Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli

Putin Gürcüstan əleyhinə sanksiyalardan danışdı: Bunu etməzdim

70
Bir müddət öncə Rusiya parlamentinin aşağı palatası Gürcüstan əleyhinə məhdudlaşdırıcı tədbirlərin görülməsi təşəbbüsünü irəli sürüb

BAKI, 9 iyul — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Gürcüstan əleyhinə sanksiyaların tətbiqinə qarşı çıxıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, Rusiya lideri bu barədə jurnalistlərə deyib: "Mən bunu məhz gürcü xalqına olan hörmətimdən irəli gələrək etməzdim".

Bir müddət öncə Rusiya Dövlət Duması Gürcüstan əleyhinə məhdudlaşdırıcı tədbirlərin görülməsi təşəbbüsünü irəli sürüb.

Səbəb kimi "aramsız anti-Rusiya təxribatları" göstərilib.

Moskva və Tbilisi arasında münasibətlər son günlərdə kəskin şəkildə pisləşib. Bir qədər əvvəl Gürcüstanda yerli hökumət və Rusiya əleyhinə etiraz aksiyalarının başlaması nəticəsində iki ölkə arasında uçuşlar dayandırılıb.

70
 T-14 Armata tankı

Rusiyanın bu tankı heyətsiz idarə oluna biləcək

190
Rusiya müdafiə-sənaye kompleksində olan mənbə bildirib ki, pilotsuz rejim ilkin sınaqlar mərhələsində test edilib.

BAKI, 4 iyul — Sputnik. Rusiya istehsalı olan "T-14" "Armata" tankları "ekipajsız rejimdə" test edilib. Bu barədə Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir.

Rusiya müdafiə-sənaye kompleksində olan mənbə bildirib ki, pilotsuz rejim ilkin sınaqlar mərhələsində test edilib.

Qeyd edək ki, Suriyada Rusiyanın əməliyyatlar keçirdiyi vaxt T-14 "Armata" tankı, radio-elektron mübarizə sistemləri və digərləri döyüş şəraitində sınaqdan uğurla keçib. Misir, Hindistan, Çin və digər ölkələrlə danışıqlardan sonra Moskva T-14 "Armata" üçün ilkin sifarişləri alıb.

190
Rusiyada tibb işçiləri

Rusiyada koronavirusdan ölənlərin sayı 10 mini keçdi

2
(Yenilənib 13:28 04.07.2020)
Rusiyada pandemiya yayılandan 10027 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 8986 nəfər olub.

BAKI, 4 iyul — Sputnik. Bir sutka ərzində Rusiyada 6632 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 168 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 674515-ə çatıb. Rusiyada pandemiya yayılandan 10027 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 8986 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 447 mini keçib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda dünyada virusa yoluxanların sayı 11 milyonu keçib, 521 mindən çox adam isə virus səbəbilə ölüb.

2
102-я российская военная база

Gümrü şəhərində rusiyalı hərbçinin cəsədi tapıldı

23
Rusiyanın Cənub Hərbi Dairəsinin komandanlığı Ermənistanın hüquq-mühafizə orqanları ilə birlikdə hərbi qulluqçusunun həlak olmasından sonra yoxlamaya başlayıb.

BAKI, 4 iyul - Sputnik. Bu gün günorta saatlarında Ermənistanın Gümra şəhərində Rusiyanın 20 yaşlı vətəndaşı, bu ölkənin 102 saylı Hərbi Bazasının hərbi qulluqçusunun cəsədi tapılıb. Onun meyiti yataq otağında tapılıb, yerdə həmçinin məktub aşkarlanıb.

Rusiyanın Ermənistandakı səfirliyindən Sputnik Ermənistan-a bildirildiyinə görə, hərbçinin ölümündə cinayət izi yoxdur. Səfirlik hərbi qulluqçunun əsəb pozuntusu nəticəsində vəfat etdiyini güman edir.

Rusiyanın Cənub Hərbi Dairəsinin komandanlığı Ermənistanın hüquq-mühafizə orqanları ilə birlikdə hərbi qulluqçusunun həlak olmasından sonra yoxlamaya başlayıb.

Rusiya hərbi qulluqçusunun meyidi Gümrüdəki evlərdən birində aşkar edilib.

23