkli

ABŞ-da Rusiyaya qarşı yeni sanksiyalar tələb edirlər

2
İstər Moskvada, istərsə də Donald Tramp administrasiyasında Rusiyanın "Talibanla sözləşməsi" iddialarını rədd edirlər.

BAKI, 2 iyul — Sputnik. ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi "Talibanla sözləşdiyinə görə" Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Sputnik Azərbaycan xəbər verir ki, Pelosi bunu MSNBC telekanalına müsahibəsində deyib. 

"Biz Rusiyaya qarşı sanksiyalar tətbiq etməliyik, özü də indi", – spiker bildirib.

İstər Moskvada, istərsə də Donald Tramp administrasiyasında Rusiyanın "Talibanla sözləşməsi" iddialarını rədd edirlər.

Əsassız iddialar

"The New York Times" dərc etdiyi məqaləsində iddia edib ki, Rusiya hərbi kəşfiyyatı Əfqanıstanda ABŞ əsgərlərinə hücumlara görə Talibanla əlaqəli olan yaraqlıları mükafatlandırır və ABŞ prezidentinə bu barədə məlumat verilib. Lakin bu iddiaya heç bir dəlil verilməyib.

Rusiyanın ABŞ-dakı səfirliyi isə ölkə rəhbərliyindən bu cür xəbərlərə görə diplomatlara edilən təhdidlərə adekvat cavab verməyi tələb edib. Xarici İşlər Nazirliyi mətbuatda yayılan xəbərləri saxta, Tramp isə sifariş adlandırıb. Ağ Ev, Pentaqon və ABŞ kəşfiyyatı bu hesabatların təsdiqlənmədiyini və Trampa "təhdidlər" barədə məlumat verilmədiyini deyib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın Talibanla "sözləşməsi" barədə iddianı şərh edərkən bunun yalan olduğunu deyib.

2
Rusiya prezidenti Vladimir Putin

Putin seçicilərə təşəkkür etdi

6
(Yenilənib 17:52 02.07.2020)
Rusiya Prezidenti Vladimir Putin Konstitusiya düzəlişləri üzrə səsverməyə və onu dəstəkləməsinə görə rusiyalılara təşəkkür edib

BAKI, 2 iyul — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Konstitusiya düzəlişləri üzrə səsverməyə və onu dəstəkləməsinə görə rusiyalılara təşəkkür edib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

"Əleyhinə səs verənləri anlayıram, həll edilməmiş xeyli sayda problemlərimiz var. Bu həqiqətdir", - deyə Putin qeyd edib.

O vurğulayıb ki, indi düzəlişlərin lehinə səs verən vətəndaşların etimadını doğrultmaq üçün hər şeyi etmək lazımdır.

Putin qeyd edib ki, SSRİ-nin dağılmasından sonra az vaxt keçib, siyasi sistemi də daxil olmaqla, müasir Rusiya formalaşma mərhələsindədir:"Biz çox şeydə hələ də həssasıq, xalq dilində desək "tələsik edilib". Ölkəni, onun bütün institutlarını gücləndirmək üçün daxili sabitliyə və zamana ehtiyacımız var".

Qeyd edək ki, iyulun 1-i keçirilən seçkilərdə Rusiyada seçicilərin 77,92% Rusiya Federasiyası Konstitusiyasına düzəlişlərin edilməsini dəstəkləyib.

Rusiya Federasiyası Konstitusiyasına dəyişikliklərin əlavə edilməsi üzrə ümumi Rusiya üzrə səsvermə 22 aprel tarixinə təyin edilmişdi, amma ölkədə epidemioloji vəziyyətə görə daha sonraya təxirə salınmışdı. Daha sonra Rusiya Prezidenti Vladimir Putin səsvermənin 1 iyulda keçiriləcəyini bəyan etmişdi. 25 iyundan 30-na qədər keçən və məsafədən təşkil edilən səsvermədə isə iki pilot regionun – Moskva və Nijeqorod vilayətlərinin sakinləri iştirak edə biliblər.

Konstitusiyaya dəyişikliklər nəticələrin rəsmi elan olunduğu gündən etibarən qüvvəyə minəcək.

6
Günəş, arxiv şəkli

Yunanıstanda maraqlı təbiət hadisəsi baş verib

0
"Günəş iti" kimi bir fenomenal hadisəni demək olar ki, xüsusilə yaxşı havalarda dünyanın hər yerində görmək mümkündür.

BAKI, 2 iyul — Sputnik. Yunanıstanda "Günəş iti" adlanan nadir bir təbiət hadisəsi baş verib.

Sputnik Azərbaycan xəbər verir ki, hadisənin video görüntüsü "Youtube"-da paylaşılıb. Videoda Günəşin su üzərində dayandığı an təsvir olunur. Göy gövdəsi yarıya qədər buludla örtülüb. Nəticədə günəşin "ikiqat olması" xəyalı yaranır. "Günəş iti" kimi bir fenomenal hadisəni demək olar ki, xüsusilə yaxşı havalarda dünyanın hər yerində görmək mümkündür.

Xatırladaq ki, kameralar 2019-cu ilin dekabrında Amerikanın Missuri ştatındakı Sent-Luis şəhəri üzərində səmada Yer atmosferinə daxil olan meteoru çəkmişdi.

0
Teqlər:
Günəş, Yunanıstan