Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kənddə torpaqda beşmərtəbəli bina boyda dəlik açılıb - VİDEO

Abunə olmaq
Dedilovo kəndində həyət evinin yaxınlığında 15 metr dərinliyində dəlik açılıb

BAKI, 16 may — Sputnik. Rusiyanın Tula vilayətinin Dedilovo kəndində həyət evinin yaxınlığında 15 metr dərinliyində dəlik açılıb.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, ərazini xəbərdarlıq lenti ilə haşiyəyə alıblar. Bu dəliyin təhlükəli olduğu bildirilir. Həmin ərazini iri çatlar əhatə edib. Dəliyin genişlənmə ehtimalı var.

Yerli sakinlərin sözlərinə görə, belə hadisələr tez-tez baş verir. Amma yerdə beşmərtəbəli bina dərinliyində dəliyin açıldığını ilk dəfədir görürlər. Xoşbəxtlikdən zərərçəkən olmayıb.

Xəbər lenti
0