Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin

Putinin Yerevana səfəri gözlənilir

36
(Yenilənib 20:16 11.06.2019)
Rusiya Ermənistanın əsas iqtisadi tərəfdaşı olaraq qalır

BAKI, 11 iyun — Sputnik. "Oktyabrın biri Rusiya Prezidenti Vladimir Putinin Yerevana səfəri gözlənilir". Sputnik Azərbaycan xəbər verir ki, bunu Ermənistanın Rusiyadakı səfiri Sergey Kopırkin bildirib.

Səfir qeyd edib ki, Rusiya Prezidenti Avrasiya İqtisadi İttifaqının Ali Şurasının Yerevanda keçiriləcək iclasında iştirak edəcək.

Kopırkin eyni zamanda vurğulayıb ki, Ermənistan – Rusiya arasında sabit şəkildə inkişaf edir və strateji əməkdaşlıq xarakteri daşıyır.

Səfir eyni zamanda qeyd edib ki, Rusiya Ermənistanın əsas iqtisadi tərəfdaşı olaraq qalır.

Onun sözlərinə görə, 2018-ci ildə ölkələr arasında ticarət dövriyyəsi 11% artaraq 2 milyard dollara çatıb ki, bu da Ermənistanın xarici ticarətinin 26%-indən çoxunu təşkil edir.

36