Səs.Uşaqlar yarışı

Məşhur musiqi yarışmasında şok qalmaqal: Səslər kütləvi şəkildə saxtalaşdırılıb

9507
(Yenilənib 16:59 16.05.2019)
Səslərin fırıldaq yolu ilə artırılmasında 300 telefon nömrəsi iştirak edib və onların hər birindən 8 mindən çox səs göndərilib

BAKI, 16 may — Sputnik. "Group-IB" şirkəti "Qolos.Deti" (Səs.Uşaqlar) vokal şousunun iştirakçısı Mikella Abramovanın xeyrinə avtomatlaşdırılmış qaydada kütləvi şəkildə göndərilən SMS-ləri aşkarlayıb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə məlumatı şirkətin mətbuat xidməti müsabiqənin ilkin nəticələrinin yekunları əsasında yayıb. 

Məlum olub ki, səslərin fırıldaq yolu ilə artırılmasında 300 telefon nömrəsi iştirak edib və onların hər birindən 8 mindən çox səs göndərilib.

"Səslərin saxta yolla artırılması ilə məşğul olan şəxslərin texniki problemləri yaranıb və nəticədə mesajların avtomatlaşdırılmış qaydada göndərilməsi üçün yazılmış kodun bir hissəsi SMS-in mətninə bu şəkildə düşüb: "07 31: 2019-04-26 22:47:31". Burada 07 iştirakçının sıra nömrəsidir" - deyə şirkətin məlumatında bildirilir.

Yeddi nömrə altında çıxış edən iştirakçı isə Mikella Abramova olub. Ekspertlərin məlumatına görə, bütün telefon nömrələri bir operatora məxsus olub və bir tarifdən istifadə edilib. Hal-hazırda bu nömrə aktiv deyil.

Araşdırma zamanı analitiklər bütün regionlar üzrə səsvermənin nəticələrini nəzərdən keçiriblər. Məlum olub ki, regionlardan biri səsvermə başlayandan dərhal sonra qeyri-adi fəallıq nümayiş etdirib.

"Tədqiqat göstərdi ki, IVR-zənglər üçün botlardan istifadə edilib. Eyni zamanda, səsvermə unikal ardıcıl nömrələr vasitəsilə həyata keçirilib (məsələn, 8(ХХХ)ХХХ-ХХ-38, 8(ХХХ)ХХХ-ХХ-39, 8(ХХХ)ХХХ-ХХ-40, 8(ХХХ)ХХХ-ХХ-41 və s.). Belə nömrələrdən bir iştirakçı üçün 30 mindən çox səs göndərilib" - "Group-IB" bildirib.

Şirkət səsvermə sisteminin təhlükəsizliyinin tədqiqinin nəticələrinin açıqlanmadığını qeyd edib.

""Group-IB" istintaqla bağlı son hesabatın yayımlanmasından əvvəl anormal dərəcədə yüksək səsvermənin qeydə alındığı regionlar üzrə nəticələri qəsdən açıqlamır. Regionlardakı səsvermə ilə bağlı "Group-IB" və "Birinci kanal" tərəfindən yayımlanmayan istənilən informasiya həqiqəti əks etdirmir" - deyə ekspertlər bildiriblər. 

Araşdırmanın ilkin nəticələrinə əsasən, "Birinci kanal" finalın nəticələrini ləğv etmək qərarına gəlib.

Qeyd edək ki, "Qolos.Deti-6" şousunun qalibi Rusiyanın estrada ulduzu Alsunun qızı Mikella Abramova elan edilib. Telefonla səsvermənin nəticələrinə görə, o, səslərin 56,5%-ni toplayıb. Bu isə ictimaiyyət arasında geniş rezonans doğurub.

İnterpolun rəsmi tərəfdaşı "Group-IB" (yüksək texnologiyalardan istifadə etməklə kibercinayətkarlıq və dələduzluğun qarşısını almaq və araşdırmaq üzrə aparıcı beynəlxalq şirkətlərdən biri - red.) "Birinci kanal"ın xahişi ilə "Qolos.Deti" şousunda Abramovanın xeyrinə verilən səslərin nəticələrini araşdırıb.

9507
Teqlər:
operator, mobil, qalib, səs, yarış, musiqi
Əlaqədar
Azərbaycan caz musiqisinin və caz-muğam üslubunun banisi
Orada bir hüzur var: Göz oxşayan əşyalar, dinclik verən musiqi və çay
Məgər o, Çelentano deyil - Məşhur musiqiçinin oxşarı Bakıda hər kəsi özünə aşiq etdi