Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya qırıcısı ABŞ və İsveç təyyarələrinin qarşısını kəsdi - VİDEO

© Sputnik / Vitaly Timkiv / Mediabanka keçidМногоцелевой истребитель Су-27
Многоцелевой истребитель Су-27 - Sputnik Azərbaycan
Abunə olmaq
İnsident Baltik dənizi üzərində baş verib

BAKI, 11 iyun — Sputnik. Rusiyaya məxsus Su-27 qırıcısı ölkə sərhədlərində ABŞ və İsveç hərbi hava qüvvələrinin iki təyyarəsinin qarşısını kəsib.

Sputnik Azərbaycan Rusiya Müdafiə Nazirliyinin informasiya və kütləvi kommunikasiya şöbəsinin yaydığı məlumata istinadən xəbər verir ki, insident iyunun 10-u Baltik dənizi üzərində baş verib.

"Rusiya qırıcısının ekipajı hava obyektlərinə təhlükəsiz məsafədə yaxınlaşıb və onların ABŞ və İsveç hərbi hava qüvvələrinə məxsus RC-135 və "Gulfstream" kəşfiyyat təyyarələri olduğunu müəyyən edib", - deyə Nazirliyin məlumatında bildirilir.

Rusiya təyyarəsi onları müşayiət edərək ölkənin hava sərhədlərinin toxunulmazlığını təmin edib.

Qeyd edilir ki, Rusiya qırıcısının uçuşu beynəlxalq hava məkanından istifadə qaydalarına uyğun həyata keçib.

Xəbər lenti
0