Ukrayna bayrağı

Zelenskinin komandasından gözlənilməz etiraf

62
(Yenilənib 13:15 25.05.2019)
Andrey Qerus: "Biz öz ayağımıza güllə atmırıq ki?"

BAKI, 25 may — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenskinin nümayəndəsi Andrey Qerus etiraf edib ki, hazırda rəsmi Kiyev Rusiya ilə iqtisadi əlaqələri kəsə bilməz. Sputnik Azərbaycan xəbər verir ki, bunu Qerus "NewsOne" telekanalının efirində deyib.

"İqtisadiyyat da də daxil olmaqla, biz belə bir qərar verdikdə ilk növbədə düşünməliyik ki, öz ayağımıza güllə atmırıq ki" - deyə Qerus aparıcının "Ticarətin, tamamilə dayandırılması mümkündürmü" sualını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, Ukrayna məhsullarının Rusiyaya ixracı davam etdirilir: "Kiyev isə ixracdan gəlir əldə edir ki, bu da ölkəni daha güclü edir. Bundan əlavə, energetika sahəsi kimi iqtisadiyyatın elə sahələri var ki, orada Rusiyadan tədarükünün payı olduqca yüksəkdir".

62
Teqlər:
Rusiya, Vladimir Zelenski, prezident, Ukrayna
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev

Medvedevdən xüsusi tapşırıq: etnik münaqişə təhlükəsi barədə hesabat hazırlatdırır

21
(Yenilənib 21:36 03.12.2020)
Medvedev cümə axşamı Nazirlər Kabinetinin üzvləri, güc strukturlarının, xidmət və agentliklərinin rəhbərləri ilə millətlərarası və məzhəblərarası münasibətlərə dair iclas keçirib

BAKI, 3 dekabr - Sputnik. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Federal Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğa aprel ayınadək növbəti parlament seçkisi və əhalinin siyahıyaalınması ərəfəsində mümkün etnik və məzhbələrarası münaqişələrin proqnozunu hazırlamağı tapşırıb. Həmçinin bu cür risklərin neytrallaşdırılması üçün tədbirlər kompleksinin işlənib hazırlanmasını istəyib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, Medvedev cümə axşamı Nazirlər Kabinetinin üzvləri, güc strukturlarının, xidmət və agentliklərinin rəhbərləri ilə millətlərarası və məzhəblərarası münasibətlərə dair iclas keçirib. O xatırladıb ki, gələn il ölkədə iki irimiqyaslı hadisə - səkkizinci çağırış Dövlət Dumasına seçki və Ümumrusiya əhalisinin siyahıyaalınması - keçiriləcək.

Medvedev milli siyasət sahəsində effektivliyi artırmağa çağırıb. 

"Həmişəki kimi, bu cür böyük hadisələr zamanı müəyyən millətlər və məzhəblərarası münaqişələr yarana bilər. Yaxud da istənilən halda hansısa cinayətkar qruplar bundan yararlanmağa çalışacaqlar", - o deyib.

21
Teqlər:
etnik, münaqişə, Baş Prokurorluq, DİN, FTX, iclas, Dmitri Medvedev, Rusiya
S-300,arxiv şəkli

Axı silah öz-özünə atəş aça bilməz

32
(Yenilənib 20:55 03.12.2020)
Hərbi şərhçinin sözlərinə görə, ermənilər səriştəsizlikləri ucbatından Rusiyadan aldıqları silahlardan istifadə edə bilməyiblər

BAKI, 3 dekabr — Sputnik. Aleksandr Xrolenko, hərbi şərhçi. Dağlıq Qarabağdakı döyüş əməliyyatları vaxtı ekspertlər arasında və media məkanında ermənilərin əldə etdikləri Rusiya istehsalı olan silahların effektivliyi barədə geniş müzakirələr aparıldı. Sputnik erməni məğlubiyyətinin səbəbinin həmin silahlar, yoxsa kadr hazırlığı və müdafiənin təşkili ilə bağlı olub-olmadığını araşdırıb.

Bu gün erməni tərəfinin məğlubiyyətini "yararsız" Su-30-SM qırıcıları, "zəif görən" S-300 zenit-raket kompleksləri, "effektsiz" elektron döyüş sistemləri və Rusiyanın "nasaz" tankları ilə əsaslandırmaq cəhdləri var. Sanki erməni tərəfi üçüncü ölkələrdən heç vaxt silah almayıb (məsələn, Hindistandan Swathi radarları) və yaxud Azərbaycan qoşunları yalnız İsrail və Türkiyədə istehsal olunmuş hərbi texnika ilə (məsələn, "Bayraktar") silahlanıbmış və müharibədə "böyük dönüş" də məhz onların vasitəsilə əldə olunub. Ümumi müzakirə: Qarabağ münaqişəsi Rusiyanın müttəfiqlərinə və tərəfdaşlarına silah tədarükünü korreksiya edəcək. Bu cür düşüncələrin dayanıqlı sxemləri hərbi-siyasi rəhbərliyin strateji səhvlərini və dünya silah bazarında sərt rəqabəti pərdələyir. Gerçəkliyə qayıtmaq daha məqsədəuyğundur.

Moskva Ermənistana bir neçə dəfə hərbi kredit verdi. Bundan sonra hərbi quruculuğun davam etdirilməsi məsələsi Ermənistan tərəfinin öz işidir.

Rusiya istehsalı olan S-300 Zenit-Raket Kompleksi Qarabağdakı döyüşlərə cəlb olunmuşdu və Ermənistanın etibarlı (eşelonlaşdırılmış) hava hücumundan müdafiə sisteminin olmaması səbəbindən zərər gördü. 40 milyon dollar qiyməti olan Hindistan istehsalı Swathi radarlarının fəaliyyəti isə ümumiyyətlə hiss olunmadı. Halbuki reklam annotasiyalarına əsasən, bu qurğular 20 kilometrə qədər minaatanlardan, 30 kilometrə qədər toplardan və 40 kilometrə qədər raketlərdən açılan atəşi müəyyən etməli idi. Özü də guya hər qurğu eyni vaxtda 7 hədəfi izləmək qabiliyyətinə malik idi.

Bəlkə də, ermənilər bu radarlardan düzgün istifadə edə bilməyiblər. Yəqin ki, erməni mütəxəssislərin hazırlıq səviyyəsi Rusiya istehsalı olan hərbi texnikanın istismarında da həlledici rol oynayıb. Axı silah öz-özünə atəş aça bilməz, ondan baş çıxaran mütəxəssis də olmalıdır. Və aydın məsələdir ki, başıpozuqluq, təkəbbür hərbi işlərdə qətiyyən yolverilməzdir.

Hərbi itkilər və qənimətlər

Dekabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində erməni tərəfinin hərbi itkiləri barədə ətraflı məlumat verdi. Onun açıqladığı uzun siyahıda məhv edilən və qənimət kimi ələ keçirilən yüzlərlə müxtəlif növ hərbi texnikadan söhbət gedirdi. Azərbaycan Prezidenti raket kompleksləri, reaktiv yaylım atəşi sistemləri, tanklar və elektron müharibə qurğularından da bəhs etdi. Bu rəqəmlərə müxtəlif cür yanaşmaq olar, ancaq mövcud durumda (7 rayonun qaytarılmasından sonra) prezidentin həmin rəqəmləri şişirtməsi üçün heç bir əsası yox idi.

Bu məqamda təbii olaraq Dağlıq Qarabağda 44 gün davam edən döyüşlər zamanı erməni qruplaşmalarının hərbi təşkilatlanma səviyyəsi ilə bağlı sual ortaya çıxır. Erməni qoşunlarının çox sayda texnikasının məhv edilməsi hərbi qarşıdurmanın şiddəti ilə izah edilə bilər, amma hər bir halda döyüş meydanında tərk edilən 79 tank, 47 piyadaların döyüş maşını, 104 artilleriya qurğusu (top və minaatan), 5 "Şilka" zenit qurğusu, 93 xüsusi texnika, 270 yük maşını (böyük ehtimalla bu hərbi qənimətlər dövlət başçısının sözlərinin sübutu kimi Bakıda nümayiş olunacaq) heyrət doğurur. Ermənilərin elə təkcə döyüş meydanında atıb qaçdıqları 79 döyüş qabiliyyətli tank 2,5 silahlı tank batalyonu deməkdir ki, bu da həm hücumda, həm də müdafiədə böyük güc hesab oluna bilər.

Fikrimizcə, erməni tərəfinin görünməmiş "əliaçıqlığının" yalnız iki izahı ola bilər: ya hərbi texnika kütləvi (planlaşdırılmayan) geri çəkilmə zamanı tərk edilib, ya da həmin tanklar sadəcə olaraq, yanacaqla təchiz edilmədiyindən irəli gedə bilməyiblər ki, bu da birbaşa Ermənistan ordusundakı maddi-texniki problemlərdən xəbər verir.

Hər bir halda, baş verənlərdən nəticə çıxarmaq lazımdır, ancaq bu artıq Ermənistan baş qərargahının və hərbi-siyasi rəhbərliyinin səlahiyyətində olan məsələdir.

32
Teqlər:
hərbçilər, Rusiya, Ermənistan, silahlar, Azərbaycan, Qarabag

Koronavirusu blok edən üç ərzaq

0
(Yenilənib 02:05 04.12.2020)
Tədqiqatçılar həmçinin qeyd ediblər ki, yaşıl çayda Mpro-nun müxtəlif sahələri ilə qarşılıqlı əlaqədə olaraq onun təsirini neytrallaşdıran beş kimyəvi birləşmə var.

BAKI, 4 dekabr - Sputnik. Alimlər müəyyən ediblər ki, üzüm, şokolad və yaşıl çaydakı kimyəvi birləşmələr SARS-CoV-2 virusunu bloklamağa qadirdir. Sputnik Azərbaycan bildirir ki, bu barədə araşdırma Frontiers in Plant Science jurnalında dərc edilib.

Bildirilir ki, SARS-CoV-2-nin zəif yeri "əsas proteaza" olan Mpro fermentidir. Bu ferment replikasiya mexanizmində iştirak edir. O da məlumdur ki, Mpro güclü iltihabəleyhinə və antioksidant xüsusiyyətlərinə malik bitki mənşəli ərzağın müxtəlif kimyəvi birləşmələrinin təsiri ilə dəf olunur.

Şimali Karolina Universitetinin mütəxəssisləri bu cür birləşmələri üzə çıxarmaq üçün ərzaq məhsulları və bitki dərmanlarını öyrənblər. Kompüter modelləşdirməsi və laboratoriyalardakı in vitro (şüşə qabda, kolbada - red.) eksperimentləri göstərib ki, yaşıl çay və üzümdəki maddələr Mpro-nun funksiyasını uğurla dəf edir, kakao tozu və tünd şokoladdakı birləşmələr isə proteazanın aktivliyini təxminən yarıbayarı azaldır.

Tədqiqatçılar həmçinin qeyd ediblər ki, yaşıl çayda Mpro-nun müxtəlif sahələri ilə qarşılıqlı əlaqədə olaraq onun təsirini neytrallaşdıran beş kimyəvi birləşmə var.

0
Teqlər:
Yaşıl çay, üzüm, şokolad, ərzaq, blok, COVID-19, epidemiya, Koronavirus
Mövzu:
Dünyanı cənginə almış bəla