Rusiya xarici işlər nazirinin müavini Qriqoriy Karasin, arxiv şəkli

Rusiya Gürcüstana şərt qoydu, bunlar olsun...

107
Bu tamamilə əsaslandırılmış və adekvat reaksiyadır

BAKI, 19 iyul — Sputnik. Rusiya rəhbərliyi hələ də Gürcüstan vətəndaşları üçün vizanın ləğvi imkanından imtina etmir. Sputnik Gürcüstan xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Qriqoriy Karasin "İzvestiya"ya bildirib.

Qeyd edək ki, Rusiya və Gürcüstana arasında viza rejimi Rusiya tərəfinin təşəbbüsü ilə 2000-ci ildə tətbiq olunmağa başlayıb. 2012-ci ildə Gürcüstan Rusiya vətəndaşları üçün viza rejimini birtərəfli qaydada ləğv edib.

"Gürcüstanla viza rejiminin ləğvi məsələsi Rusiya siyasi rəhbərliyinin nəzərində olub və nəzərindədir. Hesab edirəm ki, Tbilisinin bizim ölkəmizlə münasibətlərin normallaşdırılmasına yönələn real addımlar bu məsələni yenidən gündəliyə gətirə bilər", - Karasin qeyd edib.

Ölkələr arasında aviareyslərin bərpası məsələsinə gəldikdə isə Karasin şərtlərin aydın olduğunu bildirib: "Gürcüstanda vəziyyətin sabitləşməsi, rusofob kampaniyanın dayandırılması və Rusiya vətəndaşlarının təhlükəsizliyi üçün hər hansı bir təhdidin ləğvi. Bu tamamilə əsaslandırılmış və adekvat reaksiyadır".

Xatırladaq ki, iyunun 21-i Prezident Vladimir Putin iyulun 8-dən başlayaraq Rusiya aviaşirkətlərinin ölkə vətəndaşlarını Gürcüstana daşımasına qadağa qoyan fərman imzalayıb. Sənəddə, həmçinin turizm operatorları və agentlərinə Gürcüstana putyovka satışı və təşkilindən çəkinmək məsləhət görülür.

107
Rusiya millisinin hücumçusu Artyom Dzyuba (ön planda) və Belçika millisinin müdafiəçisi Tobi Alderveyreld

Rusiya millisinin futbolçuları AVRO-2020-nin startında Belçikaya uduzdular

5
(Yenilənib 01:10 13.06.2021)
Romelu Lukakunun dublu və Tom Menyenin qolu sayəsində belçikalılar AVRO-2020-də ilk oyunu qazanaraq B qrupunun lideri oldular.

Rusiya millisinin futbolçuları Avropa çempionatının qrup mərhələsindəki start oyununda Belçika komandasına uduzublar.

Sankt-Peterburqda keçirilən B qrupunun oyunu belçikalıların 3:0-lıq qələbəsi ilə yekunlaşıb.

Romelu Lukaku dubl edib (10-cu və 88-ci dəqiqələr), bir qol da Tom Menye (34-cü dəqiqədə) vurub. 

Rusiya turnirdəki növbəti matçını Sankt-Peterburqda iyunun 16-da Finlandiyaya qarşı keçirəcək. Belçikalılar bir gün sonra Kopenhagendə Danimarka millisi ilə oynayacaqlar.

 

5
Azimut aviaşirkətinin təyyarəsi, arxiv şəkli

Rusiya aviaşirkəti üç istiqamətdən Bakıya uçuşlara başlayır

12
Biletlər üçün minimum qiymətlər 25 avrodan başlayacaq. Biletlər artıq satışdadır. Cədvəldə saatlar Rusiyanın yerli vaxtı ilə ifadə olunub.

BAKI, 12 iyun — Sputnik. Rusiyanın "Azimut" Hava Yolları iyunun 19-dan etibarən Rostov-na-Donu, Krasnodar və Mineralnıye Vodıdan Bakıya müntəzəm uçuşlar həyata keçirməyə başlayacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə aviadaşıyıcının rəsmi saytında məlumat verilib. Belə ki, Bakıya Mineralnıye Vodıdan müntəzəm uçuşlar 19 iyun, Krasnodardan isə 26 iyundan etibarən (hər şənbə günü olmaqla) başlanacaq. Rostov-Dondan uçuşlar iyunun 23-dən etibarən yaz-yay mövsümüm sonuna qədər çərşənbə günləri həyata keçiriləcək.

Rostov-Don - Bakı və əks istiqamətdə cədvəl:

Təyyarə saat 09:15-də Rostov-Dondan qalxacaq və 12:20-də Bakıya enəcək. Daha sonra saat 13:20-də isə Bakıdan yola düşəcək və 14:35-də Rostov-na-Donuya eniş edəcək.

Krasnodar - Bakı və əks istiqamətdə cədvəl:

Təyyarə saat 08:10-da Krasnodardan yola düşəcək və 11:10-da Bakıya enəcək. Daha sonra 13:05-də Bakıdan qalxacaq və 13:55-də Krasnodara eniş edəcək.

Mineralnıye Vodi - Bakı və əks istiqamətdə cədvəl:

Təyyarə saat 10:20-də Mineralnıye Vodıdan uçuşa başlayacaq və 13:00-da Bakıya eniş edəcək. Bakıdan isə saat 14:45-də qalxacaq və 15:10-da Mineralnıye Vodıya eniş edəcək.

Qeyd edək ki, biletlər üçün minimum qiymətlər 25 avrodan başlayacaq. Biletlər artıq satışdadır. Cədvəldə saatlar Rusiyanın yerli vaxtı ilə ifadə olunub.

Eləcə də oxuyun:

  • Bakıda təyyarə məcburən anqara qayıtdı

  • AZAL sərnişindaşıma ilə bağlı bir sıra məqamlara aydınlıq gətirib

12
Teqlər:
Azərbaycan, Rusiya, aviareys, uçuş, təyyarə